Məhkəmə qərarları › İş №e-2(051)-554/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-554/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-554/2022 12.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı "xxxx" QSC-nın Cavabdeh qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «X8 Azərbaycan» Cavabdeh qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün ödənilmiş 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadəəşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən hesablanmış 39873.27 USD məbləğdə əsas borc, 3322.13 USD məbləğdə faiz borcu, 1265.24 USD məbləğdə cərimə pulu olmaqla, cəmi 44460.64 USD, 11 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci, 5.50 manat əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin gömdərilməsi üzrə poçt xərci və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub iddiaçı «X8 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı, buraxılışı 2013- cü il, şassi/ban nömrəsi JTMHU09J2D5075603, mühərriki 1GRA771195, rəngi – ağ olan avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ cavabdehlərin «X8 Azərbaycan» QSC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə, qalıq borc məbləğinin cavabdehlərin digər əmlakı hesabına iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2013-cü il tarixli, 213/2013 saylı kredit müqaviləsi üzrə 39873.27 USD məbləğdə əsas borc, 6002.75 USD məbləğdə faiz borcu, öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə 100 USD məbləğdə cərimə olmaqla, cəmi 45976.02 USD məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh və X1 müştərək qaydada alınıb «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh məxsus 99- FJ-045 dövlət qeydiyyat nişanlı, “X7” markalı, buraxılışı 2013-cü il, şassi/ban nömrəsi JTMHU09J2D5075603, mühərriki 1GRA771195, rəngi – ağ olan avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiyməti 80000 USD müəyyən edilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh və X2 banka olan borcu ödənilməsi, girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh və X1 ümumi qaydada tutulması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 16.50 manat poçt xidmət haqqının cavabdehlərdən tutulub «X8 Azərbaycan» QSC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh X4 apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)- 970/2018 nömrəli qətnaməsi ilə iddiaçı «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)- 16/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)- 970/2018 nömrəli qətnaməsindən narazı qlan iddiaçı «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli 2(102)-108/2018 nömrəli qərarına əsasən iddiaçı «X8 Azərbaycan» QapalıSəhmdar Cəmiyyəti kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)-970/2018 nömrəli qətnaməsi Cavabdeh məxsus, ipoteka predmeti olan 99-FJ045 dövlət qeydiyyat nişanlı, “X7” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehlərdən cərimə borcunun tutulması hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şəki Aplellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, 18.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi qismən- “Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X7” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ- *** dövlət qeydiyyat nişanlı, “X7” markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, 18.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-63367/20-23 saylı 17.09.2020-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları barədə 23 dekabr 2020-ci il tarixli 55/06 nömrəli protokola əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X8 Azərbaycan” QSC “X7” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 52912,50 manata (əlli iki min doqquz yüz on iki man, əlli qəpik) almışdır. "xxxx" MMC tərəfindən “X8 Azərbaycan” QSC-yə 21 dekabr 2021-ci il 236 nömrəli Hesab-Faktura və 21.12.2020-ci il tarixli Seriya EBAV 178895 saylı elektron qaimə təqdim edilərək, hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) tələb edilmişdir. “X8 Azərbaycan” QSC tərəfindən 22.12.2020-ci il tarixdə 2242,06 manat xidmət haqqının, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manatın"xxxx" MMC-yə ödənilməsinə dair 1056 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ancaq iddiaçının nümayəndəsi 11.05.2022-ci il tarixdə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasının xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə olunmuş Şəki Apellyasi Məhkəməsinin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, 18.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, nəticədə Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi qismən- “Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X7” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ- *** dövlət qeydiyyat nişanlı, “X7” markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İşdə olan 21 dekabr 2020-ci il tarixli 236 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı “X8 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan Mədaxil qəbzinin sürətindən görünür ki, iddiaçı tərəfindən 46,86 manat məbləğində dövlət rüsumum ödənilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakı hal da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə. Göründüyü kimi, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X8 Azərbaycan” QSC-dən alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan«...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.” Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: X3 Məhkəməsi qeyd etmişdir ki: “Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazılıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə iş materiallarında olan sübutları və istinad olunun hüquq normalarına istinad edir ki, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkiatçısının xərcləri iddiaçı tərəfindən qarşılanmdığından həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda hazırki iş üzrə çəkilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün ödənilmiş 2242,06 (iki min iki yüz qırx iki manat altı qəpik) manat xidmət haqqı, 403,57 (dörd yüz üç manat əlli yeddi qəpik) manat (ƏDV 18%) cəmi 2645,63 (iki min altı yüz qırx beş manat altmış üç qəpik) manat məbləğində pul alınıb iddiaçı “X8 Azərbaycan” QSC-in xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 46,86 (qırx altı manat səksən altı qəpik) manat məbləğində pul alınıb, iddiaçı “X8 Azərbaycan” QSC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar