Məhkəmə qərarları › İş №e-2(051)-2216/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2216/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2216/2025 24.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 8(051)-368/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin indeksasiyası azaldılaraq, minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. Birgə nikahlarından 25 iyun 2009-cu il tarixdə Nurlan adlı uşaqları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmış və Mingəçevir Şəhər Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən aralarındakı bağlanmış nikah pozulmuş və 25 iyun 2009-cu il təvəllüdlü Nurlanın anasının yanında saxlanılması qərara alınmışdır. Ayrıldıqları vaxtdan 25 iyun 2009-cu il təvəllüdlü Nurlan anasının himayəsindədir. Uşağa baxmaqda anasına kömək etmişdir. Sonradan Cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı tutulan alimentin məbləği artırılaraq, 25 iyun 2009-cu il tarixdə doğulmuş Nurlan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 135 manat miqdarında hər ay Cavabdeh və 30 manat dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onun tərəfindən hər ay 135 manat tam şəkildə ödənilmişdir. Aliment borcu yoxdur. Cavabdeh ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı qətnaməsi üzrə tutulan aliment məbləğini indeksasiya edilməklə -xx.xx.2025-ci tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 25 iyun 2009-cu il tarixdə doğulmuş X1 üçün İddiaçı onun, yəni Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən oİunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbİəğində aliment tutulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 8(051)-368/2025 saylı qərardadına əsasən ərizə qismən təmin edilməsi, 25 iyun 2009-cu il tarixdə doğulmuş Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 135 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. O, ikinci dəfə ailə həyatı qurmuşdur. X7 ilə 24 yanvar 2022-ci ildə Mingəçevir regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı bir övladı doğulmuşdur. Məşğulluq haqqında arayışdan da göründüyü kimi işləmir. Hər ay 300 (üç yüz) manat aliment ödəməlidir. Aliment ödəməkdən boyun qaçırmır, ancaq heç bir yerdə işləmir. Maddi imkanı yoxdur ki, müəyyən edilmiş alimenti ödəsin. Odur ki, maddi vəziyyətinin, işsizliyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, indeksasiya edilmiş aliment məbləğinin azaldılmasına razı olmadığını, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə el adəti qaydasında toy edib nikahı xx.xx.2008-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 25 iyun 2009-cu ildə Nurlan adlı övladı dünyaya gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli, 2(051)-2504/2014 saylı qətnaməsinə əsasən İddiaçı ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün borcludan hər ay 120 manat məbləğdə alimentin alınıb ona verilməsi qət edilmişdir. Daha sonra qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)- 727/2019 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılaraq, 135 manat alimentin İddiaçı alınıb ona verilməsi qət edilmişdir. Həmin zamanlar, yəni 2019-cu ildə minimum əmək haqqı 180 manat olmuşdur. Hazırda minumum əmək haqqı 400 manat təşkil edir. Qətnamə çıxarılarkən minumum əmək haqqının 400 manat olması nəzərə alınsa, o zaman təyin olunmuş aliment minimum əmək haqqının 0,75 mislini təşkil etmişdir. Hazırda olan minimum əmək haqqının (400 manat) 0,75 misli miqdarında aliment təyin olunmalı və həmin məbləğə uyğun indeksasiya olunmalıdır. Hər uşaq üçün 400 manatın 0,75 misli 300 (üç yüz) manat təşkil edir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı qətnaməsi üzrə alimentin indeksasiyası tələbinə dair ərizə ilə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı hər ay bir uşağa görə 325 manat məbləğdə alimentin tutulması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəlsə də, hələ də İddiaçı 135 manat aliment ödəyir. 2014-cü ildən İddiaçıla ayrılandan sonra uşağı ilə birlikdə anasın himayəsində yaşamışdır. Rəhmətlik anası müəllimə idi, onun və uşağının çatmayan hər bir maddi, mənəvi ehtiyacını anası ödəyirdi. Ona görə də İddiaçı alimentin artırılması ilə bağlı heç bir iddia qaldırmırdı. Lakin 2025-ci ilin marta ayında anası dünyasını dəyişəndən sonra uşağa baxmaqda maddi çətinliyim oldu. X9 11-ci sinif şagirdidir, ali məktəbə daxil olmaq istəyir, onun üçün əlavə fənlərdən hazırlığa qoymuşdur, onun digər xərcləri də var. Özü 400 manat əmək haqqı alır. Həm də İddiaçı maddi cəhətdən övladına baxmaq qanunla vəzifəsidir. Fərqi yoxdur ki, onun başqa ailəsi və uşağı var. İndiyə kimi onsuzda mənəvi heç vaxt yanında olmayıb, maddi də ancaq məhkəmənin qət etdiyi qətnaməyə uyğun köməklik edib, artıq heç nə etməyib. İddiaçı qeyd etmişdir ki, heç bir yerdə işləmir, lakin Səməd Vurğun parkının içində restoran işlədir. Çünki əvvəl 16 saylı məktəb tərəfdə işlədirdi, sonradan başqa-başqa adamlardan aldığı məlumata görə hazırda Səməd Vurğun parkının içindəki restoranı işlədir. İş materialları : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-368/2025 saylı qərardadından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 135 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı X14 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə verilmiş 339 №li arayışdan görünür ki, İsmayılov X4 şəhəri, A.Məmmədov küçəsi, ev 8/5, mənzil 29 ünvanında yaşayır. AZ-İİ № 470048 saylı xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə- İsmayılov, arvada- İsmayılova soyadı verilmişdir. AZ-İV № 692958 saylı xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası İddiaçı, anası X3r. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00492 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan 25 iyun 2009-cu il təvəllüdlü Nurlan adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində tutulması qərara alınmışdır. İddiaçı işləmir, X14 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. İddiaçı İsmayılov X6 Sevil Tahir qızı ilə nikaha daxil olmuş, həmin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuş və hazırda həmin uşaq da iddiaçının himayəsindədir. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılmasını xahiş edir. Cavabdeh alimentin azaldılması tələbinə etiraz etmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarı Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Nurlan adlı uşaq yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 135 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-727/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş 135 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı işsizdir, X14 Məşğulluq filialında işsiz statusunda qeydiyyatdadır. Həmçinin, İddiaçı xx.xx.2022-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, həmin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur və hazırda həmin uşaq da iddiaçının himayəsindədir. Cavabdeh İddiaçı tutulan alimentin 0,75 misli həddindən daha aşağı salınmaması barədə etirazını əsaslandıracaq, iddiaçının restoran işlətməsi barədə gəlirlərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bununla belə iddiaçının azaldılaraq 0,4 misli həddində (2025-ci ilə görə 160 manat) məbləğində təyin edilməsini tələb etdiyi aliment məbləği də 2025-ci il üçün uşaqlara görə müəyyən edilən yaşayış minimumu məbləğindən kifayət qədər aşağıdır. Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşağın ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, uşağın 16 yaşı olmasını, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını, uşağın xərclərinin ölkə üzrə uşaqlara görə müəyyən olunmuş yaşayış minimumundan yüksək olmasını, iddiaçının ikinci dəfə nikah bağladığını və həmin nikahdan da himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində indeksasiya olunmalıdır. Beləliklə iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-368/2025 saylı qərardadı ilə tutulan alimentin indeksasiyası dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü Nurlan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-368/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar