Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1731/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdi: İddiaçı Kreditor MMC cavabdeh Borclu qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsinə Borclu ilə deyil, X1 ilə bağlı sənədlər ( müqavilə, bildiriş, maliyyə arayışı və sair) əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Mülki Prosessual Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edilən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədər qəbul olunmasından imtina edir. Göstərənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 284-4 cü maddələrinin rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı kiçik iddialara dair işlər üzrə sadələşirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1731/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1731/2021
25.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver