Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-400/2023 10.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun nümayəndəsi,vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqları ilə birgə evə istifadə hüququnun tanınması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 10 avqust 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehin adına olan Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li evə köçmüşdür. Cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Birgə nikahdan onların 08 dekabr 2022-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət və xx.xx.2020-ci il təvəllüdlü Ramilə adlı uşaqları olmuşdur.Əvvəl münasibətləri normal olmuşdur. Sonra ailə münasibətləri pisləşmiş, məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Onlar ayrılmışlar. Lakin hazırda da uşaqları ilə birlikdə cavabdehin adına olan evdə yaşayır. Ona məxsus əmlaklar da həmin evdədir. İstəyir ki, cavabdehə məxsus evə onun istifadə hüququ sənədləşdirilsin. Ona görə də iddianın təmin olunmasını, onun uşaqları ilə birgə cavabdehin adına qeydə alınmış Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi,vəkil Nümayəndə da məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li ev onun mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir. İddaçı ilə 10 avqust 2010-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, iddiaçı həmin vaxt onun mülkiyyətində olan evə köçmüşdür. Əvvəl münasibətləri normal olmuşdur. Sonra ailə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Artıq bir ailə kimi birlikdə yaşamaqları mümkün olmadığına görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın yanında qalmışlar. Ancaq nikahları pozulsa da iddiaçı hal-hazıra kimi də faktiki olaraq uşaqları ilə birlikdə onun mülkiyyətində olan M.Rəhimov küçəsi 4 №-li evdə yaşayır. O,hərbiçidir, çox günlərdə həmin evdə yaşamır. Uşaqlarının ona məxsus evdə yaşamalarına etraz etmir və evi gələcəkdə də uşaqlardan birinin adına keçirəcəkdir. Uşaqlar iddiaçının yanında qaldıqlarına görə, iddiaçının da hələlik həmin evdə yaşamasına etiraz etməmişdir, ancaq evə istifadə hüququnun tanınmasına etiraz edir. Ona görə ki, ailə iddiaçının hərəkətləri nəticəsində doğulmuşdur və ailə münasibətlərinin bərpası mümkün deyil, iddiaçı da artıq onun ailə üzvü deyil. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surtələrindən göünür ki, 08 dekabr 2022-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X3və xx.xx.2020ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-346/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Çngiz qızı arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 dekabr 2022-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X3və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları qət edilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 05 noyabr 2008-ci ildə vəfat etmiş X4 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Mingəçevir şəhəri M.Rəhimov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 4 №-li fərdi yaşayış evidir. İşdə olan hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ ilə 0,06 ha torpaq sahəsində yerləşən, ünvan 1 evin fərdi yaşayış evi xx.xx.2010-cu ildə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq ediliş Cavabdeh ilə X8 arasında bağlanmış ******* AN-1 №-li 08 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən 0,005 ha alıcı X1. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Rəhimov küçəsində 0,005 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı ildə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində 10 avqust 2010-cu ildə cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurduğunu, həmin vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 1 evə köçdüyünü, ailə münasibətləri pozulduğuna görə ayrıldıqlarını bildirərək onun uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçı ilə aralarındakı nikahın məhkəmə qaydasında pozulduğunu, birgə nikahdan doğulmuş uşaqların məhkəmənin qərarına əsasən iddiaçının yanında qaldıqlarını, uşaqların onun mülkiyyətində olan evdə yaşadıqlarına razı olduğunu, uşaqlar iddiaçının yanında qaldıqlarına görə, hələlik iddiaçının da həmin evdə qalmasına etiraz etmədiyini, lakin artıq onun ailə üzvü olmadığına görə iddiaçının onun mülkiyyətndə olan evə istifadə hüququnun tanınmasına, evə qeydiyyata alınmasına razı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İş materallarından görünür ki, mübahisələndirilən ev-ünvan 1 ev cavabdehin mülkiyyətindədir. Evi cavabdeh vərəsəlik hüquqi əsasıda əldə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən ər-arvadın birinin vərəsəlik qaydasında əldə etdiyi əmlak onun mülkiyyətindədir. İş materialları ilə, həmçinin, müəyyən edilir ki, iddiaçı cavabdehlə 10 avqust 2010-cu ildə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Məhkəmənin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri 10 avqust 2010-cu il tarixdə yarandığına görə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-400/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-400/2023
10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver