Məhkəmə qərarları › İş №e-2(051)-2542/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2542/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2542/2025 23.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 25 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.375 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə, ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 dekabr 2012-ci il tarixdə, Qax rayonu Qıpçaq kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 25 oktyabr 2013-cü il tarixdə X7 adlı bir oğlu anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən o, nikahın pozulması və uşağın saxlanılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi və Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2017-ci il tarixli, 2(051)-773/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə ərizəçi X5 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə tutulan aliment məbləği indeksasiya edilməklə, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 8(051)-184/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.86 misli həddində indeksasiya edilmiş və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Ona görə də o, alimentin miqdarının azaldılması tələbi ilə bağlı Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. 02 dekabr 2025-ci il tarixə təyin edilmiş mediasiya prosesində cavabdehlə heç bir razılaşma əldə edilmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də o, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirir ki, o, 19 aprel 2021-ci il tarixdə Mustafayeva (Əhmədova) Sevda Məzahir qızı ilə ailə qurmuşdur və onların birgə nikahlarından 17 dekabr 2021-ci il tarixdə X6 adlı övladı anadan olmuşdur. Onun ailə vəziyyəti dəyişmiş və hazırda himayəsində arvadı və bir qızı var. Onun ailə və ya maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Hazırda o, minimum əməkhaqqı həcmində, yəni 354 manat əməkhaqqı alır. Arvadı Mustafayeva (Əhmədova) Sevda Məzahir qızı da heç bir yerdə işləməməklə evdar qadındır. Alimentin miqdarının artırılması onun himayəsində olan uşağının və arvadının yaşayışına olduqca mənfi təsir göstərmişdir. Cavabdeh isə himayəsində birgə nikahlarından anadan olmuş uşağından başqa heç kimi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirdi ki, fəhlə işləyir. Başqa nikahdan bir qızı var. Odur ki, iddia tələbinin təmin edilərək aliment məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahat verərək qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiya 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmiş və bu məbləğ 2026-cı il tarixi üçün dəyişdirilməmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş və bu məbləğ 2026-cı il tarixi üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əməkhaqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əməkhaqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əməkhaqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əməkhaqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X13 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə (Cəfərova) X1 arasında olan 12 dekabr 2012-ci ildə Qax rayonu Qıpçaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış 22 № nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 25 oktyabr 2013-cü ildə doğulmuş Kənan adlı uşağın iddiaçı-anası (Cəfərova) X1 yanında qalması müəyyən olunmuş və İddiaçı 25 oktyabr 2013-cü ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 100 manat aliment tutulub (Cəfərova) X2 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-184/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.86 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş sorğunun nəticəsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaq doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X8 adlı uşaq doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-184/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.86 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Cavabdeh himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş X8 adlı uşağı saxlanılmışdır. İddiaçının daimi iş yeri yoxdur, digər nikahından dünyaya gələn xx.xx.2021ci il təvəllüdlü X6 adlı uşağı var. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minimumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alınsa ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, azyaşlı uşağın saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-773/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.86 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 0.86 misli (400 x 0.86 = 344 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının daimi iş yeri yoxdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2026-cı il üzrə minimum əməkhaqqı məbləğinin 0.55 misli (400 x 0.55 = 220 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2026-cı il üzrə minimum əməkhaqqı məbləğinin 0.55 misli (400 x 0.55 = 220 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-184/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar