Məhkəmə qərarları › İş №e-2(051)-338/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-338/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-338/2024 30.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh doğulan uşağın-X1 atasının həqiqətən də, İddiaçı olub-olmamasına tam əmin olmaq məqsədilə Cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə doğulan X2 bioloji qohumluğun təyini-ATALİQ DNT TEST-in keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirərək Cavabdeh doğulan xx.xx.2022-ci il təvəllüdlü-X1 atası həqiqətən də, İddiaçı olubolmamasına tam əmin olmaq məqsədilə bioloji qohumluğun təyini-ATALİQ DNT TEST-nin Azərbaycan Respublikasının DİN-in Kriminalistik Tədqiqatlar idarəsində keçirilməsi barədə qərardad çıxarılmasını və ATALİQ DNT TESTİ-nin keçirilməsi tələbi İddiaçı təklifi ilə məhkəmə tərəfindən həyata keçirildiyinə görə ilkin ödəniləcək maliyyə xərclərinin ödənilməsi İddiaçı öhdəsinə qoyulmas, uşağın həqiqi atasının İddiaçı deyil, başqası aşkarlanarsa, həmin xərclərin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qərardad çıxarılmasınıl xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə avqust 2020-ci il tarixindən etibarən tanış olmuşlar. Tanış olarkən cavabdeh Salehli X5 Mənsura ailə nikahının pozulduğunu, uşağının olmadığını bildirmiş, İddiaçıla qeyri-rəsmi münasibət qurmasına razılıq vermişdir. İddiaçı Mənsur Cavabdeh ailəli olduğunu və 4 (dörd) uşaq atası olduğunu bildirmiş və Cavabdeh ilə boş vaxtlarında qeyri-rəsmi münasibətdə olmaları üçün razılığa gəlmişlər. İddiaçı Cavabdeh ilə 3-4 dəfə görüşüb və görüşdən sonra intim münasibətdə olmuşlar. Bir müddətdən sonra Cavabdeh hamilə qaldığını və daşıdığı uşağın atasının İddiaçı olduğunu demişdir və İddiaçı da inandırmışdır ki, doğulan uşaq onun oğludur, o iddiaçıdan başqa heç kimlə oturub-durmur, heç kimlə əlaqəsi yoxdur. Cavabdeh 16 yanvar 2022-ci il tarixdə doğduğu uşağın atasının Mənsuru deməsi Mənsurda heç bir şübhə doğrumamış və cavabdeh valideynlərinin, qonşularının, yaxınlarının yanında doğduğu uşağın atasının Mənsur olduğunu hamıya bildirmiş və Mənsurdan xahiş etmişdir ki, uşağa atalıq versin, bununla da söz-söhbət bitsin. Həmin vaxt uşağın atası olmağı barədə iddiaçının heç bir şübhəsi olmamış və həmin vaxtlar Cavabdeh həyatında başqa kişinin olmasını iddiaçı Mənsur bilməmiş, zənn etmişdir ki, həqiqətən də doğulan uşaq onun oğludur, buna zərrə qədər şübhəsi olmayıb. Odur ki, iddiaçı Mənsur bu dəhşətli yalanın qurbanı olaraq, yanlışlıqla özünü yeni doğulmuş uşağın atası bilib və 22 dekabr 2022-ci il tarixdə Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər Qeydiyyat şöbəsinə gələrək öz əli ilə ərizəni yazaraq, yeni doğulmuş uşağa AZ-İ 432745 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” və onun əsasında AZ-İV 778164 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Lakin, bu xoşbəxtlik uzun sürməyib. Uşağa atalıq müəyyən olunduqdan sonra İddiaçı Cavabdeh Bakı şəhərinə qonaqlığa dəvət etmiş, şənlənərək Bakı şəhərini birlikdə gəziblər. Qonaqlıqdan sonra iddiaçı Cavabdeh telefonuna baxmalı olub. İlk növbədə Cavabdeh telefonu ona verməyə razı olmayıb. İddiaçı Mənsur, isə ona bildirib ki, madəm onların birgə faktiki nikahlarından oğlu olub, onda onun iddiaçıdan gizlədəcək heç bir sirrin olmalı deyil. İddiaçı Cavabdeh telefonuna baxarkən telefonda ayrı-ayrı şəxslərin və özünü Mənsurun həyat yoldaşı hesab edən Cavabdeh şəkillərini görmüşdür. Daha sonra iddiaçı cavabdeh verdiyi kapital bank kartını yoxlamağa başlayıb. Kapital bank kartında ayrı-ayrı şəxslərin karta mədaxil etdikləri pul vəsaitlərini görüb, dəhşətə gəlib. Soruşduqda cavabdeh kiməsə rəfiqəsinin qardaşı, kiməsə rəfiqəsinin atası, kiməsə müştərisi olduğunu bildirib. İddiaçı Mənsura məlum olub ki, Cavabdeh doğduğu, hansı ki, atasının adını verdiyi Vahid onun oğlu deyil. Belə olduğuna görə İddiaçı başqasının övladının onun adını daşımasına, onun atası statusunu daşımağa razı olmamışdır. İddiaçı Mənsur nə qədər xahişlər etsə də, pul vəsaiti ödənilməsini təklif etsə də, Cavabdeh atalıq TESTİnin verilməsinə razı olmayıb. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirdiyinə əsasən onun xx.xx.2022-ci il tarixdə doğulmuş X1 mənşəyindən xəbəri olmadığını, doğulduğundan xəbərsiz olduğunu və yalnız iddiaçı Cavabdeh ilə bir neçə dəfə intim münasibətdə olduğunu, doğulmuş uşağa ad və soyad verilərkən iddiaçı Cavabdeh xahişlərinə və yalvarışlarına görə uşağa ad və familiyasını vermişdir. Sonradan əldə etdiyi xoşagəlməz məlumatlar onu düşündürmüş, xahiş və yalvarışlara görə iddiaçı Cavabdeh tərəfindən doğulan uşağa verdiyi atalığa tam əmin olmaq məqsədilə bioloji qohumluğun təyini-ATALİQ DNT TEST-in keçirilməsi qərarına gəlmişdir. Hər bir fərdin genetik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub -olmaması 99,99% ehtimalla ortaya çıxa bilər. Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatların yarısını anadan, yarısını da atadan alırıq. Bu səbəbdən həm ata, həm də ana ilə ortaq gen bölgələri var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır. Bildirir ki, ATALİQ DNT TESTİ-nin keçirilməsi tələbi İddiaçı təklifi ilə məhkəmə tərəfindən həyata keçirildiyinə görə ilkin ödəniləcək maliyyə xərclərini İddiaçı ödəməyi öhdəsinə götürür, uşağın həqiqi atasının İddiaçı deyil, başqası olduğu aşkarlanarsa, həmin xərclərin Cavabdeh alınaraq İddiaçı ödənilməsi nəzərdə tutulmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulan X1 atasının həqiqətən də, İddiaçı olub-olmamasına tam əmin olmaq məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulan X2 bioloji qohumluğun təyini-ATALİQ DNT TEST-in Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilməsini daha məqsədə uyğun və daha münasib hesab edir. Ona görə ki, Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinə gətirilən avadanlıqlar müasir, çox dəqiq müayinə aparır. Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulan X1 atasının həqiqətən də, İddiaçı olub-olmamasına tam əmin olmaq məqsədilə Cavabdeh xx.xx.2022ci il tarixdə doğulan X2 bioloji qohumluğun təyini-ATALİQ DNT TEST-nin Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilməsi barədə Qərardad çıxarılmasını, ATALİQ DNT TESTİ-nin keçirilməsi tələbi İddiaçı təklifi ilə məhkəmə tərəfindən həyata keçirildiyinə görə ilkin ödəniləcək maliyyə xərclərinin ödənilməsi İddiaçı öhdəsinə qoyulsun, uşağın həqiqi atasının İddiaçı deyil, başqası aşkarlanarsa, həmin xərclərin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə avqust 2020-ci il tarixindən etibarən tanış olmuşlar. İddiaçı ilə qeyri-rəsmi münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda bir yerdə yaşamışlar. Sonra xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuş və iddiaçı öz razılığı ilə uşağa atalıq vermişdir. Bir müddət sonra aralarında qısqanclıq zəmində sözsöhbət yaranmışdır. İddiaçı ondan sübhələndiyi üçün atalıq DNT testin keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qərardadına əsasən mülki iş üzrə icraat dayandırılmış və iş ekspertizanın rəyinin alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin ekspertlərinə göndərilmişdir. Həmin rəyə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 atası İddiaçı müəyyən edilmişdir. O, iddiaçıdan heç nə tələb etmir. Özü gözəllik salonunda işləyir və aldığı əmək haqqı ilə uşaqlarına baxır. İddiaçı isə özü zəng edərək uşaqla maraqlanır. İşdə olan sübutlar: Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 432766 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh “X4” atası hesab edilmişdir. Bu barədə atalığıın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixli 25 nömrə ilə qeyd edilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-T seriyalı 250425 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə Mingəçevir şəhərində doğulmuş, atası- İddiaçı, anası- Cavabdehdır. Mülki işə iddiaçı və cavabdehin azyaşlı ilə- X3 ilə birlikdə fotoşəkilləri əlavə edilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə dini nikah bağlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X6 Publik HŞ tərəfindən xx.xx.2024-cü il tarixli 31/2024-MTBŞ saylıekspertiza rəyindən görünür ki, İddiaçı ekspertizaya təqdim olunmuş X1 bioloji atası olması təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halı ilə müəyyən olunur ki, tərəflər müəyyən vaxtlarda bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə uşaq doğulmuşdur. Tərəflər uşaq doğulduqdan sonra da bir yerdə yaşamağa davam etmişlər. İddiaçı uşağın atası olmasını qəbul edərək ona soyadını vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı uşağın atası olmasından şübhələnmişdir. İş məhkəmənin icraatında olarkən ekspertizanın rəyinin alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin ekspertlərinə göndərilmişdir. Həmin rəyə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 atası İddiaçı müəyyən edilmişdir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə atalığı barəsində mübahisə edən İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olması və onların faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə Vahid adlı uşaqlarının doğulmasının təsdiq olunması, habelə iş üzrə təyin olunmuş məhkəmə tibbi-genetik ekspertizasının rəyi ilə uşağın atasının İddiaçı olmasının təsdiq olunmasını mötəbər sübutu kimi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qətetdi: İddiaçı atalığın mübahisələndirilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar