Məhkəmə qərarları › İş №e-2(051)-1901/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1901/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1901/2025 03.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(051)- 117/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, minimum əmək haqqının 0.40 misli həddində sabit pulməbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh X3 ilə 2018-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından 16 fevral 2018-ci il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 anasının yanında saxlanılması qərara alınmışdır. Ayrıldıqları vaxtdan 16 fevral 2018-ci il tarixdə doğulmuş X4 anasının himayəsindədir. Uşağa baxmaqda anasına kömək etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 1724/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Hüseynova (Məmmədova) Türkanə Rövşən qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı tərəfindən hər ay 120 manat tam şəkildə ödənilmişdir. Aliment borcu yoxdur. Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-8(051)-117/2025 saylı qərardadına əsasən ərizə təmin edilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1724/2018 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Hüseynova (Məmmədova) Türkan Rövşən qızına verilməsi qərara alınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1724/2018 saylı qətnaməsinə əsasən hər ay hər uşağa 120 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-117/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda uşaq üçün ödənilməli aliment məbləği təxminən 730 manat təşkil edir. Həmçinin iddiaçının maddi vəziyyəti bu məbləğdə aliment ödəməyə imkan vermir. Həmçinin iddiaçının aliment borcu yoxdur. Hal-hazırda minimum əmək haqqının 0.4 misli həddində aliment tutulması tələb olunur. İddiaçı sürücüdür və 400 manat əmək haqqı alır. Odur ki, iddia tələbinin azaldılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, iddiaçı bununla bağlı Mediasiya sessiyasında iştirak etmiş, ondan aliment məbləğini azaltmaq tələb olunmuşdur. Lakin ona həmin vaxt da bildirmişdir ki, uşaq böyüyüb, onun tələbatı günü-gündən artır. Belə ki, uşağın artıq 8 yaşı var və ikinci sinifdə oxuyur. Əvvəl aliment 120 manat tutulurdu. Lakin uşaq böyüdükcə onu bu qədər məbləğlə onu saxlamaq qeyrimümkün oldu. O artıq hazırlıqlara gedir. İddia tələbinin qismən təmin edilməsini, yəni aliment məbləğinin 280-300 manat təyin edilməsinə etirazının olmadığını bildirirək izahatında qeyd edilənlərin nəzərə alınmasınıməhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiya 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X7 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli, MŞM/MT031/2025-00408 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən barışıq əldə etmək mümkün olmamışdır. İşdə olan 18 iyul 2025-ci il tarixli, 4 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 atası İddiaçı, anası X2r. işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-117/2025 saylı, 12 mart 2025-ci qərardadından görünür ki, ərizə təmin edilmiş, 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1724/2018 saylı, 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsini qərara almış və xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı sabit pul məbləğində alimentin alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1724/2018 saylı, 22 oktyabr 2018ci il tarixli qətnaməsinə əsasən İddiaçı 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub Cavabdeh verilməsi qət olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından 16 fevral 2018-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1724/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub Cavabdeh verilməsi qət olunmuşdur. Bundan sonra Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-117/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadına əsasən 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1724/2018 saylı, 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilməsini qərara almış və xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı sabit pul məbləğində alimentin alınıb ərizəçi Cavabdeh verilməsinə başlanılmışdır. Cavabdeh himayəsində 16 fevral 2018-ci il tarixdə doğulmuş X4 adlı uşağı saxlanılmışdır. İddiaçının isə aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alınsa ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, azyaşlı uşağın saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1724/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0.92 misli (400 x 0,92 = 368 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 16 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-117/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar