Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2478/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və iş geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrində baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, İddiaçı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbi Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin iddiaçı yuxarıda göstərilən hallara riayət etmədən Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Ona görə də iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsini tənzimləyən MPM-nin 37-ci fəsli MPM-dən çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-2478/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2478/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver