Məhkəmə qərarları › İş №e-2(051)-1600/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1600/2022

14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1600/2022 14.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə “Maqnitdən” alınmış 800 manat dəyərində 1 ədəd “İndezit” markalı soyuducu, 500 manat dəyərində “Acer” markalı mobil telefon, 500 manat dəyərində “Nokia” markalı telefon, 300 manat dəyərində “Samsung” markalı planşet, 900 manat dəyərində “Samsung” markalı telefon, 3000 manat dəyərində “LG” markalı 119 ekran televizor, 300 manat dəyərində “LMG” markalı televizor, 1700 manat dəyərində “Acer” markalı kompüter, 700 manat dəyərində “Asus” markalı kompüter; “İrshaddan” alınmış 600-700 manat dəyərində iki ədəd telefon; “Kontakt homeden” alınmış 400-500 manat dəyərində “Huavei” markalı iki ədəd telefon; 300 manat dəyərində “Arkatel” markalı telefonun, yəni qeyd edilən əmlakların dəyərinin yarısı olaraq 5600 manat məbləğində pulun; o cümlədən kreditə götürülmüş pulların, öhdəliklərin yarısı qismində 13.744 manat pulun; həmçinin 2 ədəd üzük, 2 cüt sırğanın ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun, ümumilikdə 20.844 (iyirmi min səkkiz yüz qırx dörd) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil izahatında göstərmişdir ki, İddiaçı 29 dekabr 2006-cı ildə Bakı şəhəri, Nizami rayonu, VVAQ Şöbəsinin 1062 nömrəli qeydi ilə rəsmiləşən nikahla Cavabdeh1 ilə ailə qurmuşdu. Həmin nikahdan övladı olmamışdır. Artıq xeyli müddətdir ki, həyat yoldaşı ilə aralarında anlaşmazlıqlar, ailə münasibətlərini sarsıdan əsaslı səbəblər olduğundan, buna görə də ayrı yaşadıqlarından, birgə təsərrüfat aparmadıqlarından, ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkün olduğundan nikahın pozulması tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-392/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Bildirir ki, cavabdehlə ailə həyatı qurduqdan sonra gəlin kimi köçdüyü evə öz ata evindən cehiz, şəxsi geyim və qızıl-zinyət əşyaları gətirmişdi. Hətta birgə nikah dövründə şəxsi vəsaiti hesabına cehiz məqsədi ilə əşyalar da almışdı. Bəzi əşyalarını güc-bəla ilə cavabdehin evindən götürsə də o birgə nikah dövründə aldığı və hazırda cavabdehin evində qalan əşyaları və ya onların dəyərinin yarısını ona vermir. Birgə nikah dövründə onun adına kreditə avadanlıqlar alınmış, o cümlədən kreditə pullar götürülmüşdür. Onu da xüsusilə qeyd edir ki, keçmiş yoldaşı Cavabdeh1 işləmədiyindən, o, isə əmək haqqı aldığından bütün kreditlər onun adına olmuşdur. Onu da bildiri ki, hazırda nikahları pozulsa da, hətta nikah pozulmamışdan qabaq ayrı yaşasalar da həmin kreditlər üzrə ödənişləri məcburən o ödəyir. Cavabdeh bu günə kimi bir manat da olsun kreditin pulunu ödəməmişdir. Aşağıda adları sadalanan əşyaları dəfələrlə cavabdehdən könüllü təhvil verməsini, verilməsi mümkün olmadığı halda pulunu verməsini xahiş etsə də, cavabdeh bunu etməmişdir. Onu da xüsusilə qeyd edir ki, hər iki cavabdehlər ailəsi tərəfindən gəlin köçərkən ona hədiyyə olunmuş, yəni ona məxsus qızıl zinət əşyalarını ondan icazəsiz banka, lombarda qoymuşdur. Dəfələrlə qızıl-zinət əşyalarını tələb etsə də bu gün sabah deyərək onu aldatmışlar. Birgə nikah dövründə aldığımız və hazırda Cavabdeh1 qalan əşyalar aşağıdakılardır: − “Maqnitdən” alınmış 800 manat dəyərində 1 ədəd “İndezit” markalı soyuducu, 500 manat dəyərində “Acer” markalı mobil telefon, 500 manat dəyərində “Nokia” markalı telefon, 300 manat dəyərində “Samsung” markalı planşet, 900 manat dəyərində “Samsung” markalı telefon, 3000 manat dəyərində “LG” markalı 119 ekran televizor, 300 manat dəyərində “LMG” markalı televizor, 1700 manat dəyərində “Acer” markalı kompüter, 700 manat dəyərində “Asus” markalı kompüter; − “İrshaddan” alınmış 600-700 manat dəyərində iki ədəd telefon; − “Kontakt homeden” alınmış 400-500 manat dəyərində “Huavei” markalı iki ədəd telefon; − 300 manat dəyərində “Arkatel” markalı telefon; − Ümumi dəyəri 2050 manat olan üzük sırğadan ibarət iki ədəd dəst, 1ədəd tros sep, 1 ədəd üzük, 1 cüt sırğa . Qeyd olunanlarla yanaşı yuxarıda da qeyd etdiyi kimi birgə nikah dövründə keçmiş ərinin təkidləri ilə onun adına fərqli məbləğlərdə kreditə pullar götürülmüşdür. Həmin kreditlərin bir hissəsi tərəfindən bağlansa da, hazırki günə bağlanmamış borclar da var ki, həmin pulları yenə də o, ödəyir. Bigər nikah dövründə götürülmüş kreditlər isə aşağıdakılardan ibarətdir: “Kapital Bank” SB-dən 2850 manat məbləğində kredit götürülmüş, hazırki günə 725, 10 manat əsas, 2,61 manat faiz məbləğində kredit borcu mövcuddur; − "xxxx" KB ASC-dən 3892 manat məbləğində kredit götürülmüş, hazırki günə 1000,78 manat məbləğində kredit borcu mövcuddur; − "xxxx" KB ASC-dən 500 manat məbləöində kredit kartı açılmış, hazırki günə 125,93 manat məbləğində kredit borcu mövcuddur. Birgə nikah dövründə götürülmüş və tərəfimdən bağlanılmış kredit ödənişləri aşağıdakı kimidir: − "xxxx" KB ASC-dən götürülmüş kredit 3892 manat; − “Kapital bank” SB-dən götürülmüş kredit 2550 manat; − “Kapital bank” SBdən götürülmüş kredit 2000 manat; − “X7 Azərbaycan” QSC-dən götürülmüş kredit 700 manat; − "xxxx" KB ASC-dən götürülmüş kredit 500 manat; − "xxxx" KB ASC-dən götürülmüş kredit 3500 manat; − "xxxx" KBB QSC-dən götürülmüş 740 manat; − "xxxx" KB ASC-dən götürülmüş kredit 1000 manat; − "xxxx" KB ASC-dən götürülmüş kredit 500 manat; − "xxxx" KB ASC-dən götürülmüş kredit 1700 manat; − "xxxx" KBB QSC-dən götürülmüş 1360 manat; − "xxxx" KBB QSC-dən götürülmüş 1854 manat; − "xxxx" QSCdən götürülmüş 1750 manat. Qeyd edilən əşyalar hazırda Cavabdeh1 qaldığından, yəni onun əmlak hüquqlarını pozduğundan adları qeyd edilən əşyaların dəyərinin, o cümlədən də birgə nikah dövründə götürülmüş kreditlər üzrə ödənişlərin yarıbayarı bölünməsi, qanunvericiliklə müəyyənləşdirilmiş pul məbləğində cavabdehdən alınaraq ona verilməsi zəruridir. O cümlədən cavabdehlər tərəfindən ondan icazəsiz götürülmüş qızıl-zinət əşyalarının da ona qaytarılması, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri qismində 1500 manat pulun Cavabdeh1, 550 manat pulun isə Cavabdeh2 alınaraq ona verilməsi zəruridir. Cavabdehlərlə əlaqə yaradaraq danışıqlar yolu ilə mübahisənin məhkəmədən kənar həlli üçün çalışsa da bu mümkün olmamış, hətta mediasiya prosesi yolu ilə də həllini tapmadığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə “Maqnitdən” alınmış 800 manat dəyərində 1 ədəd “İndezit” markalı soyuducu, 500 manat dəyərində “Acer” markalı mobil telefon, 500 manat dəyərində “Nokia” markalı telefon, 300 manat dəyərində “Samsung” markalı planşet, 900 manat dəyərində “Samsung” markalı telefon, 3000 manat dəyərində “LG” markalı 119 ekran televizor, 300 manat dəyərində “LMG” markalı televizor, 1700 manat dəyərində “Acer” markalı kompüter, 700 manat dəyərində “Asus” markalı kompüter; “İrshaddan” alınmış 600-700 manat dəyərində iki ədəd telefon; “Kontakt homeden” alınmış 400-500 manat dəyərində “Huavei” markalı iki ədəd telefon; 300 manat dəyərində “Arkatel” markalı telefonun, yəni qeyd edilən əmlakların dəyərinin yarısı olaraq 5600 manat məbləğində pulun; o cümlədən kreditə götürülmüş pulların, öhdəliklərin yarısı qismində 13.744 manat pulun; həmçinin 2 ədəd üzük, 2 cüt sırğanın ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun, ümumilikdə 20.844 (iyirmi min səkkiz yüz qırx dörd) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, onun iddiaçının tələbində qeyd etdiyi əmlaklardan xəbəri yoxdur. Həmçinin kreditlərdən də xəbəri yoxdur. O, heçnəyə imza etməmişdir. Həmin evdə bir yerdə qalmışlar. Daha sonra iddiaçı gəlib evdən hər şeyini aparmışdır. Qızıllar onlardadır. Banka girov qoyublar. Mart ayında alacaqlar. Cavabdeh2 da məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qızıllar onlardadır, banka girov qoyublar. Lakin digər əşyalardan xəbəri yoxdur görməyibdir. X2 məhkəmə iclasında verdiyi izahatında gösətrdi ki, İsgəndər onun qardaşıdır. Bilirdi ki, İsgəndərin yoldaşı Sevinc 160 manat maaş alıdrdı. 15 il evli olublar. O maşlada mümkün deyildki kredit götürüb iddia tələbində qeyd olunan əşyları alsın. X1 izahatında göstərdi ki, İzmirin əri, İsgərdər isə qaynatasıdır. Sevinclə həmişə münasibəti normal olub bir mənzildə yaşamış vəəə birjə təsərrüfat idarə etmişlər. Sevincin 160 manat maaş aldığını bilir. İddiaçının dediyi əşyaların heç birini görməmişdir, həmçinin banklardan götürdüyü kreditlərdən xəbəri olmamışdır. Əgər onun götürdüyü kreditlər ailə üçün xərclənsəydi onun bundan mütləq xəbər olardı. Əlavə olaraq bildirdi ki, qızıl-zinət əşyaları olub və həmin qızıl-zinət əşyalarını qaynatası İsgərdər banka girov qoyaraq pul götürmüşdür, hal-hazırda da girov kimi bankda saxlanılır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cehiz və birgə nikah dövründə əldə edlmiş əşayların, həmçinin iddiaçıya məxsus qızıl– zinət əşyalarının hədiyyə şəklində verilməsini və hazırda da həmin əşyaların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının, lakin həmin əşyaların mövcudluğunu etiraf etdikləri halda, iddiaçı tərəfindən aparılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iddia tələbinə hissəvi olaraq qiymət verərək aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə iddianın cavabdehlər Cavabdeh1 qarşı birgə nikah dövründə “Maqnitdən” alınmış 800 manat dəyərində 1 ədəd “İndezit” markalı soyuducu, 500 manat dəyərində “Acer” markalı mobil telefon, 500 manat dəyərində “Nokia” markalı telefon, 300 manat dəyərində “Samsung” markalı planşet, 900 manat dəyərində “Samsung” markalı telefon, 3000 manat dəyərində “LG” markalı 119 ekran televizor, 300 manat dəyərində “LMG” markalı televizor, 1700 manat dəyərində “Acer” markalı kompüter, 700 manat dəyərində “Asus” markalı kompüter; “İrshaddan” alınmış 600-700 manat dəyərində iki ədəd telefon; “Kontakt homeden” alınmış 400-500 manat dəyərində “Huavei” markalı iki ədəd telefon; 300 manat dəyərində “Arkatel” markalı telefonun, yəni qeyd edilən əmlakların dəyərinin yarısı olaraq 5600 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi hissəsində belə qənaətə gəlir ki, qeyd olunan əmlakların birgə nikah dövründə əldə edilməsi iddiaçı tərəfindən hər hansı möhtəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən əşyalarının birgə nikah dövründə alınması və hazırda da həmin əşyaların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd olunduğu kimi sözügüdən əşyaların mövcudluğunu, onların həqiqətəndə ailə qurduqdan sonra iddiaçının öz şəxsi vəsaiti hesabına birgə nikah dövründə aldığını qeyd etsədə öz etirazlarının əsası kimi mötəbər mənbədən əldə edilmiş heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdehlərdə isararlı formada qeyd olunan əmlakları görmədiklrəini birgə nikah dövründə alınmadığını və yaşadıqları evə belə bir əmlakların olmadığını bildirdilər. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır, hgesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə iddianın kreditə götürülmüş pulların, öhdəliklərin yarısı qismində 13.744 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə hissəsinə də qiymət verərək bu hissədə də təmin edilməməsi qənaətindədir. Belə ki, götürülmüş kredit ailə ehtiyaclarının təmin edilməsi məqsədilə götürülmüşsə həmin borcu birgə nikah dövründə yaranmış borc hesab edilir və ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. İş materiallarından da müəyyən olunur ki, iddiaçı həmin krediti hansı məqsədlə verilməsi və təyinatını müəyyən edən müvafiq kredit müqviləsinin məhkəməyə təqdim etməmişdir. Götürülmüş kredit ailə ehtiyaclarının təmin edilməsi məqsədilə olmayan başqa şəxsi məqsədlər üçün alınmış kredit ola bilər. Şəxsi xarakterli öhdəliklər ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu hal isə məhkəmədə müəyyən olunmadı. Həmçinin cavabdehlərdə həmin kreditlərin mövcudluğundan xəbərdar olmadıqlarını bildirdilər. Beləliklə məhkəmə bu hissədə də belə qənaətə gəlirki, iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddianın 2 ədəd üzük, 2 cüt sırğanın ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun, Cavabdeh1 alınaraq ona verilməsi, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasına dair hissəsinə isə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qızıl tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddianın qızıl-zinət əşyalarına aid hissəsinin araşdırılmasının zəruriliyini nəzərər alaraq qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclası zamanı mübahisəli qızıl əşyalarının mövcud olmasını və iddiaçıya hədiyyə verilməsini etiraf etmişdir. Ona görə də məhkəmə iddianın qızıl-zinət tələbinə dair hissəsində hesab edir ki, 2 ədəd üzük, 2 cüt sırğanın ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun, Cavabdeh1 alınaraq ona verilməsi, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq ona verilməsi hissəsində təmin edilməlidir. Bütün bunları nəzərə alaraq iddiaya hissəvi qiymət verərək məhkəmə öz qənaətini və mülahizələrini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə zamanı tərəflər arasında formalaşmış ailə münasibətləri qısa zaman kəsiyində pozulduğu üçün iddiaçı ilə cavabdehlər arasında bir-birinə qarşı qərəzli münasibət formalaşmışdır. Ona görə də iddiaçıya məxsus qızıl əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılması məhkəmə iclası zamanı həm iddiaçının təqdim etdiyi sübutlar həmdə cavabdehin etirafı iilə öz rtəsdqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, idiaçıya məxsus olan və iddia ərizəsində göstərilən qızıl əşyalarının cavabdehlərdə yaşadığı evdə qalması ilə bağlı iddiaçının bildirdikləri əsaslıdır. Lakin iddianın birgə nikah dövründə əldə olunan kredit borcları və məişət və ev əşyaları hissəsində isə isə cavabdehlərdə qalması ilə bağlı iddiaçının bildirdikləri işin həm faktiki, həm də həqiqi hallarına daha uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Plenumunun qərarında qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 225.2–ci maddəsinə əsasən nikaha girənədək ər–arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1.-maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbinin qızı-zinət əşyalarının tələbi hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın həmin hissədə düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmiş mübahisəli qızıl əşyaları həqiqi hüquq əsasında iddiaçıya hədiyyə verilmişdir. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin sahibliyindədir. Cavabdehlərin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı qızıl əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 2 ədəd üzük, 2 cüt sırğanın ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun Cavabdeh1 və 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2 ədəd üzük, 2 cüt sırğanın, bu mümkün olmadıqda onların dəyəri qismində 1500 manat pulun və 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd tros sepin bu mümkün olmadıqda onların dəyəri qismində 550 (beş yüz əlli) manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar