Məhkəmə qərarları › İş №e-2(051)-2518/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2518/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2518/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və iş geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrində baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, İddiaçı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbi Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin iddiaçı yuxarıda göstərilən hallara riayət etmədən Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Ona görə də iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsini tənzimləyən MPM-nin 37-ci fəsli MPM-dən çıxarılmışdır. Həmçinin ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilkin olaraq Qeydiyyat Şöbəsinə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməlidir. Qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmədə müəyyən olundu ki, iddiaçı eyni ərizə ilə bir neçə dəfə məhkəməyə müraciət etmiş və ərizəsi eyni əsaslarla Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-949/2023 saylı qərardadı ilə qarşılıqlı iddiası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1875/2023 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2478/2023 saylı qərardadları ilə eyni əsaslarla geri qaytarılmışdır. İddiaçıya dəfələrlə qanunverciliklə müəyyən edilmiş hüquqları izah edilməsinə baxmayaraq eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə yenidən iddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməsi, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququ təkrar izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməsi, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququ təkrar izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar