Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1650/2023 21.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir Şəhər Məhkəməsi Cəbrayılzadə Elza Vaqif qızı İddiaçı cavabdeh X4 qarşı barışıq sazişinin məcburi icra olunması tələbinə dair iddia ərizəsinin yazılı icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh X6 ilə İddiaçı arasında 31 avqust 2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağlanmış MŞB 6-4712 saylı Barışıq sazişinin məcburi icra olunması, yəni tərəflərin birgə nikahdan doğulmuş övladı – xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün X3 195 (yüz doxsan beş) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.9, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin olunsun. İddiaçı cavabdeh X4 qarşı barışıq sazişinin məcburi icra olunması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1650/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1650/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver