Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-66/2023 30.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment tələbi və uşaların ananın yanında saxlanlıması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 ilə Masallı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 18 may 2016-cı il tarixli, 323 nömrəli nikah akt qeydinin pozulması, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 nikah pozularkən uşaqlarının onun himayəsində saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Nikahlarının ilk dövrlərində cavabdehlə münasibətləri normal olsa da, sonralar münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdir. Münasibətlərini normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşməylərinə cəhd etsə də, mümkün olmamışdır. Cavabdehin ailəyə laqeyid şəkildə yanaşması və ailəsi üçün heç bir müsbət addım atmaması, onların ailə kimi birgə yaşayışlarına imkan vermir. Onların ailə münasibətlərini bərpa etmək mümkün deyildir. Ailə kimi birlikdə yaşamaqları qeyri-mümkündür. Uzun müddətdir ki, ayrı yaşayıb, təsərrüüfatı ayrı idarə edirlər. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafə etdiklərini, məhkəməyə təqdim ediləcək əlavə subutların olmadığını, işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında Masallı rayon Böyük Kolatan kənd ərazi nümayəndəliyi tərəfindən bağlanmış 03 may 2010-cu il tarixli, 11 saylı nikah qeydi vardır. Şəxsiyyət vəqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 29 aprel 2010cu ildə X9 və 02 aprel 2013-cü ildə X7 adlı uşaqları doğulmuşdur. X1 tərəfindən təsdiqlənmiş 18 avqust 2022-ci il tarixli, MŞB/3-01430 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulmağına razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. İş materiallarından göründüyü kimi Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etməyərək nikahın pozulmasına razı olub-olmadığını bildirmədiyindən tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə iş təxirə salınmış, lakin buna baxmayaraq onlar barışmamışlar. Tərəflər məhkəməyə hər hansı bir saziş təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Beləliklə, məhkəmə tərəflərin birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyünü, iddiaçının nikahın pozulmasına təkid etdiyini və valideyinlərin uşaqlarını saxlamağa borclu olmasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməklə tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahdan 29 aprel 2010-cü ildə doğulmuş X9 və 02 aprel 2013-cü ildə doğulmuş X7 adlı uşaqları anaları İddiaçı yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamənin aliment tələbinə dair hissəsi Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı aralarında Masallı rayon Böyük Kolatan kənd ərazi nümayəndəliyi tərəfindən bağlanmış 03 may 2010-cu il tarixli, 11 saylı nikah pozulsun. Tərəflərin birgə nikahdan 29 aprel 2010-cü ildə doğulmuş X9 və 02 aprel 2013-cü ildə doğulmuş X7 adlı uşaqları anaları İddiaçı yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin aliment tələbinə dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə tərəflərə izah edir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur (MPM-nin 36.9-cu maddəsi). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-66/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-66/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver