Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-156/2023 07.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi , İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və maddi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100000 (yüz min) manat pulun, 18000 (on səkkiz min) manat verdiyi pulun və 408 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq tələbini onunla əsaslandırmışdır ki, O, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşam və ali təhsillidir. Cavabdeh ona və ailə üzvləsinə qarşı iddia ərizəsi ilə müraciət edərək onların mənzildən çıxarılmağı barədə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, Cavabdeh öz verdiyi iddia ərizəsində göstərmişdir ki, “X2 ogluna məxsus ünvan 2 ünvanda yerləşən mənzil ilə ünvan 3 evini dəyişmişlər. Hal-hazırda o, ailəsilə cavabdehə məxsus ünvan 4 ünvanında köçüb yaşayır, cavabdeh isə ailəsi ilə ona məxsus Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvaninda yaşayir”. Cavabdeh tərəfindən göstərilmiş bu sözlərdən də göründüyü kimi onların arasında dəyişmə müqaviləsi 2017-ci ilin ilk aylarında olmuş və onlar evləri dəyişmişlər. Sözügedən evləri dəyişdikləri zaman Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanı təmirsiz və sənədsiz olmuş, ona məxsus ünvan 4 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Sözügedən mənzilə onlar evləri dəyişdikdən indiyə kimi cəmi 100000 (yüz min) manatdan çox xərc çəkmişdir. Bunu təstiq edən sənədləri, evin əvvəlki (təmirsiz) şəkilləri, hazırki (təmirli) şəkillərini təqdim etmişdir. Bundan əlavə iş üzrə ekspertiza keçirilmiş və təmir xərcləri 59257 manat müəyyən olunmuşdur. Sözügedən məbləğ onun çəkdiyi xərclərdən az olsa da o çəkdiyi xərcləri tam formada tələb edir. Onun sözügedən evi təmir etməyini cavabdeh hər zaman bilmiş və buna etiraz etməmişdir. Çünki onlar cavabdehin də bildirdiyi kimi evləri dəyişmişik və ev faktiki olaraq mənə məxsus olduğu üçün təmir işlərini etdirməyində mübahsə olmamışdır. Cavabdehlə münasibətlərimiz yaxşı olmuş və biz bir-birimizin evinə gedib gəlmişik. Lakin hazırda cavabdeh onu və ilə üzvlərini evdən çıxarır. Təmir tam başa çatdıqdan sonra cavabdeh onu və ailəsini həmin mənzildən çıxarmaqla bağlı məhkəməyə müraciət etmiş və hazırda da onu həmin evdən çıxarmaq niyyətindədir. Bundan əlavə bildirmək istəyir ki, Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə 18000 manat pul vermişəm. Bu pulları verməkdə məqsədi evlərin arasında olan fərqi bağlamaq olmuşdur. Belə ki, o tam təmirli evi verdikdən sonra əlavə olaraq 18000 manat pul verməklə evləri dəyişmişlər. Ona görə də Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100000 (yüz min) manat pulun, 18000 (on səkkiz min) manat verdiyi pulun və 408 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, verilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli idi. AR MPMnin 149-cu maddəsinə əsasən, iddia ərizəsinin forma və məzmunu var. Daha doğrusu 149.2.3-cü maddəsində göstərilir ki, iddiaçı və ya ərizəçinin tələbi onların öz tələblərinə əsaslandırılması halları göstərilməlidir. Belə ki, iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Yəni, məhkəmənin belə bir iddianı qəbul etməyə əsası yox idi. Eyni zamanda bu iddia ərizəsinin surətinin qəbul olunması ilə əlaqədar mənzildən çıxarma işində hansı ki, hakim, Elza xanım baxmışdı, orda verilmiş qarşılıqlı iddia ərizəsində imtinanın qəbul edilməməsi üçün əsaslardan biri də göstərilən hal olmuşdur. Yəni qarşılıqlı iddia ərizəsində hansı işləri, xərcləri göstərilmədiyinə görə imtina edilmişdir və bu qərardan narazı olan tərəf İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, apellyasiya məhkəməsində baxdırmış, apellyasiya məhkəməsi də Mingəçevir şəhər məhkəməsinin qərarını, yəni iddianın qəbul edilməməsini təsdiq etmişdir. Məhkəmə heç bir hüquqi əsaslar olmadan iddia ərizəsini qəbul etmiş, qarşı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. Beləliklə, məhkəmə belə olduğu halda MPM-nin 151-ci maddəsinə əsasən, iddia ərizəsinin mümkünsüzlüyünə görə geri qaytarmalı idi. İddia ərizəsinin olmaması, iddia tələbinin düzgün göstərilməməsi ekspertiza qarşısında qoyulmaması problem yaratmışdır. Belə ki, tərəf iddia ərizəsində göstərməlidir ki, bunları o tikdirmiş və bu qədər xərc çəkmişdir. İddia ərizəsində bunların heç biri göstərilməmişdir. Ekspert onun əsasında məqsədli rəy vermişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar döngəsi 17 saylı ev mülkiyyət kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evin və onun həyətyanı torpaq sahəsində təmir işləri aparılmışdır. Fotoşəkillər müqayisəli şəkildə təhlil edilərkən İddiaçı evə köçərkən və evin hazırki vəziyyəti arasında fərq müşahidə olunmuş, evin və həyatyanı sahəsində təmir, yenidənqurma və tikinti işləri görmüşdür. İşdə olan baxış protokolundan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə və onun həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Sözügedən evdə və həyatyanı torpaq sahəsində əsaslı təmir olunması, həyətyanı torpaq sahəsində dekarativ ağaclar və yaşıllıq salınması, həyətdə istirahət üçün alaçığın (bisetkanın) qurulması və evin fasadının tikinti daşları ilə bəzədilməsi müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 saylı ekspert rəyinə əsasən Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin təmirli vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 276000 manat məbləğində müəyyən olunur. Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin təmirsiz vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 216000 manat məbləğində müəyyən olunur, Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evin və onun həyətyanı torpaq sahəsində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və qurlaşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 59257 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Məhkəmə işin hallarına qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olması səbəbindən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ilk öncə tərəflərin təqdim etdiyi sübutları araşdırmaqla hesab edir ki, iddiaçı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh məhkəmə iclasında və ərizələrində iddiaçı ilə evlərin dəyişməsini etiraf etmiş, lakin bu dəyişmənin etibarsız olmasını bildirmişdir. Buna səbəb kimi İddiaçı ona verdiyi evin yüklü olması barədə ona məlumat verməməsi kimi izah edir. Məhkəmə sözügedən hallara və sübutlara ümumi halda qiymət verərək hesab edir ki, iddiaçının özünün təqdim etdiyi, onların vəsatəti ilə aparılmış ekspert rəyindən və evə baxış protokolundan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar döngəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində yaxın vaxtlarda təmir işləri aparılmış, sözügedən təmir iddiaçı tərəfindən aparılması tərəflər tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin təmirə razılıq verməməsi ilə bağlı fikirləri isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, cavabdeh etirazlarında da evlərin dəyişdirilməsini bildirmiş və iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşamasını bilmişdir. Evin tam olaraq təmirsiz olmasını və yaşanması qeyri mümkün olmasını nəzərə alaraq təmir olunması aydın görünür. 2017-ci ildən evlərin dəyişməsinə razılığı olmayan cavabdeh buna bir neçə il ərzində etirazını bildirməli və həmin vaxtlar evin təmirinin qarşısının alınmasına çalışmalı idi. Bununla da Cavabdeh evi könüllü olaraq dəyişməsinə razılıq verməsi, 6 il ərzində evin təmir olunmasını bildiyi halda buna mane olmaması və əksinə iddiaçının həmin evin təmirinə pul xərclənməsinə şərait yaratması iddiaçının vicdanlı sahib olmasına əsas verir. Bundan əlavə məhkəmə tərəflərin təqdim etdiyi sübutları və izahatlarını nəzərdən keçirərkən müəyyən edir ki, tərəflər arasında şifahi formada evlərin dəyişməsi ilə bağlı razılıq olmuş. Onlar arasında bu cür razılaşma olarkən İddiaçı məxsus mənzil ipoteka yüklu, Cavabdeh evinin isə sənədi olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh mübahisəli evi iddiaçının ailə üzvləri ilə həmin evdə yaşadığı və ev təmir olunduqdan sonra yəni 2022-ci ildə mülkiyyətinə keçirmişdir. Cavabdehin evi təmirsiz verdikdən sonra hazırda iddiaçıdan təmirli halda tələb etməsi və onu ailə üzvləri ilə həmin evdən çıxarması onun əsassız varlanması ilə nəticələnməkdədir. Məhkəmə mübahisə obyekti olan tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə münasibət bildirərək hesab edir ki, tərəflər iddia ərizələrində bu halı mübahisələndirməsələr də məhkəmə tərəflər arasında olan əqdlərə qiymət verməlidir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə sözügedən əqdə qiymət verərək hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış müqavilələr notarial qaydada təstiq olunmalıdır (Mülki Məcəllənin 394-cü maddəsi). Lakin tərəflər arasında müqavilə bağlanmamış və öz aralarıda şifahi razılaşma olmuşdur. Ona görə də müqavilə bağlandığı vaxtdan etibarsızdır. Belə olan halda və ümumilikdə iş materiallarından da görünür ki, iddiaçı vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsində göstərilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə paralel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» normalarının dispozisiya şərtlərinin mövcudluğu da tələb olunur. Bu tələb Mülki Məcəllənin 1094-cü maddəsindən də aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə iddiaçının 18000 (on səkkiz min) manat pul tələbinə dair hissədə hüquqi qiymət verərək bildirir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin isə sözügedən pul məbləğinin ona verilməsini sübut etmək kimi bir öhdəliyi olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 59257 manat məbləğində təmir xərci, 240 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №e-2(051)-156/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-156/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver