Məhkəmə qərarları › İş №e-2(051)-750/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-750/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-750/2024 23.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi , İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri **-CO-*** dövlət qeydiyyat nişanlı “VAZ-21013” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı “VAZ2108” markalı avtomobil, **-BM-*** dövlət qeydiyyat nişanlı “VAZ-21703” markalı, 10-LK119 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobilin 2/3 hissəsinin hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh payının müəyyən edilməsi, avtomobillərin dəyərinin paylara münasibətdə ayrılaraq ona verilməsi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ilkin İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 ilə birgə nikah dövründə götürülmüş 14316,42 manat pulun onun tərəfindən ödənilmiş 6000 manatın yarı dəyəri olan 3000 manat məbləğində pulun alınaraq ona verilməsi, eyni zamanda ödənilməmiş 8316 manat pulun aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirdi ki, cavabdehlə barışıq əldə etdiyini bildirmişdir. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirdi ki, iddiaçıilə barışıq əldə etdiyini bildirmişdir. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir Məhkəmə, iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddia üzrə işin icraatına xitam verilsin. xx.xx.2024-cü il tarixdə saat 11:20-də, ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 84 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar