Məhkəmə qərarları › İş №e-2(051)-1415/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1415/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1415/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 05 oktyabr 1997-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Tərəflərin birgə nikahlarından olan uşaqlar yetkinlik yaşına çatmışlar. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında olan ailə münasibətləri pozulmuşdur. Buna səbəb tərəflərin xasiyyətlərinin uyğun olmamasıdır. İddiaçı dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Artıq tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər arasında olan nikah formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası mümkün deyil. Ona görə də iddianın təmin olunmasını, tərəflərə barışıq üçün vaxt verilmədən aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarındakı ailə münasibətlərinin bərpası mümkün deyil, ona görə də nikahın barışıq üçün vaxt verilmədən pozulmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, tərəflər arasında 05 oktyabr 1997-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 01 aprel 2022-ci il tarixli məktubundan görünür ki, tərəflərdən biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasındakı ailə münasibətləri pozulmuş, onlar faktiki olaraq ayrılmışlar. Tərəflər nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasındakı nikah pozulmalıdır. Bundan başqa məhkəmə, həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-21, Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 1997-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 99 №-li nikah qeydi pozulsun. Tərəflərə nikahın pozulması haqqında qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar