Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1161/2024 10.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutulub ona verilməsi, mediasiyaya ödənilmiş rüsumunun 60 (altmış) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Faktiki ailə münasibətindən 08 yanvar 2020-ci il təvəllüdlü Elnurə adlı bir övladları olmuşdur. Qızı anadan sonra ona qarşı münasibəti dəyişdi. Uşağa könüllü olaraq atalıq verməkdən imtina etmişdir. Ona görə də Mingəçevir şəhər Məhkəməsinə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ilə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə anadan olan uşağı X3 atası olması müəyyən edilməsi, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, 08 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan üç ilə yaxın vaxt keçmişdir. Cavabdeh qətnamə ilə müəyyən olunmuş aliment məbləğini ödəyir, ancaq əlavə olaraq uşağın saxlanması üçün köməklik etmir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşağın saxlanması köməklik etmir. Qiymətlərin qalxması ona tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşağa baxmaqda çətinlik törədir. Gündəlik tələbat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, üç ilə yaxın müddətdə 3 dəfə bahalaşmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Mühafizə xidmətinin Mingəçevir şöbəsində işləyir. Sabit məbləğdə əmək haqqı alır. Maddi imkanı çox yaxşıdır. Növbəti işləyir. İşdən fərdi işlə də məşğuldur. Kür sahilinin kənarında dəbdəbəli evi vardır. Onun uşağını saxlaması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutulub ona verilməsi, mediasiyaya ödənilmiş rüsumunun 60 (altmış) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddianı müdafiə etdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə anadan olmuş uşağı X3 atası olması müəyyən edilmiş, uşağın doğum akt qeydində ata kimi Cavabdeh qeyd edilmişdir. Qeyd edir ki, o həmin uşağı övladı olaraq qəbul etmir. Ona məlum deyil ki, hakim hansı əsasla belə bir qətnamə qəbul edərək 08 yanvar 2020-ci il təvəllüdlü Elnurə adlı uşağın atası hesab etmişdir. İddiaçının iddiasını qəbul etmir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Onun aliment ödəmək üçün heç bir maddi imkanı yoxdur. Belə ki, o X9 Xidməti Mingəçevir şəhər X9 dəstəsində daxili xidmət çavuşu olaraq işləyir. Əmək haqqısı 697.29 manatdır. Ondan 110 manat məbləğində aliment tutulur. Yerdə qalan 584.29 manat pul kartına yüklənir. Bundan əlavə maddi imkanı aşağı olduğuna görə kapital bank ASC-dən 8600 məbləğində kredit götürmüşdür və hər ay 250 manat məbləğində kredit ödəyir. Evdə yeganə işləyən odur, valideynlərinə də, o baxır. Hər ay əmək haqqından aliment və krediti ödənildikdən sonra yerdə qalan pulla çətinliklə dolanır. İddiaçının əsassız iddiası onun çətin olan vəziyyətini daha da, çətinləşdirir. Qeyd edir ki, iddiaçı ilə aralarında heç bir ailə münasibətləri olmamışdır. Bu səbəbdən də həmin uşağı öz övladı olaraq qəbul etmir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmədən hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissə miqdarında aliment tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, aliment tələbinin artırılması tələbinə dair ilkin mediasiya sessiyası Cavabdeh iştirak etmədiyi üçün keçirilə bilməmişdir. İşdə olan AZ-İV seriyalı, 977369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası Cavabdeh anası İddiaçıdır. İşdə olan AZ-İ seriyalı, 469393 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə anadan olmuş uşağı X3 atası olması müəyyən edilmiş, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması və 08 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Mingəçevir Şəhər X9si dəstəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, daxili xidmət çavuşu Cavabdeh əmək haqqı kartına 694.29 manat köçürülür və onun əmək haqqından hər ay 110 manat məbləğində aliment tutulur. Cəmi tutulmadan kartına yüklənən məbləğ 584.29 manatdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin faktiki birgə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Elnurə adlı uşaqları doğulmuşdur. Sonradan tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 08 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı sabit pul məbləğində olan alimentin artırılmasını və əlavə olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay üçün cavabdehdən 110 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəf həm sabit pul məbləğində, həm də alimentin qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə alimentin qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməsi hissəsinə dair belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Ailə qanunvericiliyinin (Ailə Məcəlləsi) 78.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hal-hazırda da iddiaçı tərəf həmin tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbində qismən haqlıdır. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan da müəyyən olunur ki, Cavabdeh iş və aylıq sabit pul məbləğində gəliri vardır. Onun əmək haqqı kartına hər ay 694.29 manat köçürülür. Odur ki, məhkəmə iddianın bu hissəsinə dair belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli və İddiaçı xeyrinə hər ay Cavabdeh Nazim oğlundan айлыг газанъынын dörddə бир щиссяси мигдарында алимент tutulmalıdır. Məhkəmə qeyd edir ki, dörddə bir hissə miqdarında alimentin təmin olunması halında iddiaçıya hər ay 173,5 manat məbləğində alimentin verilməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, bu məbləğ uşağın maddi tələbatlarını təmin etmək və onun minimal yaşayış səviyyəsini təmin etmək üçün kifayət etmədiyindən həmçinin uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 20 manat sabit pul məbləğində alimentin alınması və айлыг газанъынын dörddə бир щиссяси мигдарында алимент tутулması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə medasiayaya xərcinə dair tələb hissəsi barədə hesab edir ki, cavabdehdən 50 manat mediasiya xərci tutulub iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 16:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də ilkin mediasiya xərci olaraq 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında qanun”un 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-162/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, щяр ай Cavabdeh оьлуnun айлыг gəlirlərinin dörddə бир щиссяси мигдарында və hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi: Elza Cəbrayılzadə