Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1299/2024 23.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh ödənilməli olan 7670 (yeddi min altı yüz yetmiş) manat aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha girməklə faktiki olaraq ailə qurmuşlar. Birgə münasibətlərindən 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018-ci il təvəllüdlü Aylin adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub Cavabdeh qızma verilməsi qət edilmişdir Müəyyən edilmiş alimenti də çətinliklə ödəyirdi. O, Qarabağ uğrunda döyüşlərdə, vətən müharibəsində iştirak etmək üçün səfərbərliyə getmiş, 03 yanvar 202l-ci ildə qayıtmışdır. 03 yanvar 2021-ci ildə Vətən mübaribəsindən qayıtdıqdan, bir müddət sonra psixi problemləri olduğu üçün Mingəçevir şəhər Rayonlararası Nevroloji Dispanserdə xx.xx.2021-ci ildən qeydiyyata düşmüşdür. Stasionar müalicə olunmuşdur. X4 2021-ci ildə yenidən Mingəçevir şəhər məhkəməsinə alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsini 2(051)- 746/21 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul miqdarında alimentin hər ay ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Hazırda ağır xəstəlikdən əziyyət çəkir, ayağında çürümə gedir, infeksiya bütün bədəninə yayılıbdır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Anası baxır ona, dərmanlarını müalicəsini anasının köməyi ilə alır. Ağır xəstəliyi xx.xx.2021-ci ildən başlayıbdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, o, dəfələrlə əməliyyat olunmuş, müalicələr götürmüşdür. Yalnız heç bir köməyi olmamışdır. Ona görə də aliment borcu yaranmışdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki. İddiaçı, doğum tarixixx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə ollınmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992. ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol baldırın flekmonası, əməliyyatdan sonrakı vəziyyət; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışından görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qarnın ön divarınm böyük ölçülü flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixixx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar milalicə olunmuş, xəstəliyi sağ qabırğa altı nahiyyənin böyük ölçülü flekmonası; Hətta Mingəçevir şəhər Məhkəməsinin 3(051)-172/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarından da görünür ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 10(on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs olduğu 10 gün müddəti bilə tamamlamış, xəstəxənada əməliyyat olunmuşdur. Onun xəstəliyi imkan vermir ki, əmək fəaliyyət ilə məşğul olsun. Onun özü belə anasının pensiyası ilə dolanır. Qollarının altında çəliklərlə hərəkət edir. Odur ki, məhkəmədən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmalar üçün Cavabdeh ödənilməli olan 7670 (yeddi min altı yüz yetmiş) manat aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 19 iyul 2017-ci il təvəllüdlü X6 və 06 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları Cavabdeh ödənilməli olan 7930 manat məbləğdə aliment borcundan azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surətini 23 may 2024-cü il tarixdə rəsmi qaydada almışdır. İddia ərizəsi ilə tanış olarkən iddia tələbinin tam qanunsuz və əsassız olduğunu müəyyən etdi. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-746/2021 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2017-ci il təvəllüdlü qızı X5 və xx.xx.2018-ci il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğdə alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi hazırki vaxtadək icra edilməmiş qalır. Belə ki, İddiaçı hazırki vaxta 7930 (yeddi min doqquz otuz) manat aliment borcu yaranmışdır. Onu da bildirir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-325/2022 saylı qərarına əsasən İddiaçı az yaşlı uşaqlarının saxlanılması üçün aliment borcunu ödəmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs və Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 3(051)-172/2024 saylı qərarına əsasən isə 10 gün müddətinə inzibati həbs edilmişdir. Lakin, buna baxmayaraq İddiaçı yenə də aliment borcunu ödəməkdən imtina edir. Hesab edir ki, İddiaçı gələcəkdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməkdən qorxaraq hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmişdir. O, dəfələrlə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə müraciət edərək borclu İddiaçı aliment borcunun ödənilməsini tələb etmişdir. Lakin, İddiaçı ona olan aliment borcunu ödəməkdən imtina edir. O özü Mingəçevir şəhərində yaşayır. Maddi vəziyyəti olduqca ağırdır. O uşaqlarını saxlamaqda çətinlik çəkir. İddiaçı isə uşaqlarına baxmaq əvəzinə bəzi xanımla doğum günü tədbirini kafedə keçirərək “tik-tok” platforması üzərindən şəkilləri yayır. Hesab edir ki, İddiaçı bir valideyn olaraq uşaqlarının qayğısına qalmalı və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün mütləq aliment ödəməlidir. Çünki uşaqları saxlamaq həm atanın, həm də ananın borcudur. Bundan başqa onu da qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi həqiqəti əks etdirmir və iddiaçı aliment borcunu ödəməkdən yaxa qurtarmaq üçün hazırki iddia qaldırmışdır. Halbuki, iddiaçının uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün yığılmış 7930 manat məbləğdə alimentin silinməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən İddiaçı ona qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Azərbaycan səhiyyəsi müəyyən edə bilmir ki, onun xəstəliyi nədir. Qarnında çürümə gedir. Aliment ödənişindən tam azad olunmasını deyil, yığılan borcdan azad edilməsini istəyirlər. Dəfərlərlə 10-15 gün stasionar müalicələrdə olmuşdur. Ona görə də onun aliment ödəməyə imkanı ola bilməz. Həkimlər yenə əməliyyat olunmasını zəruri hesab etmişlər. Onun qarınına çirk yığılır, çıxarılır və yenə yığılır. Barışıq əldə oluna bilərdi, amma tam razılığa gələ bilmədilər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının tarixi və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh verdiyi izahatlarında göstərmişdir ki, əgər cavabdeh xəstə olsaydı, ona müavinət təyin edilərdi. Hər dəfə borcunun ödənməsindən yayınır. Cavabdehin anasının da imkanı var. Hər ay 300 manat pensiya alır. Hər ay 260 manat ödəyə bilər. Heç olmazsa hissə-hissə alimentin borcunu ödəyə bilərdi. 5 ildir ki, cavabdehdən aliment ala bilmir. Xəstəliyi uşağa etmək olmur. Onun baxıma ehtiyacı vardır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədlər və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Mingəçevir 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.2022-ci il saat 15:26:24 tarixli Raporun surətindən görünür ki, xəstə İddiaçı Tibiolemoral oynaq kisəsi məsafəsi daralıbdır. Oynaq qığırdağından nəzərəçarpan incəlməsi müşahidə edilir. Oynaq məsafəsində maye miqdarı artıbdır. Femur və Tibia platosunda sümük səthlərində geniş sahədə ödem dəyişiklikləri və oynaq məsafəsində ciddi daralma müşahidə edilir. Hər iki menisk kobud şəkildə deformasiya olunmuş olub, anatomik tamlıqları qeyri intaktdır. Bu fonda hər iki menisk arxa buynuzlarında İİİ dərəcəli yırtıqlar müşahidə edilmişdir. Oynaq məsafəsi ciddi şəkildə daraldığı üçün ön və arxa çarpaz bağların anatomik lokasiyası pozulubdur. Bu fonda ön çarpaz bağın Tibiaya birləşmə yerində hissəvi qopma müşahidə edilir. Diz oynağı ətrafında dərin yumşaq toxumalar diffuz ödemlidir. Bununla yanaşı pretibial sahədə də dərialtı toxuma diffuz olaraq ödemlidir. Patellofemoral oynaq məsafəsində daralma olduğu diqqət çəkir. Patellanın laterala sublikasiyası müşahidə edilir. Prepatellar sahədə dərialtı toxuma ödemlidir. İnciləmə sahəsində dərialtı toxumanın əsasən yan hissələrdə diffuz olaraq ödemli olduğu diqqət çəkmişdir. Oynaq ətrafında vətər və əzələ strukturları da ödem ilə əhatə olunmuşdur. İşə əlavə olunmuş X11. Neurology Div.-dən İddiaçı verilmiş arayışın surətindən görünür ki, edilən EMG müayinəsində sol Tibial hissələri normaldır. Sol perenoel sinir latans uzamış ampuld və surəti zəifdir. Sağ Tibial və perenoel normal səviyyədir. Nəticə sol perenoel nevropatiyası görülmüşdür. İşə əlavə olunmuş cərrahiyyə şöbəsindən həkim travmatoloq tərəfindən yazılmış məlumatdan görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı tibbi rəy almaq üçün Bakı şəhəri E.T.T.O.İyə göndərilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş stasionar xəstənin çıxarışdan görünür ki, İddiaçı qoyulmuş tam diaqnoz: hər iki diz oyu. artrozu, kəskin ağrı siud. ilə. Xroniki xəstəlik ameniyası Aşağı ətraf arteriy. Aterosulerozu xroniki damar çatmamazlığı. Dördbaşlı əzələ atrofasiyası orta ağırdır. Dəri və görünən selikli qişaların rəngi solğundur. Dərialtı piy təbəqəsi orta dərəcədə iud etdirir. Periferik limfa vəziləri əllənmir. Özünü çoxdan xəstə hesab edir. Səbəbləri müharibə ilə əlaqələndirir. Şikayəti hər iki diz oynaqda olan kəskin ağrılardır. Hərəkət məhdudluğundan (əsa ilə gəzir) zəiflik, sidiyə tez-tez getməsindən və halsızlıqdandır. Ağ ciyərlərdə olusda sərt dəri. Formu da vezikulyar təri. Eşidir. Qarnı yumşaq olub, pal-da epiqastral nali-də q/e rə dalan bilənmir. Stul N. Ft ececelis: qyuda ağrı fusti var. Hərəkət məhdudluğu gözlə görünür. Əsa ilə gəzir. Sol ayaqda ayaq göyərməsi görsənir. Metorizm bağırsaqda yüksək pnevmatroz sol və sağ diz oyu Aytei artroz əlomari. Təyinat: müayinələr başa çatandan xəstənin öz xahişi ilə evə yaxşılaşma ilə yazıldı tövsiyyə olundu ki, həkim-cərrah travmatoloq nəzarətində olsun. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il saat 09:51:47 tarixli raportdan görünür ki, hər iki aşağı ətraf venalarının dopplerqrafik müayinəsi zamanı ümumi, dərin venalarda tromp izlənilmədi. Sağ və sol safenofemoral birləşmədə valsalva probası zamanı patoloji refleks izlənmədi (d=7,0mm). Sağ V.Safena maqnanın diametri bud nahiyyəsində 1/3 hissədə d=3,0 mm, orta d=2,0 mm, aşağı 1/3 d=2,00 mm qapaq yetməməzliyi izlənmir. Sol V.safean maqnanın diametri bud nahiyyəsində 1/3 hissədə d=3,0 mm, orta d=2,0 mm, aşağı 1/3 d=2,00 mm qapaq yetməməzliyi izlənmir. Sağ və sol V. Saphena parva-diametri d=2,0 mm qapaq yetməməzliyi izlənilmir. Dizaltı Tibial venalarda tromb izlənilmir. Hər iki aşağı səthi venalarda varikoz genişlənmələr izlənmir. Sol baldırın orta 1/3 dən aşağı 1/3 nə kimi iri ölçülü hematoma izləndi. Sol aşağı ətraf ödemlidir. İşə əlavə olunmuş Tibbi ərazi bölmələrini İdarə etmə birliyi ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı qoyulan diaqnoz: aşağı ətraf arteriyalarının denodkologiyası. İşə əlavə olunmuş Bakı sağlamlıq mərkəzi tərəfindən verilmiş arayışın surətindən görünür ki, xəstə İddiaçı hər iki ətrafın periferik KT-angio müayinəsi: Abdominal və hər iki eksternal illak arteriyada damar mənfəzində daralmaya səbəb olmayan yer-yer kalşifik ateroskklerolik plaklar izlənilir. Hər iki kommon femoral və dərin fernoral arteryilar normal kalibrdə olub, mənfəzi açıqdır. Okkluziya və ya stenoz görülmədi. Hər iki səthi femoral arteriya (SFA), və popliteal arteriyalar normal kalibrdə olub, mənfəzi açıqdır. Okkluziya və ya stenoz görülmədi. Hər iki anterior tibial arteriya, posterior tibial arteriya və peroneal arteriyalar normalar kalibrdə olub mənfəzi açıqdır. Okluziya və ya stenoz görülmədi. Tibia proksimal və distal epifizində, femur distal epifizində, sol tarsal və metatarsal sümüklərdə çox sayda aşağı sıxlıqlı osteoporotik sahələr və sklerotik ocaqlar mövcuddur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il saat 17:07:03 tarixli raporun surətindən görünür ki, xəstə İddiaçı bel lordozu azalmışdır, sağa doğru minimal skolioz izlənilir. Fəqərə cisimlərinin hündürlükləri və strukturasının densivliyi normaldır. Fəqərə cisimlərinin tamamlayıcı lövhələrinin xəfif subxondral sklerozu, osteofitlər aşkar edilir. L5-S1 disk yüksəkliyi bir qədər azalıbdır. Digər lumbul fəqərə arası disk yüksəkliklərində əhəmiyyətli dəyişik qeyd olunmur. L4-5 diskdə anterior epidural sahəni sıxan, arxa sirkulyar qabarma. L5-S1 diskdə anterior epidural sahəni sıxan, arxa mərkəzi qabarma. Müayinə sahəsinə daxil olan sümüklərdə destruktiv dəyişiklik aşkar edilmir. Onurğa kanalının bel nahiyyəsinin diametri normal olub, KT olaraq nəzərə çarpan həcmli dəyişiklik aşkar olunmur. Nəticə: Mülayim lumbal osteoxondroz. İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki. İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol budun flekmonası. İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuşdur. (xəstəliyi sol budun flekmonası) İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuşdur. (xəstəliyi sol baldırın flekmonası, əməliyyatdan sonrakı vəziyyət) İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuşdur. (Xəstəliyi qarnın ön divarınm böyük ölçülü flekmonasıdır) İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuşdur. (xəstəliyi qaraciyərin absesi) İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi. İşə əlavə olunmuş Stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar milalicə olunmuş, xəstəliyi sağ qabırğa altı nahiyyənin böyük ölçülü flekmonası. İşə əlavə olunmuş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2-746 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 260 manat aliment alınıb verilməlidir. İddiaçı aprel ayı 2024-cü il daxil olmaqla cəmi 7670 manat aliment borcu vardır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il saat 11:25:41 tarixli raportdan görünür ki, xəstə İddiaçı sol diz oynağının iki proyeksiyada görmə sahəsində bud sümüyünün distal oynaq səthində konturların pozulması mərkəzi hissədə destruktiv sahə diqqət çəkdi. İşə əlavə olunmuş forma 88-dən görünür ki, əsas diaqnoz - İddiaçı sol budun keçirilmiş fleqmonadan sonrakı vəziyyət. Sol döş oynağının vərəm mənşəli qanatı. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il saat 10:45:21 tarixli rapordan görünür ki, sol bud nahiyyəsinin orta 1/3-də aparılmış kontrastlı fistuloqrafiyasında konstrast sümüklə əlaqələnmədi. İşə əlavə olunmuş X3 ENMG laboratoriyasından verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, bu EMG-də ikitərəfli aşağı ətraf periferik sinirləri müqayisəli olaraq incələnmişdir. 1. İkiyanlı Sural distal latansı, cavab amplitudu və ötürülmə sürəti normaldır. 2. Sol peroneal sinir motor distal latansi normal, amplitudu qarşı tərəfə görə aşağı, sürəti normaldır. Sağ peroneal və İkiyanlı tibial sinir motor distal latansı, cavab amplitudu və ötürülmə sürəti normaldır. Nəticə: bu EMG Solda peroneal sinir nevropatiyası ilə uyğundur. NOT: xəstənin sol ayaqda proksimal və distal osteomielit, fassiit və miozit keçirən xəstənin ortopedi əməliyyat keçirib. Xəstənin proksimal və distal pareziyası izlənməkdədir, sol diz qatlanması məhduddur. Klinikası ilə bərabər dəyərləndirilməsi məsləhət görülür. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il saat 17:36:50 tarixli rapordan görünür ki, bilateral olaraq bud-çanaq oynaqlarının genişliyi və əlaqəsi təbiidir. Hər iki tərəfdə oynaq qalınlığı normal hüdutlardadır, oynaq mayesi fizyoloji miqdardadır. Bilateral olaraq bud sümüyünün başı və boynu normal konfiqurasiyadadır, patoloji sınıq izlənmir. Bilateral olaraq sakroiliak oynaqlar təbii olub, patoloji dəyişikliklər qeyd olunmur. Müayinə sahəsinə daxil olan sol bud sümüyü proksimal diafizar hissəsi anteriorda, vastus medialis və lateralis əzələlər lojasında 7 sm qalınlıqda lokulə maye akkumulyasiyası qeyd olunur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı diaqnozu: sol budun keçirilmiş fleqmadan sonrakı vəziyyət, sol budun gen həcmli nekroentomik yaranmış əzələ olfeut otoliqa və çürüməsi solda ayağının 180 dərəcə aşkar vəziyyətdə riyad kontonturan iol da oynağın vərəm mənşəli anteoparar cərrahi əməliyyatdan qalan sıyrıqlar. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il saat 00:00:00 tarixli rapordan görünür ki, xəstə İddiaçı sol bud sümüyünün anteromedialında dərinliyi 17 mm olan ~47 mm ölçülü, içərisində cərrahi material izlənilən dərin zədələnmə sahəsi diqqət çəkir. Bununla yanaşı olaraq budun orta 3/1-də anterolateralda 17 mm dərinlikdə dəri tamlığının pozulması və yumşaq toxumalara doğru uzanan dərin zədələnmə sahəsi diqqət çəkir. Zədələnmə sahəsindən əzələ ön və bayır qrup əzələlərə doğru uzanan hava qabarcıqları diqqəti çəkir. Bud sümüyünün anteromedialında hava qabarcığı izlənilir. Əzələ toxumasının densivliyi heterogen izlənilir. KT görüntülər bud ön qrup əzələlər arasında irinli-iltihabi proses leyhinədir. Dəqiqləşdirilməsi üçün i/v kontrastlı MRT müayinələri tövsiyyə olunur. Cərrahın baxışı və klinik-laborator müayinlərlə birlikdə qiymətləndirilməsi tövsiyyə olunur. Cərrahın baxışı və klinik-laborator müayinələrlə birlikdə qiymətləndərilməsi tövsiyyə olunur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il saat 09:32:22 tarixli rapordan görünür ki, xəstə İddiaçı sol aşağı ətraf venalarının dopplerqrafik müayinəsi zamanı ümumi, dərin venalarda tromb izlənilmədi. Sol safenofemoral birləşmədə valsalva probası zamanı patoloji refleks izlənmədi (d=7,0mm) Sol V.Safena maqnanın diametri bud nahiyyəsində yuxarı 1/3 hissədə d=3,00 mm, orta d=2,00 mm, aşağı 1/3 d=2,0 mm qapaq yetməməzliyi izlənilmir. Sol V.Saphena parva-diametri d=2,00 mm qapaq yetməzliyi izlənilmir. Dizaltı Tibial venalarda tromb izlənilmir. Sol aşağı səthi venalarda varikoz genişlənmələr izlənmir. Sol qalça – bud seqmentlərində, sol dizaltı arteriyada stenoz izlənmədi. Sol ön və arxa qamış incik arteriyaların proksimal hissələrində monofazik axınlar izlənir. Sol bud arteriyasın bifurkasiya yerindən altda daralma izlənmədi. Stenoz izlənmədi. Sol diz qapağında sərbəst maye izləndi. İşə əlavə olunmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il saat 10:28:35 tarixli rapordan görünür ki, xəstə İddiaçı qaraciyərin ölçüləri 202 mm böyümüş olub (hepatomeqaliya), konturları düzgün olaraq izlənilir. Qaraciyərin inferiorda, 50x50x57 mm ölçülü heterogen struktura malik həcmli görüntü (abses) diqqət çəkir. Diffizion serilərdə məhdudlaşma göstərmişdir. Daha ətraflı məlumat üçün i/v kontrastlı müayinələr tövsiyə olunur. Öd kisəsinin həcmi və divar qalınlığı normaldır. Öd möhtəviyyatı qatılaşıbdır. Qaraciyərdaxili və xarici öd yolları genişlənməyiblər. Xoledoxda dilatasiya qeyd olunmur. Mədəaltı vəzin ölçüləri və strukturası təbiidir, törəmə və ya infiltrasiya aşkar edilmir. Dalaq normal görünüş və böyüklükdədir. Hər iki böyrəyin ölçüləri, lokasiyası, konturu, parenxima qalınlığı və siqnal intensivliyi normaldır. Hər iki böyrəkdə KL-sistemin genişliyi normal olub, dilatasiya qeyd edilmir. Sağ böyrək üst zonada 10 mm ölçülü kist izləndi. Hər iki tərəfdə böyrəküstü vəz təbii olaraq izlənilir. Sidik kisəsi kafi dolu olub, sidik kisəsinin divar qalınlığı normaldır. Kisə anterior divarda, orta xəttən sağda 11 mm ölçülü kist izlənilir. Prostat ölçüləri 35x26x47 mm ölçüldü. Müayinə sahəsindəki nazik və yoğun bağırsaq ilgəklərinə aid nəzərə çarpan keçməməzlik, patoloji divar qalınlaşması və ya həcmli proses aşkar edilmir. Qarın boşluğunda sərbəst maye və ya möhtəviyyat yığıntısı təyin edilmir. Görüntü sahəsindəki sümüklərdə destruktiv, litik proses qeyd olunmur. Görüş sahəsinə daxil olan fəqərələrin siqnal intensivliyi diffuz, əhəmiyyətli azalmışdır. Hematoloqun baxışı tövsiyyə oluna bilər. Bu fonda L5-də 6 mm ölçülü hemangioma izlənilir. Nəticə: Qaraciyərin ölçüləri 202 mm böyümüş olub (hepatomeqaliya), konturları düzgün olaraq izlənilir. Qaraciyər inferiorda, 50x50x57 mm ölçülü heterogen struktura malik həcmli görüntü. İşə əlavə olunmuş AZE MİS portalından çıxarışdan görünür ki, İddiaçı əlilliyi yoxdur. Belə ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Belə ki, aliment borcundan azad olunmaq üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı tərəfin xəstəlikləri ilə bağlı təqdim etdiyi arayışlar və sair sənədlər onun əmək qabiliyyətlı olmaması üçün əsas deyil, əks təqdirdə ona əmək qabiliyyətinin olmaması və ya məhdud əmək qabiliyyətli olması ilə bağlı əlillik dərəcəsi təyin olunardı. Bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda AZEMİS portalından çıxarışdan aydın olur ki, iddiaçının əlilliyi yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı əmək qabiliyyətlidir və o, əməklə məşğul olub qazanc əldə edərək yığılan aliment borcunu ödəməyə borclu olmaqla yanaşı, həmçinin buna qadirdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbindən aydın olur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və yamadı vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. AR MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1299/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1299/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver