Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-1958/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ S urət Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu Kreditor "xxxx" MMC-nin Borclu qarşı pulun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor "xxxx" MMC xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Borclu 1287 manat məbləğində əsas borcun, 129 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun olmaqla cəmi 1436 manat borcun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 23.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Borclu "xxxx" MMC-dən aylıq 129 manat ödəmək şərti ilə 12 ay müddətinə 2083 manat məbləğində əşya əldə etmişdir. Borclu öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 1416 manat kredit borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. AR MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Borclu 1287 manat məbləğində əsas borcun, 129 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun olmaqla cəmi 1436 manat borcun alınaraq "xxxx" MMC -nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəmənini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM NEMƏT PAŞAYEV
Məhkəmə qərarları › İş №e-2(051)-1958/2021
Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-1958/2021
04.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver