Məhkəmə qərarları › İş №e-2(051)-1736/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1736/2025

09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1736/2025 09.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Fəridə adlı uşağın saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı azadılaraq hər ay barışıq sazişində nəzərdə tutulmuş 190 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Taleh, Tural və Fəridə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə 1. İkinci tərəf (İddiaçı) üzərinə öhdəlik götürür ki, birinci tərəfin (Cavabdeh) himayəsində olan xx.xx.2008-ci ildə doğulan övladına (X5) o, yetkinlik yaşın a çatanadək, 2024-cü ilin fevral ayının 16-dan başlayaraq hər ayın 16-dək ona məhkəmə tərəfindən təyin edilmiş 110 manat aliment məbləğinə 80 (səksən) manat əlavə edərək, cəmi hər ay 190 (bir yüz doxsan) manat məbləğində aliment ödəyəcək. 2. İkinci tərəf aliment məbləğini Mingəçevir şəhər Məhkəmə qərarlarının icrası və probasiya bölməsinin aidiyyəti məmuruna Birinci tərəfə çatdırılması üçün ödəyəcək. 3. Bu sazişin şərtləri pozulduğu halda Tərəflər məhkəməyə müraciət edə bilərlər. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3498/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 110 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla 220 manat alimentin Cavabdeh ödənilməsi nəzərdə tutulmuşdur. Hal hazırda X3 18 yaşı tamam olmuşdur. İş üzrə borclu İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla 220 manat alimentini tam olaraq ödəmişdir. Cavabdeh bir uşağa görə 190 manat aliment artırılması üçün Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir, qətnamə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmamış, borclu tərəfindən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat aliment mart ayı daxil olmaqla 2025-ci il tarixədək tam şəkildə ödənilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi verilmiş arayışda texniki səhvlik etmişdir, çünki belə bir qətnamə olmamışdır. Hər iki tərəfin iradə ifadəsi əsasında bağlanmış barışıq sazişi əsasında bir ildən artıq müddətdə 190 manat aliment borclu tərəfindən tələbkara ödənilmişdir. Deməli, o, hər ay 376 manat aliment ödəməlidir. Aliment ödəməkdən boyun qaçırmır, ancaq xəstə olduğu üçün heç bir yerdə işləmir. Maddi imkanı yoxdur ki, müəyyən edilmiş alimenti ödəsin. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı işləmədiyini və qazancının olmadığını iddia edir. Halbuki faktiki olaraq o, anasının və ya bacısının adına keçirilmiş Şəhriyar küçəsində yerləşən mağazanı işlətməkdədir. Bundan əlavə, boşanmadan əvvəl öz mülkiyyətində olan ev və avtomobil kimi əmlakları adından çıxarmış, beləliklə məhkəmədən yayınmağa çalışmışdır. Həmçinin əvvəl qara rəngli Hyundai Terracan avtomobilinə sahib olmuş, onu sataraq hazırda Ford Fusion markalı avtomobil idarə edir. Boşandıqdan sonra da ikinci dəfə evlənmişdir və bu da onun gəlir imkanlarının olduğunu göstərir. İddia ərizəsində qeyd olunub ki, guya xx.xx.2017-ci il tarixli qətnamə ilə X4 (xx.xx.1999-cu il təvəllüddlü) aliment təyin edilib. Halbuki həmin vaxt Talehin 18 yaşı tamam olmuşdur. X1 (xx.xx.2001-ci il təvəllüdlü) alimenti 2018-ci ildə dayandırılmışdır. İddiaçı əsassız olaraq göstərir ki, guya 110 manatdan 190 manata artırılma qanunsuz olaraq icra qaydası ilə həyata keçirilib. Halbuki həmin dövrdə barışıq sazişi əsasında 190 manat məbləğində alimentin ödənilməsi qarşı tərəf, yəni İddiaçı tərəfindən könüllü şəkildə qəbul edilmişdir və heç bir etiraz edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3498/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 110 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından borclu İddiaçı tərəfindən şikayət verilmiş, ancaq şikayət vermə müddətini 23 gün ötürdüyündən, şikayət geri qaytarılmışdır. Deməli, qərar qüvvədədir. Bu günə qədər iddiaçı həmin indeksasiya üzrə ödəniş etməmiş, borc yığılmışdır. Hətta ayın 16-sı ödənən aliment borcu mart, aprel, may və iyun aylarında qəsdli formada gecikdirilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə yazılı şikayət ünvanlanmışdır. İddiaçı əsassız şəkildə məhkəməyə müraciət etmiş və alimentin azaldılmasını tələb etmişdir. Halbuki heç bir yeni və əsaslı hal yoxdur. Əksinə, onun mülkiyyət və gəlir imkanları faktiki olaraq artır. İddiaçı guya işləmədiyini və xəstə olduğunu əsas gətirmişdir. Lakin iddiaçının təqdim etdiyi arqumentlərin heç biri sübuta yetirilməmişdir, eləcə də təqdim olunan tibbi arayış və ya əmək qabiliyyətini itirməsi barədə rəsmi sənəd yoxdur. Beləliklə, iddiaçının “maddi imkanım yoxdur ki, müəyyən edilmiş alimenti ödəyim” iddiası həqiqətə uyqun deyil və sadəcə aliment öhdəliyindən yayınmaq məqsədi daşıyır. İddiaçı tərəfindən ödənilən alimentin məbləği uşağın artan sosial, təhsil, sağlamlıq və gündəlik yaşayış xərclərini qarşılamır. Ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi, ərzaq və məişət xərclərinin əhəmiyyətli dərəcədə artması səbəbindən hazırkı məbləğ uşağın real ehtiyaclarına uyğun gəlmir. Ölkə üzrə minimum əmək haqqının artması fonunda alimentin də mütənasib olaraq indeksasiyası zəruridir. Bundan əlavə, iddiaçının maddi vəziyyəti stabil olduğundan və gəlirlərində azalma baş vermədiyindən, aliment məbləğinin artırılması onun üçün hər hansı ciddi maddi çətinlik yaratmır, əksinə, bu, uşağın xərclərinin qarşılanmasında mühüm dəstək olacaqdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X6 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3498/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 110 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı ləğv edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin və Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Fəridə adlı uşağın anası Cavabdeh, atası İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla 220 manat alimentin Cavabdeh ödənilməsi nəzərdə tutulmuşdur. Hal hazırda X3 18 yaşı tamam olmuşdur. İş üzrə borclu İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla 220 manat alimentini tam olaraq ödəmişdir. Cavabdeh bir uşağa görə 190 manat aliment artırılması üçün Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir, qətnamə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmamış, borclu tərəfindən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat aliment mart ayı daxil olmaqla 2025-ci il tarixədək tam şəkildə ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. İkinci tərəf (İddiaçı) üzərinə öhdəlik götürür ki, birinci tərəfin (Cavabdeh) himayəsində olan xx.xx.2008-ci ildə doğulan övladına (X5) o, yetkinlik yaşın a çatanadək, 2024-cü ilin fevral ayının 16-dan başlayaraq hər ayın 16-dək ona məhkəmə tərəfindən təyin edilmiş 110 manat aliment məbləğinə 80 (səksən) manat əlavə edərək, cəmi hər ay 190(bir yüz doxsan) manat məbləğində aliment ödəyəcək. 2. İkinci tərəf aliment məbləğini Mingəçevir şəhər Məhkəmə qərarlarının icrası və probasiya bölməsinin aidiyyəti məmuruna Birinci tərəfə çatdırılması üçün ödəyəcək. 3. Bu sazişin şərtləri pozulduğu halda Tərəflər məhkəməyə müraciət edə bilərlər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan, 09 oktyabr 2007-ci ildə Ağdam rayonun Novruzlu kənd ərazi Nümayəndəliyində bağlanmış 33 saylı nikah qeydinin pozulması, 01 yanvar 2001-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı işləmir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsindən müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü Fəridə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3498/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 110 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı hazırda işləməməyinə istinad edərək indeksasiya olunmuş alimentin məbləğinin (mislinin) azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, uşağın saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3498/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 110 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,94 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, Fəridə adlı uşağın üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər diqqətəlayiq hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0.94 misli (400 x 0.94 = 376 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı işləmir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Fəridə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-144/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar