Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1609/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmri verilməsinə haqqında ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, Müəyyən etdim: Kreditor MMC Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsində göstərilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya notariat qaydada təsdiqlənmiş sürətləri təqdim edilir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair iddia ərizəsi nümayəndə kimi Nümayəndə tərəfindən verilmişdir. Lakin Kreditor MMC-nin müdiriyyəti tərəfindən Nümayəndəa iddia ərizəsini imzalamaq, məhkəməyə iddia ərizəsi vermək səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Kreditor MMC-nin məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmçinin, izah olunmalıdır ki, MPM-nin 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 279.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İzah olunsun ki, MPM-nin 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1609/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1609/2021
02.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver