Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-477/2024 03.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilərək ödənişin aylıq qazancının (gəlirinin) müəyyən misli miqdarında təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2106/2023 saylı qətnaməsinə əsasən cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızının xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızının xeyrinə ondan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin dəyişdirilərək aylıq qazancının (gəlirinin) 33 % miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızının xeyrinə ondan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin dəyişdirilərək aylıq qazancının (gəlirinin) 50 % miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahdan 10 avqust 2012-ci ildə X5 doğulmuşdur. Nikah münasibətləri məhkəmə qaydasında pozularaq qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(105)-242/2021 saylı qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli, 2(107)-611/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 10 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin aliment ödənişindən 2 il keçdikdən sonra Cavabdeh ona qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 10 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(105)-242/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2106/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-242/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, 10 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin ondan tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1419/202xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2106/2023 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2106/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment vəsaiti məhkəmə tərəfindən hər iki tərəfin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldılaraq aldığı əməkhaqqı və digər gəlirlərimin 50 faizi miqdarında tutulmasına dair Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilməlidir. Belə ki, o, hal-hazırda Daxili Qoşunlarda inzibati vəzifə kimi fotoqraf işləyir. Əməkhaqqı olaraq 411 manat alır. Cavabdehə alimenti hər ay vaxtlı vaxtında əməkhaqqının 70 faizi tutulmaqla sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 220 manat sabit pul məbləğində ödəyir. Övlada baxmaq tək onun deyil bir valideyn kimi cavabdehin də vəzifəsidir. Cavabdeh rəsmi olaraq xadimə işləyir, əlavə olaraq ünvanlı sosial yardım da alır və valideynlərilə birlikdə qalır. Bu fakt məhkəmə tərəfindən dövlət X4 Aran regional şöbəsi tərəfindən sorğu verilərək təsdiq edilə bilər. O, sonuncu Məhkəmə Qətnaməsi qəbul olunan zaman rəsmi nikahda olmuş, və həyat yoldaşı hamilə olmuşdur. X1 ilə rəsmi nikahından 01 sentyabr 2023-cü il tarixdə övladı dünyaya gəlmişdir. Övladı dünyaya gəldikdən sonra onun həyat şəraiti dəyişmiş, maddi vəziyyəti ağırlaşmış və xərci çoxalmışdır. Bundan başqa onun əlavə gəliri, qazancı yoxdur, vergi ödəyicisi deyil, öhdəliyində kredit ödənişi var, şəkər xəstəsi olan valideynlərin yanında qalır. Onların köməkliyilə ailəsini birtəhər saxlayır. Mülkiyyətində daşınar və daşınmaz əmlakı yoxdur. Ailəsinin saxlanılması minimum tələbdən aşağıdır. Sağlamlıq vəziyyəti kafidir, belə ki, belində yırtıq var, artıq yük qaldırmağı təhlükəli olduğundan əlavə iş görməyə imkan verilmir və görə də bilmir. İşin faktiki hallarını, təqdim etdiyi sübutları nəzərə alinaraq alimentin tutulması qaydasının əməkhaqqının (gəlirinin) 50 faiz miqdarda tutulmasına dair qətnamə qəbul edilsin ki, digər 50 faiz hissə ilə onun yeni ailəsi və övladı valideynlərinin köməkliyi ilə həyat şəraitini dəyişənə qədər saxlaya bilsin. Bu hal övladının təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olmur. Odur ki, övladının saxlanılması üçün halhazırda aylıq ödədiyi 220 manat sabit pul məbləğində tutulması dəyişdirilərək aylıq qazancının (gəlirimin) 50 % miqdarında tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızına məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Lakin cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-2106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (105)-242/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması, 10 avqust 2012-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş idarəsində fotoqraf vəzində işləyir, aylıq əmək haqqısı 374 manat təşkil edir. Şəxsiyyət vəsiqəsi məlumatları barəsində çıxarışdan görünür ki, Qurbanova X2 şəhəri H.Əliyev prospekti ev 35, mənzil 70 ünvanda qeydiyyatdadır . İşin müəyyən olunmuş halları. İddiaçı ilə cavabdehin nikahı pozulmuş, iddiaçıdan aliment tutulmuşdur. 2023-cü ildə cavabdeh alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə alimentin miqdarı artırılmışdır. Alimentin artırılması barədə qətnamə qəbul edilərkən iddiaçı hazırki iddia ərizəsində göstərdiyi işdə işləmişdir. Cavabdeh də iddiaçının göstərdiyi işdə işləmişdir. İddiaçı yeni nikahından uşağının olması səbəbindən alimentin tutulması qaydasının dəyişdirilməsini, alimentin miqdarının azaldılmasınıxahiş edir. İddiaçıdan tutulmalı olan alimentin yeni qaydasına və bununla bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi 78.2. əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (8.13 bənd) “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə iddiaçının ailə vəziyyətinin dəyişərək ikinci ailəsindən uşağının dünyaya gəlməsini, alimentin əmək haqqının hissəsindən tutulmalı olması, cavabdehin də işlədiyini, onun da uşağa baxmaq vəzifəsinin olduğunu əsas gətirərək alimentin tutlması qaydasının dəyişdirilərək aylıq əmək haqqının 50 faizindən tutulması tələbinə münasibətdə qeyd edir ki, alimentin artırılması barədə 2023-cü il tarixli qətnamə qəbul edilərkən hazırki işdə iddiaçı olan İddiaçı iddia ərizəsində qeyd etdiyi vəzifədə çalışmışdır. Eyni zamanda onun qeyd etdiyi cavabdehin də müəyyən əməkhaqqına malik olduğu əsasına münasibətdə də məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qəbul edilərkən cavabdeh də əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə iddiaçının alimentin miqdarının dəyişdirilməsi əsaslarından olacaq yeganə şərt iddiaçının başqa nikahdan uşağının olmasıdır. Yəni, iddiaçıya qarşı alimentin artırılması barədə qətnamə qəbul edildikdən sonra iddiaçının digər nikahdan övladının dünyaya gəlməsi işin mübahisəsiz halıdır. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, məhkəmə aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılmışdır. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, uşağın böyüdüyü, eləcə də aliment ödəyən şəxsin ailə vəziyyətinin dəyişməsinin alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmədiyi nəzərə alınmaqla hazırki halda iddiaçının dolayısı ilə alimentin azaldılması ilə nəticələnən alimentin tutulma qaydasının dəyişdirilərək ödənişin aylıq qazancının (gəlirinin) 50 % miqdarında təyin edilməsi barədə iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilərək ödənişin aylıq qazancının (gəlirinin) 50 % miqdarında təyin edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdeh Qurbanova (Cavadova) Zeynab Qurban qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilərək ödənişin aylıq qazancının (gəlirinin) 50% miqdarında təyin edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-477/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-477/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver