Məhkəmə qərarları › İş №e-2(051)-1405/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1405/2025

04.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1405/2025 04.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Mingəçevir şəhər R.Muradov adına X16 direktoru Cavabdeh, üçüncü şəxs X25 Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mingəçevir şəhər R.Muradov adına X13rşı “əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Mingəçevir Şəhər R.Muradov adına X13rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Ruslan Muradov adına X10 köməkçi müəllim işləyən İddiaçı ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi, əmək haqqının 9-cu dərəcəyə uyğun olaraq hesablanması, 2023-cü ilin may ayından 9-cu dərəcəyə bərpa edilənədək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Mingəçevir şəhəri Ruslan Muradov adına X10 köməkçi müəllim işləyən İddiaçı 2023-cü ilin may ayından ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa edilənədək – xx.xx.2025-ci il tarixədək (dəyişikliyin qüvvəyə minmə tarixinədək) qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta-İxtisas təhsillidir. 2000-ci ildə X17 daxil olmuş və 10 iyul 2003-cü ildə isə X24 Kollecinin “İbtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. Ona “İbtidai sinif” müəllimi ixtisası verilmişdir. xx.xx.2004-cü il tarixli 91 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri Y.Muradov adına 11 №-li orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti laborant təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmrinə əsasən müvəqqəti iş dövrü başa çatdığı üçün işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Mingəçevir şəhər Məşğulluq Mərkəzi işsizlik müavinətə təyin edilmişdir. xx.xx.2005-ci il tarixli, 61 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə texniki işçi qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə laborant keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. xx.xx.2016-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına X19 köməkçi müəllim vəzifəsinə keçirilmişdir. Birbaşa 9-cu dərəcə ilə əmək haqqı alırdı. Həmin ştatda köməkçi müəllim kimi 9 ilə yaxındır ki, işləyir. 2023-cü ilin may ayında hər hansı səbəb olmadan onun ixtisas dərəcəsini 9-cu dərəcədən 7-ci dərəcəyə endirdilər. Bu səbəbdən əmək haqqı azaldı. Dəfələrlə məktəb rəhbərliyinə müraciət etməyinə baxmayaraq pozulmuş hüquqları bərpa edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X25 şöbəsinə ixtisas dərəcəsinin 9-cu dərəcədən 7-ci dərəcəyə endirildiyinə görə məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X25 şöbəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhəri Ruslan Muradov adına X11 direktoruna inzibati tənbeh tətbiq edilməsi xəbərdarlıq edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X4 ilə 28 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış 593 saylı rəsmi nikah qeyd alınmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə X3 övladları doğulmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü ildə xərçəng kaxeksiyası, düz bağırsaq xərçəngi diaqnozundan ölmüşdür. Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən vətəndaş İddiaçı xx.xx.1950-ci il təvəllüdlü X5 üzərində patron (köməkçi) təyin edilmişdir. Hazırda cavabdeh Mingəçevir şəhəri Ruslan Muradov adına X21 direktor Cavabdeh ilə ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi, əmək haqqının 9-cu dərəcəyə uyğun olaraq hesablanması ilə bağlı razılığa gəlmişlər. Bununla bağlı işəgötürən və işçi hazır ki, iş üzrə İddiaçı ilə əmək müqaviləsinə dəyişikliklər və əlavə edilməsi barədə yeni müqavilə bağlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, Mingəçevir şəhəri Ruslan Muradov adına X10 köməkçi müəllim işləyən İddiaçı 2023-cü ilin may ayından ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilənədək xx.xx.2025-ci il tarixədək (dəyişikliyin qüvvəyə minmə tarixinədək) qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsi, mediasiyaya ödənilən 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq iddiaçıya verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir şəhər R.Muradov adına X16 direktoru Cavabdeh iddianın əsassız olduğunu, təmin edilməməsini xahiş etdi. Həmçinin cavabdeh məhkəmə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ixtisas dərəcəsinin artırılması, əmək haqqının 9-cu dərəcəyə uyğun hesablanması, 9-cu dərəcəyə bərpa edilənədək azaldılmış əmək haqqının hesablanmasını xahiş etmişdir. İddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Qeyd etmişdir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, iddia qanuna müvafiq verilməmiş və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İddia ərizəsində iddiaçının ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi xahiş olunur. Lakin onun təqdim etdiyi sənədlərdən də görünür ki, onun tərəfindən iddiaçının ixtisas dərəcəsi ilkin məhkəmə hazırlıq iclasına kimi artıq artırılmış və bununla bağlı əmr verilməklə tərəfə bu barədə məlumat verilmişdir. Artıq iddianın predmeti ola bilməyəcək bir məsələ ilə bağlı iddia ilə çıxış etmək hansı dərəcədə doğrudur? O, iddiaçıya bu barədə məlumat versə də iddiaçı öz iddiasını geri götürməmişdir. Bununla da əsassız olaraq məhkəmənin iş yükünü çoxaltmışdır. İddia ərizəsində görünür ki, əsas iddia tələbi ilə bərabər vəkilə ödənilmiş 300 manat pulun ondan tutulması xahiş olunmuşdur. Hansı səbəbdən onun vəkilə ödədiyi pulu verməlidir? Özü iddiaçıya kömək etdiyi təqdirdə və iddia geri götürülməli olduğu halda nəyə görə vəkilə pul ödəməlidir? Bəlkə elə 50000 pul ödəyəcəkdi, onu verməli idi? Bu absurd bir yanaşmadır. Ən əsası odur ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının 2023-cü ildən onun dərəcəsinin aşağı salınmasından xəbəri olmuş, iddiada göstərdiyi kimi bu səbəbdən əmək haqqının aşağı salınmasını bilmiş və ən əsası bununla bağlı təhsil sektorunun məktubu ilə tanış olmaqla etiraz etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək haqqı və digər ödənişlərlə bağlı mübahisələrlə bağlı isə 1 il müddətində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı 2 il sonra məhkəməyə müraciət etmiş və sözügedən iddia müddətini keçirimişdir. Belə olan halda iddia müddəti tətbiq edilməli və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X25 Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbinin əsassız olduğunu, təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmət üçün Konsensus Vəkil Bürosuna 300 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00210 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyatdan haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 362996 №li xx.xx.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X6 arasında xx.xx.2007-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 593 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə - Allahverdiyev, arvada – Allahverdiyeva soyadı verilmişdir. AZ-İİ 243629 №li xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X4, anası İddiaçıdır. AZ-İ 706495 №li xx.xx.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhərində ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 719 № ilə qeyd edilmişdir. ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli 91 nömrəli əmrə əsasən Mingəçevir şəhəri Y.Muradov adına 11 №-li orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti laborant təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmrinə əsasən müvəqqəti iş dövrü başa çatdığı üçün işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Mingəçevir şəhər Məşğulluq Mərkəzi işsizlik müavinətə təyin edilmişdir. xx.xx.2005ci il tarixli, 61 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə texniki işçi qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə laborant keçirilmişdir. xx.xx.2016-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına X19 köməkçi müəllim vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, X5 xx.xx.1995-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik qrupu təyin edilmiş edilmişdir. xx.xx.2024-cü il tarixli 5-3/3-3-164/2024 saylı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sərancamından görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlü X5 üzərində patron (köməkçi) təyin edilməsi qərara alınmışdır. 088401 AB-İİ №li xx.xx.2003-cü il tarixli diplomdan görünür ki, X1 Pedoqoji Texnikumundan X24 Kollecinin ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmiş, ibtidai sinif müəllimi ixtisası verilmişdir. X20 Xidmətinin X25 Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3- 17-5/2-A-51039/2025 saylı məlumatdan görünür ki, təqdim etdiyi müraciətə baxılmış, direktor Cavabdeh barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Mingəçevir şəhər R.Muradov adına X16 direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 64 №li əmrindən görünür ki, liseyin inkluziv sinfində xx.xx.2016-cı ildən çalışan köməkçi müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən MARTİ-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən əməkhaqqının ödəniş dərəcəsi 7-ci deyil, 9-cu dərəcə ilə hesablanması və elektron əmək müqaviləsində dəyişiklik edilməsi əmr edilmişdir. Mingəçevir şəhər R.Muradov adına X16 direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 64/2 №li əmrindən görünür ki, köməkçi müəllimlərin əmək haqqı dərəcəsi “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X23”nda təsdiq edilmiş qaydada müəyyənləşdirilməsi İddiaçı – orta ixtisas, 9-cu dərəcə (8 il 9 ay) və əmək müqavilələrində uyğun dəyişikliklərin edilməsi əmr edilmişdir. X22 Regional Təhsil İdarəsi, Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə işçinin aylıq əmək haqqısının 550 manat, vəzifə/tarif maaşının 550 manat müəyyən edilməsi ilə bağlı dəyişiklik edilmiş, dəyişikliyin qüvvəyə minmə tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. Mingəçevir şəhər R.Muradov adına X16 direktoru Cavabdeh tərəfindən X25 Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli 24 №li məktubdan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı, MARTİ-nin xx.xx.2025-ci il tarixli göstəriş məktubu və DƏMX X25 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-50488/2025 nömrəli məktubu rəhbər tutularaq köməkçi müəllimlərin əmək haqqı dərəcələrinin “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X23”nda təsdiq edilmiş qaydalara uyğun şəkildə müəyyənləşdirilmişdir. Ona görə də 2023-cü ilin may ayından etibarən hüquqları pozulmuş köməkçi müəllimlərin əmək haqlarının kəsir qalan hissəsinin ödənilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş halları: İddiaçı xx.xx.2004-cü il tarixli 91 nömrəli əmrə əsasən Mingəçevir şəhəri Y.Muradov adına 11 №-li orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti laborant təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmrinə əsasən müvəqqəti iş dövrü başa çatdığı üçün işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Mingəçevir şəhər Məşğulluq Mərkəzi işsizlik müavinətə təyin edilmişdir. xx.xx.2005-ci il tarixli, 61 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə texniki işçi qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə laborant keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. xx.xx.2016-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına X19 köməkçi müəllim vəzifəsinə keçirilmişdir. 2023-cü ilin may ayında iddiaçının ixtisas dərəcəsini 9-cu dərəcədən 7-ci dərəcəyə endirilmişdir. xx.xx.2025-ci il tarixli əmr ilə iddiaçının ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa olması, əmək haqqının 9-cu dərəcəyə uyğun olaraq hesablanması müəyyən edilmişdir. İddiaçı tələbin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfi iddanın əsassız olduğunu, təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 14. Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri

1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 156.2. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Əmək v Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının № 18-1 20 dekabr 2017-ci il tarixli “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə Qərarı: Müəllim köməkçisi (Assistent) Əmək funksiyası. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) ilə bağlı qanunvericilik aktlarında müəyyən edilmiş tələblərə uyğun sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkil edilməsi ilə məşğul olur. İnklüziv təhsil həyata keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə işlərinin aparılması üçün məktəbin psixoloqu və müəllimdefektoloqu ilə məsləhətləşmələr aparır. Şagirdlərin valideynlərinə və yaxud himayəsində olduqları qanuni nümayəndələrinə onların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə məlumat verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir, müəllimlərin etik davranış qaydalarına riayət edir. Bilməlidir: “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin yaş psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə nümunələrinin praktik fəaliyyətdə tətbiqini, sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə proqramları, tədris kabinetlərinin təchizinə verilən müasir tələbləri, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan; 8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən; 9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;(...) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddiaçı xx.xx.2004-cü il tarixli 91 nömrəli əmrə əsasən Mingəçevir şəhəri Y.Muradov adına 11 №-li orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti laborant təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 27 nömrəli əmrinə əsasən müvəqqəti iş dövrü başa çatdığı üçün işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Mingəçevir şəhər Məşğulluq Mərkəzi işsizlik müavinətə təyin edilmişdir. xx.xx.2005-ci il tarixli, 61 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə texniki işçi qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına 15 nömrəli orta məktəbə laborant keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. xx.xx.2016-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Mingəçevir şəhər R.Muradov adına X19 köməkçi müəllim vəzifəsinə keçirilmişdir. İddiaçının orta təhsili olmuşdur. 2023-cü ilin may ayında iddiaçının ixtisas dərəcəsini 9-cu dərəcədən 7-ci dərəcəyə endirilmişdir. Həmin tarixədək iddiaçının artıq 6 ildən artıq pedoqoji stajı olmuşdur. Cavabdeh iddiaçının ixtisas dərəcəsini endirərkən heç bir hüquqi sənədə əsaslanmamış, ixtisas dərəcəsinin aşağı salınmasını əmrləşdirməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli əmr ilə iddiaçının ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa olması, əmək haqqının 9-cu dərəcəyə uyğun olaraq hesablanması barədə əmr vermişdir. Beləliklə cavabdeh tərəfindən iddia etiraf olunaraq iddiaçnın dərəcəsi bərpa olunmuşdur. Belə olan halda keçən müddət ərzində qanunsuz olaraq azaldılmış əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. İddia təmin olunduğundan ödənilmiş mediasiya xərci və vəkil xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Mingəçevir Şəhər R.Muradov adına X13rşı 2023-cü ilin may ayından xx.xx.2025-ci il tarixədək azaldılmış əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı 2023-cü ilin may ayından xx.xx.2025-ci il tarixədək azaldılmış əmək haqqı hesablanaraq ona ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat və xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar