Məhkəmə qərarları › İş №e-2(051)-1466/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1466/2022

02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1466/2022 02.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərci” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərci” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmamış xx.xx.2006-cı il tarixdə doğulmuş, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəlki 3 illik müddətdə alimentin, həmin uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən bütün növ qazancının ¼ hisəsi məbləğində alimentin, həmçinin həmin uşağın ümumi təhsil xərci olan 12000 avro məbləğində pulun, mediasiya xərci olan 50 manatın və hüquqi yardım xərci olan 150 manat pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə yazılı ərizə göndərərək bildirmişdir ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll ediblər. Odur ki, onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə göndərərək bildirmişdir ki, iddiaçı ilə arasında olan mübahisəni barışıq yolu ilə həll etmişdir. Odur ki, onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.

1. İddiaçı Cavabdeh qarşı olan iddia tələbi üzrə cavabdeh ona xx.xx.2006-cı il tarixdə doğulmuş X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 25 ay müddətində hər ay 3000 manat məbləğində alimenti hər ayın son ongünlüyündə iddiaçının təqdim etdiyi bank hesabına ödəyəcəyini öhdəsinə götürmüşdür.

2. Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X2 Hollandiyada yerləşən “X4 Maastricht” təhsil müəssisəsində təhsil almasına görə 2022/2023-cü tədris ili üçün 6000 avro, 2023/2024-cü tədris ili üçün 6000 avro olmaqla, 12000 avro məbləğində təhsil xərcini İddiaçı bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

3. Yuxarıda qeyd edilən hallarla bağlı tərəflər bir-birinə qarşı əlavə tələb və ya iddialarının olmadığı və olmayacağını bəyan etmişlər. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərci” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2022–ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. İddiaçı Cavabdeh qarşı olan iddia tələbi üzrə cavabdeh ona xx.xx.2006-cı il tarixdə doğulmuş X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 25 ay müddətində hər ay 3000 manat məbləğində alimenti hər ayın son ongünlüyündə iddiaçının təqdim etdiyi bank hesabına ödəyəcəyini öhdəsinə götürmüşdür.

2. Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X2 Hollandiyada yerləşən “X4 Maastricht” təhsil müəssisəsində təhsil almasına görə 2022/2023-cü tədris ili üçün 6000 avro, 2023/2024-cü tədris ili üçün 6000 avro olmaqla, 12000 avro məbləğində təhsil xərcini İddiaçı bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

3. Yuxarıda qeyd edilən hallarla bağlı tərəflər bir-birinə qarşı əlavə tələb və ya iddialarının olmadığını və olmayacağını bəyan etmişlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərci” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar