Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2256/2023 14.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X5 Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh: Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 Nemət qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh müdiasiya təşkilatına müraciət etdiyi vaxtdan hesablamaqla birgə nikahdan doğulmuş 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqların saxlanması üçün sabit məbləğdə, hər ay hər uşağa 250 manat, cəmi 300 manat məbləğində alimentin, 03 fevral 2020-ci il təvəllüdlü Həbib adlı uşağın sağalana kimi 200 manat əlavə xərcin, 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaq üç yaşına çatanadək əlavə olaraq 100 (bir yüz) manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mediasiya təşkilatına müraciət etdiyi vaxtdan hesablamaqla birgə nikahdan doğulmuş 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqların saxlanması üçün sabit məbləğdə, hər ay hər uşağa 250 manat, cəmi 500 manat məbləğində alimentin, 03 fevral 2020-ci il təvəllüdlü Həbib adlı uşağın sağalana kimi 200 manat əlavə xərcin, 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaq üç yaşına çatanadək əlavə olaraq 100 (bir yüz) manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdeh ilə nikahını 15 noyabr 2019-cu ildə Mingəçevir regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahından 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqları dünyaya gəlmişdir. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdu. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Cavabdeh nəinki uşaqlarla maraqlanmır hətta onun saxlanması və maddi təminatını ödəmək üçün heç bir köməklik etmir. Uşaqların saxlanmasında çətinlik çəkir. Hal hazırda cavabdehlə münasibətləri pozulmuşdur. Onlar faktiki olaraq ayrılmışlar. Bundan əlavə Cavabdeh yetərincə maddi imkanı var və ozünün bərbər salonu olmaqla iki-üç işçisi var. Bərbərlik fəaliyyətindən əlavə kosmetoloji işlər görür, müxtəlif aparatları var və bu vasitələrin satışı ilə də məşğuldur. Cavabdehin yetərincə maddi qazancı var və uşaqlarının təminatını ödəməlidir. O, özü isə heç bir yerdə işləmir. Bundan əlavə 03 fevral 2020-ci il təvəllüdlü Həbib adlı uşaq autizim sindiromludur və daimi qayğıya və müalicəyə ehtiyacı var. Uşağın müalicəsi üçün külli miqdarda vəsait xərclənmişdir. xx.xx.2021-ci il təvəllüdlü Leyla adlı uşaq isə 3 yaşına çatmamışdır. Bir daha qeyd etmək istəyir ki, cavabdeh uşaqlarına baxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və birgə nikahdan Həbib və Leyla adlı uşaqları doğulmuşdur. O, iddiaçıdan 3 aydır ki, ayrılmışdır. İddiaçı özü gözəllik salonu işlədir. Odur ki, hesab edir ki, aliment tələblərində hər iki tərəf eyni məsuliyyət daşıyır. Həbib adlı övladı əslində autizim deyil, sadəcə olaraq dil tənbəlliyi var. Həbib adlı övladına 150 manat xərc çəkmişdir. Uşaq idmana gedir, özünü yaxşı hiss edir. O,özü hazırda işləmir. Tələb edilən alimenti ödəmək iqtidarında deyildir. İddianı qismən qəbul edir, uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat aliment ödənilməyə maddi imkanı çatdığını bildirmək istəyir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, cavabdehin izahatına uyğun izahat verdi, bildirdi ki, tərəflər boşanmadığı üçün əlavə xərc və çəkilmiş xərcləri tələb edə bilməz. Uşaqlara baxmaq ər və arvadın hər ikisinin borcudur. Odur ki, iddianın qismən təmin edərək hər ay hər uşağa 150 manat aliment təyin edilməsinə etiraz etməyərək, iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 15 noyabr 2019-cu il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 722 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının ƏƏSM nazirliyinin tabeliyində DMA MAR məşğulluq filialının 20 sentyabr 2023-cü il tarixli arayışından görünür ki ,İddiaçı adına nazirliyin MEİS-ində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi bağlanmamışdır. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, X1 autizim, nitq ləngiməsi diaqnozu qoyulmuşdur. Məhkəmə elektron informasiya sistemindən Cavabdeh vergi məlumatlarından çıxarışdan görünür ki, o, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğuldur, adına aktiv vergi VÖEN –i mövcuddur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhər Uşaq və X4 06 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2023-cü ildən Mingəçevir Uşaq və X4 üzvüdür. Loqoped və psixoloq məşğələlərində iştirak edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 15 noyabr 2019-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Leyla adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Həbib adlı uşaq autizim xəstəsidir. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment və İnci adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün vəsait tələb edir. Cavabdehin adına aktiv VÖEN mövcuddur və cavabdeh fərdi qaydada bərbər fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment və əlavə xərc tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması və əlavə xərc tələbi cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır əstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqında ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini, cavabdehin fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalı, məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edərək belə hesab edir ki, Həbib adlı uşaq autizim xəstəsi olduğundan, əlavə baxıma ehtiyacı olması səbəbindən uşağın saxlanması üçün hər ay əlavə xərc olaraq 50 manat, eyni zamanda cavabdehdən, Leyla adlı uşaq üç yaşına çatana qədər hər ay 40 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərə malik olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Eyni zamanda Həbib adlı uşaq autizim xəstəsi olduğundan ona sağalana kimi əlavə xərcin verilməsi tələbi irəli sürülsə də, məhkəmə qeyd edir ki, “sağalana kimi” ifadəsi qeyri-müəyyən müddəti ifadə etdiyindən bu hissədə də iddia rədd edilməlidir. Belə ki, xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1–ci maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 390 manat məbləğində aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu olaraq 4680 manat məbləğində müəyyən edilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh aliment tələbinə münasibətdə ödənilməmiş 66,80 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, dövlət rüsumunun aliment tələbinə münasibətdə ödənilməmiş 66,80 manat məbləğində hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 05 sentyabr 2023-cü il tarixdən başlayaraq, 03 fevral 2020-ci il təvəllüdlü Həbib və 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, 03 fevral 2020-ci il təvəllüdlü Həbibin saxlanması üçün əlavə xərc olaraq 50 (əlli) manat pul, 11 noyabr 2021-ci il təvəllüdlü Leyla adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh aliment tələbinə münasibətdə ödənilməmiş 66,80 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2256/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2256/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver