Məhkəmə qərarları › İş №e-2(051)-1695/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1695/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1695/2025 30.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlunun Cavabdeh Mirvarid qızına qarşı himayəçiliyin bərabər şəkildə həyəta keçirilməsi tələbinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİ Cavadov İddiaçı Məhəmməd oğlu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, övladları xx.xx.2014-cü il təvəllüdlü Cavadov Həsən İddiaçı və Cavadov Hüseyn İddiaçı himayəçiliyinin Cavabdeh Mirvarid qızı ilə birgə, bərabər şəkildə onun da himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərini pozaraq, Yevlax Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlunun Cavabdeh Mirvarid qızına qarşı himayəçiliyin bərabər şəkildə həyəta keçirilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar