Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-99/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə hazırki iş üzrə Cavabdeh ilə 01 may 2017-ci il tarixində Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 05 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış nikahın pozulması, iddia ərizəsi məhkəməyə verildiyi tarixdən iddiaçının cavabdeh ilə birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası hazırki iş üzrə İddiaçı himayəsində saxlanması, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 01 may 2017-ci il tarixində rəsmi nikaha girərək ailə qurmuşlar. Bigə nikahdan tərəflərin 19 may 2017-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. İddiaçı hazırki iş ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh ilə aralarında yaranmış mübahisənin qarşlıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mübahisələrin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri barədə Mediasiya haqqında AR Qanununun 33-cü maddəsinə əsasən Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatının MSB/11-2023-01570 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya prosesində iştirak edilməməsi barədə arayış qəbul edilmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh nikahın pozulmasına münasibət bildirmədiyindən tərəflərə barışıq üçün üç ay vaxt verilməklə işin baxılması təxirə salınmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024cü il saat 12:30-a təyin olunmuş məhkəmə baxışıda səhhəti ilə əlaqədar iştirak edə bilməyəcyini qeyd etmişdir. Hazırki iş üzrə tərəflərə barışıq üçün 03 (üç) ay vaxt verilmişdir. Qeyd olunan bu müddət ərzində tərəflər arasında heç bir barışıq əldə olunmamış və iddiaçı boşanmağa razıdır. Odur ki, xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə baxışını iştirakım olmadan keçirib iddia tələbinin təmin edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X2 arasında 01 may 2017-ci il tarixdə Masallı rayon Türkoba kənd ərazi dairəsində 05 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 19 may 2017-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur (maddə 19.1, 20.2). Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı nikahın pozulmasına təkid etdiyindən Cavabdeh ilə İddiaçı arasında 01 may 2017ci il tarixdə Masallı rayon Türkoba kənd ərazi dairəsində 05 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, uşağa qayğı göstərilməsi baxımından, onların mənafeyi nəzərə alınmaqla 19 may 2017-ci il təvəllüdlü X1 anasının yanında saxlanılmalıdır. Ailə Məcəlləsi həmçinin nəzərdə tutur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1-75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəlir) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.1, 78.2). Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehdən alimentin tutulması sabit pul məbləği ilə müəyyən edilməli, həmçinin sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyi, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Odur ki, iddia alimentin tutulması hissəsində təmin edilməklə cavabdehdən 19 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməli, həmçinin alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni 12 sentyabr 2023-cü ildən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 01 may 2017-ci il tarixdə Masallı rayon Türkoba kənd ərazi dairəsində 05 nömrə ilə qeydə alınmış nikah pozulsun. 19 may 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. 12 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh 19 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-99/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-99/2024
09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver