Məhkəmə qərarları › İş №e-2(051)-656/2023

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-656/2023

01.02.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-656/2023 01.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı kreditor TələbkarMMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmri haqqında ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəmə əmri haqqında ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanmış 08 avqust 2022-ci il tarixli R0050945 nömrəli alqı-satqı müqaviləsinə əsasən Borclu “L FİN" mağazasından ümumi nisyə dəyəri 2036 manat olan iPhone 13 Mini 128 (İMEİ **********70941) markalı əşya almışdır. Borclu ödəniş cədvəlinə uyğun olaraq aylıq 170 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, 1919 manat məbləğində pulu mağazaya ödəməmişdir. Dəfələrlə borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, borclu götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Borclu 1919 (bir min doqquz yüz on doqquz) manat əsas borc, 191 (bir yüz doxsan bir) manat faiz borcu, 185 (bir yüz səksən beş) manat cərimə və 40 (qırx) manat məbləğində dövlət rüsumunun, cəmi 2335 (iki min üç yüz otuz beş) manat pulun tutularaq iddiaçıya ödənilməsi xahiş olunur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb üzrə məhkəmə əmri verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Ərizəyə Tələbkar MMC ilə Borclu arasında bağlanmış 08 avqust 2022-ci il tarixli R0050945 nömrəli alqı-satqı müqaviləsi və R0050945G nömrəli girov müqaviləsi əlavə edilmişdir. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu 1919 manat əsas borc, 191 manat faiz borcu, 185 manat cərimə, cəmi 2295 manat borcu vardır. Ərizəyə əlavə edilmiş malların təhvil-təslim aktından görünür ki, Tələbkar MMC tərəfindən iPhone 13 Mini 128 (İMEİ **********70941) markalı əşya Borclu təhvil verilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq edildiyindən, məhkəmə hesab edir ki, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276-cı maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Ərizə təmin edilsin. Borclu 1919 (bir min doqquz yüz on doqquz) manat əsas borc, 191 (bir yüz doxsan bir) manat faiz borcu, 185 (bir yüz səksən beş) manat cərimə, cəmi 2295 (iki min iki yüz doxsan beş) borc və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutulub kreditor Tələbkar MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar