Məhkəmə qərarları › İş №e-2(051)-1733/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-1733/2021

25.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-1733/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Kreditor MMC-nin Borclu qarşı borcun ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Kreditor MMC Borclu qarşı 559.89 manat əsas borc, 83.31 manat cərimə olmaqla, cəmi 643.20 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rusumu alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 25.02.2020-ci il tarixli GNK00163 №li borc müqaviləsinə əsasən borcluya 689.89 manat məbləğində məişət avadanlığı verilmişdir. Həmin avadanlığa görə borclu 130 manat ilkin ödəniş etmiş, qalan 559 manatı 12 ay müddətinə hər ay 47 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu qismən ödəniş etdikdən sonra ödəniş etməmiş, borcu yaranmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli və sair hərəkətləri yerinə yetirməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsində məhkəmə əmri verilməsinin konkret əsasları sırasında həm də tələbin sadə yazılı əqdə əsaslandığı hallar da göstərilmişdir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən hesab edirəm ki, Kreditor MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: 26.05.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 559.89 (beş yüz əlli doqquz manat səksən doqquz qəpik) manat borc, 83.31 (səksən üç manat otuz bir qəpik) manat cərimə olmaqla, cəmi 643.20 (altı yüz qırx üç manat iyirmi qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-ə ödənilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM MƏHBURƏ KƏRİMOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar