Məhkəmə qərarları › İş №e-2(051)-1752/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1752/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1752/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 31 avqust 2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağlanmış MŞB 6-4712 saylı barışıq sazişinin təsdiq olunmasını və 2.1.4-cü bəndinin təsdiqinə istinadən icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 31 avqust 2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 mediatorluğu ilə mediasiya sessiyasında iştirak etmişlər. 31 avqust 2023-cü il tarxli MŞB 6-4712 saylı sənəd əsasında İddiaçı və Cavabdeh arasında mediator X1 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladı – xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 195 (yüz doxsan beş) manat alimenti hər ayın 10-na qədər İddiaçı təqdim etdiyi kart hesabına köçürülməsi, uşağın atası Cavabdeh ilə həftədə 1 dəfə (şənbə və ya bazar günləri) tam gün, iş günlərində isə 3 saatlıq tədris prosesinə mane olmamaq şərti ilə atada qalması, bayram və məktəb tətili günləri əvvəlcədən razılaşmaqla bir dəfə ananın yanında, bir dəfə atanın yanında qalması, Cavabdeh tərəfindən oğluna telefon alınması və uşaqla ünsiyyətin bu telefon vasitəsilə hər gün saat 18.00-dan 21.00-dək aparılması nəzərə alınaraq, barışıq sazişində qeyd olunmuşdur. Cavabdeh barışıq sazişinə əməl etmədiyinə görə o, məcbur olub 31 avqust 2022-ci il tarixli MŞB 6-4712 saylı barışıq sazişinin məcburi icra olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs Cavabdeh məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, ərizəçi İddiaçı ilə 31 avqust 2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin qeyd olunan şərtləri ilə razıdır. Odur ki, qeyd olunanlara əsasən qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşin materiallarında olan Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı 04 aprel 2016-cı il tarixdə Dinar adlı uşaqları doğulmuşdur. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Şəki rayonu, Cəyirli kəndi nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-T 003240 nömrəsi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərın övladı xx.xx.2016-ci il təvəllüdlü X3 ikinci tərəfin İddiaçı yanında saxlanılması, ata ilə görüş həftədə bir dəfə (şənbə və ya bazar günləri) tam gün, iş günlərində isə 3 saatlıq tədris prosesinə mane olmamaq şərti ilə atada qalması, bayram və məktəb tətili günləri əvvəlcədən razılaşmaqla bir dəfə anada bir dəfə atada qalması, birinci tərəf övladı xx.xx.2016-cı il təvəllüdlü X4 telefon alması və uşaqla ünsiyyət bu telefon vasitəsi ilə hər gün saat 18-dən 21-dək aparılması, birinci tərəf ikinci tərəfə aylıq 195 (yüz doxsan beş) manat alimenti hər ayın 10-na qədər ikinci tərəfin təqdim etdiyi kart hesabına ödəməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Dinar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 195 manat miqdarında alimentin hər ay ərizəçiyə verilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir, qalan hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyinin tələbinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və icraya yönəldilir. Yəni, bu artıq qanunvericiliyin müəyyən etdiyi imperativ normadır. (AR MPM-nin 234-cü maddəsi) Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən tərəflər Şəki rayonu, Cəyirli kəndi nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-T 003240 nömrəsi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərın övladı xx.xx.2016-ci il təvəllüdlü X3 ikinci tərəfin İddiaçı yanında saxlanılması, ata ilə görüş həftədə bir dəfə (şənbə və ya bazar günləri) tam gün, iş günlərində isə 3 saatlıq tədris prosesinə mane olmamaq şərti ilə atada qalması, bayram və məktəb tətili günləri əvvəlcədən razılaşmaqla bir dəfə anada bir dəfə atada qalması, birinci tərəf övladı xx.xx.2016-cı il təvəllüdlü X4 telefon alması və uşaqla ünsiyyət bu telefon vasitəsi ilə hər gün saat 18-dən 21-dək aparılması, birinci tərəf ikinci tərəfə aylıq 195 (yüz doxsan beş) manat alimenti hər ayın 10-na qədər ikinci tərəfin təqdim etdiyi kart hesabına ödəməsinə dair barışıq sazişi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar