Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1238/2024 01.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X4 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü tarixli 2(051)-949/2023 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, xx.xx.2022-ci il təvəllüdlü Vahid adlı uşağın saxlanması üçün onun aylıq qazancının və başqa gəlirinin dörddə bir (1/4 hissəsində) hər ay aliment tutulması qət edilmişdir. O, 23 oktyabr 2003-cü il tarixdə İmişli rayonu, WADQ şöbəsində 294 nömrəli qeyd ilə X3 ilə qanuni ailə nikahı bağlamış, onların birgə nikahlarından 4 (dörd) uşağı doğulmuşdur. Əgər, məhkəmə hesab edirsə, Vahid onun oğludur, nə məqsədlə bir uşağa görə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının ¼ hissəsi məbləğində alıment alınıb iddiaçı Cavabdeh verilməsi barədə Qətnamə çıxarmışdır. Axı, onun qanuni nikahdan 4 uşağı var, 5-ci uşaq isə qanunsuz doğulan Vahid hesab edilmişdir. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 05,09.2023-cü il tarixli, 2(051 )- 949/2023 saylı Qətnaməsi ədalətsizliklə qəbul edilmişdir. O, müharibə qazisidir. 27 illik xidmətimə görə əmək pensiyası özünün saxlanılması üçün də kifayət etməlidir. Əgər bir uşağın saxlanmasına 547 (beş yüz qırx yeddi) manat pul vəsaiti tutulub verilərsə, onda 5 (beş) uşağın saxlanmasına 2735 (iki min yeddi yüz otuz beş) manat pul vəsaiti tutulmalıdır ki, onun da aylıq ümumi qazancı 2189 (iki min yüz səksən doqquz) manatdır. Respublika bankdan götürdüyü kreditə görə hər ay banka 688 manat miqdarında, Kapital bankdan götürdüyü kreditə görə aylıq 388 manat pul vəsaiti ödəməlidir. Odur ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay sabit pul məbləğində, 200 (iki yüz) manat miqdarında alimentin İddiaçı tutularaq anası Cavabdeh verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddia tələbi ilə razı deyil, belə ki, əvvəlki alimentin miqdarı İddiaçı gəliri sabit oludğu üçün ¼ miqdarında müəyyən edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü tarixli 2(051)- 949/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Vahid adlı uşağın saxlanması üçün, onun aylıq qazancının və başqa gəlirinin dörddə bir hissəsində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü tarixli 2(051)-949/2023 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, xx.xx.2022-ci il təvəllüdlü Vahid adlı uşağın saxlanması üçün iddiaçının aylıq qazancının və başqa gəlirinin dörddə bir (1/4 hissəsində) hər ay aliment tutulması barədə qərar verilmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, azyaşlı uşağın yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşağın əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmçinn məhkəmə qeyd edr ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78–ci maddəsinə tələbinə görə alimetin tutulması 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilməsinin sabit pul məbləğinə dəyişdirilməsi hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə aid olmasını müəyyən edir. Belə ki, 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1238/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1238/2024
01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver