Məhkəmə qərarları › İş №e-2(051)-923/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-923/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-923/2023 24.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının üzvü və psixoloq X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 06 may 2008-ci il tarixdə doğulmuş Raifə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsi ilə oğlu Raufun saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, ayda 200 manat miqdarında müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcmini artıraraq, İddiaçı 06 may 2008-ci il tarixdə doğulmuş qızı X2 iddiaçının yanında saxlanmasını, 06 may 2008-ci il təvəllüdlü Raifə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən ərizə verilən gündən hesablanmaqla, hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsi ilə oğlu Raufun saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, ayda 200 manat miqdarında müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdehlə 29 avqust 2007-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 06 may 2008-ci ildə Raifə, 23 iyun 2010-cu ildə Rauf adlı övladları olmuşdur. Mingəçevir şəhər məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv olunmuş, boşandıqdan sonra qızı Raifə atası ilə, oğlu Rauf isə öz yanında qalmışdır. Məhkəmə qətnaməsi əsasında qızı Raifənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə ayda 120 manat miqdarında aliment tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsi ilə oğlu Raufun saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 120 manat miqdarında aliment tutulub verilməsi qət edilmişdir. 09 yanvar 2023-cü il tarixdə qızı Raifə atası tərəfindən evdən qovularaq çıxarılmışdır. Qızı məcbur qalıb onun yanına gəlmişdir. Qayıtmaq fikri də yoxdur. Hər iki övladı hal-hazırda öz yanındadır. Cavabdehin bir uşağa görə ödədiyi 120 manat alimentlə çətinliklə uşaqlara baxır. Qızı Raifə üçün isə cavabdeh aliment ödəməkdən imtina edir. Odur ki, iddianın təmin edilməsi, 06 may 2008-ci il tarixdə doğulmuş X2 öz yanında saxlanmasını, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən ərizə verilən gündən hesablanmaqla, hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, oğlu Raufun saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, ayda 200 manat miqdarında müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı psixoloq X1 iştirakı ilə dindirilmiş 06 may 2008-ci il təvəllüdlü X5 izahat verərək bildirmişdir ki, onun 15 yaşı var. Hazırda anasının yanında qalır və bundan sonra da onunla qalmaq istəyir. Məhkəmə iddiaçının, onun vəkilinin və azyaşlı Raifə Mustafazadənin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, 29 aprel 2008-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı Mingəçevir şəhər məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 06 aprel 2021-ci il tarixdə pozulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1543/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 29 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq Cavabdeh Yaqub oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-85/2021 saylı qətnaməsi alimentə dair hissədə dəyişdirilmiş, iddiaçı Cavabdeh 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 10 iyul 2023-cü il tarixli, 5-3-3/2-110/2023 saylı rəyindən görünür ki, 06 may 2008-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması uşağın mənafeyi naminə hesab edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 29 avqust 2007-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 06 may 2008-ci ildə Raifə, 23 iyun 2010-cu ildə Rauf adlı övladları olmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra 06 may 2008-ci il təvəllüdlü Raifə atasının, 23 iyun 2010-cu il təvəllüdlü Rauf isə iddiaçının yanında qalmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 06 may 2008-ci il təvəllüdlü Raifə adlı uşağın saxlanması üçün İddiaçı hər ay 120 manat miqdarında alimentin tutulub Cavabdeh Yaqub oğluna verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsi ilə 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağın saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 120 manat miqdarında aliment tutulub verilməsi qət edilmişdir. Hal-hazırda hər iki övladı İddiaçı yanındadır. Cavabdehin Rauf adlı uşağa görə ödədiyi 120 manat alimentlə iddiaçı çətinliklə uşaqlara baxır. Qızı Raifənin saxlanması üçün cavabdeh maddi kömək göstərmir. Ona görə də iddiaçı qızı Raifənin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tutulmasını, oğlu Raufun saxlanması üçün tutulan alimentin isə miqdarının artırılmasını tələb edir. Tərəflərin izahatı ilə müəyyən olunur ki, birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış Raifə adlı uşaq ayrıldıqdan sonra cavabdehin, Rauf adlı uşaq isə iddiaçının yanında qalmışlar. Hal-hazırda isə Raifə adlı uşaq anasınınr yanını gəlmiş və atası ilə deyil anası ilə qalmasını istəyir. Belə ki, məhkəmə iclası zamanı psixoloqun iştirakı ilə dindirilmiş 06 may 2008-ci il təvəllüdlü X5 izahat verərək bildirmişdir ki, onun 15 yaşı var. Hazırda anasının yanında qalır və bundan sonra da onunla qalmaq istəyir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. AR Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, həmin rəydə 06 may 2008-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində qalmasının uşağın mənafeyi naminə olduğu qeyd edilmişdir. Məhkəmə, qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən, uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X6rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Məhkəmə 06 may 2008-ci il təvəllüdlü X2 mənafeyini, uşağın yaşını, onun təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, 06 may 2008-ci il təvəllüdlü X2 iddiaçı X4 yanında qalması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, Raifə adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021ci il tarixli, 2(107)-1268/2021 saylı qətnaməsinə əsasən Cavabdeh 11 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Rauf adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat, 2023-cü ildə isə 220 manat məbləğində müəyyən edilmiş, belə olan halda ödənilən 120 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023– cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırda uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi, uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı 06 may 2008-ci il təvəllüdlü Raifə və 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 06 may 2008-ci il təvəllüdlü Raifə adlı uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınması, 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağın saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq, ayda 150 manat miqdarında müəyyən edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı tərəf istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı 06 may 2008-ci il təvəllüdlü Raifə adlı uşağın saxlanması üçün 01 mart 2023-cü il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 50 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 06 may 2008-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilsin. 01 mart 2023-cü il tarixdən başlayaraq 06 may 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 23 iyun 2010-cu il tarixdə doğulmuş Rauf adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(107)-1268/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsidə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar