Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1742/2025 07.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-265/2025 saylı qərardadına əsasən həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli olmaqla, iki uşaq üçün cəmi 1,38 misli həddində indeksasiyasını azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli olmaqla (150 manat), iki uşaq üçün cəmi 0,74 misli həddində, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Cavid və xx.xx.2011-ci il təvəllüdlü Səmayə adlı uşaqları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(051)-383/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, X4 ilə İddiaçı arasında olan 10 oktyabr 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 361 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü Səmayə, xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşaq anası X1 yanında qalması müəyyən olunması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü Səmayə, xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 manat aliment tutulub X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Tərəflər nikahın pozulması haqqında şəhadətnamə almışlar. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 8(051)-265/2025 saylı qərardadına əsasən ərizə təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Səmayə, xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(051)-383/2019 tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 125 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli olmaqla, iki uşaq üçün cəmi 1,38 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdə başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş 05 saylı, 15 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC–nin X11 Mingəçevir Elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Aylıq əmək haqqısı 690 manatdır. Əlavə hesablanmış məbləğ 100 manat, 250 manat aliment tutulması vardır. Ona 463 manat gəlib çatmır. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 8(051)-265/2025 saylı qərardadı icra edilsə, o ərizəçiyə uşaqların saxlanması üçün 552 manat ödəməlidir. Himayəsində xəstə valideynləri də vardır. “X6” ASC-nin hesab üzrə çıxarışından görünür ki, İddiaçı 6300 manat kredit götürmüşdür. Hər ay kartından 200 manat pul tutulur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 275 saylı, 31 iyul 2025-ci il tarixli arayışdan görünür ki, o həqiqətən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən 14 günlük hərbi vəzifələrin hərbi təlim toplanışına cəlb olunması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları : “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00341 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. AZ-İ 528806 №li xx.xx.2025-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlamış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-ci il tarixdə 69 № ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 469 №li doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X3r. xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 1666 №li doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X3r. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-265/2025 saylı qərardadından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Səmayə və xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-383/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 125 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,69 misli olmaqla, iki uşaq üçün cəmi 1,38 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır xx.xx.2025-ci il arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin X11 Mingəçevir Elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Hesablanmış əmək haqqı məbləği 690 manat, kart hesabına köçürülən məbləğ isə 463,05 manat təşkil edir. “X6” ASC-nin hesab üzrə çıxarışından görünür ki, İddiaçı qeyd olunan bankdan 6300 manat kredit götürmüşdür. Kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 222 manat, sonuncu ay 203,61 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(051)-383/2019 saylı qətnaməsindən görünür ki, X4 ilə İddiaçı arasında olan 10 oktyabr 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 361 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü Səmayə, xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşaq anası X1 yanında qalması müəyyən olunması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü Səmayə, xx.xx.2009-cu il təvəllüdlü Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 125 manat olmaqla, cəmi 250 manat aliment tutulub X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı müddətsiz olaraq 118203 №li veteran vəsiqəsi verilmişdir. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü Cavid və xx.xx.2011-ci il təvəllüdlü Səmayə adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşaq üçün onlar yetkinlik yaşına çatanadək atadan 125 manat olmaqla cəmi 250 manat aliment alınaraq anaya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,69 misli olmaqla, iki uşaq üçün cəmi 1,38 misli həddində tutulması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin X11 Mingəçevir Elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Hesablanmış əmək haqqısı 690 manat, kart hesabına köçürülən məbləğ isə 250 manat aliment tutulduqdan sonra 463,05 manat təşkil edir. İddiaçı “X6” ASC-dən 4913nkMNGb/23 saylı kredit müqaviləsinə əsasən 6300 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 222 manat, sonuncu ay 203,61 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılmasını xahiş edir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşaq üçün onlar yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 125 manat olmaqla cəmi 250 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü Cavid və xx.xx.2011-ci il təvəllüdlü Səmayə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-383/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 125 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,69 misli olmaqla, iki uşaq üçün cəmi 1,38 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin X11 Mingəçevir Elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Hesablanmış əmək haqqısı 690 manat, kart hesabına köçürülən məbləğ isə 250 manat aliment tutulduqdan sonra 463,05 manat təşkil edir. İddiaçı “X6” ASC-dən 4913nkMNGb/23 saylı kredit müqaviləsinə əsasən 6300 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 222 manat, sonuncu ay 203,61 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində indeksasiya olunmalıdır. Beləliklə məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-265/2025 saylı qərardadı ilə tutulan alimentin indeksasiyası dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü Cavid və xx.xx.2011-ci il təvəllüdlü Səmayə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli olmaqla, iki uşaq üçün cəmi 1,1 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-265/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü Cavid və xx.xx.2011-ci il təvəllüdlü Səmayə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli olmaqla, iki uşaq üçün cəmi 1,10 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva