Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-991/2025 02.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 16 avqust 2013-ci il təvəllüdlü Leyla, 21 iyul 2016-cı il təvəllüdlü Əsnad adlı qızlarımın saxlanması üçün ərizə verilən vaxtdan hər ay hər uşağa sabit pul məbləğində 300 manat, əlillik müddətində hər ay onun üçün 150 manat alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsilə bağlı ərizə təqdim edərək məhkəmədən xx.xx.2012-ci il təvəllüdlü Mələk, 16 avqust 2013-ci il təvəllüdlü Leyla, 21 iyul 2016-cı il təvəllüdlü Əsnad adlı qızlarımın saxlanması üçün ərizə verilən vaxtdan hər ay hər uşağa sabit pul məbləğində 300 manat, əlillik müddətində hər ay onun üçün 150 manat alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 aprel 2011-ci ildə nikah bağlamaqla ailə qurmuşdur. Bu münasibətdən onların 16 avqust 2013-cü il təvəllüdlü Leyla, 21 iyul 2016-cı il təvəllüdlü Əsnad adlı qızları olmuşdur. Cavabdehlə uzun müddətli evliliklərinə baxmayaraq səhhətində yaranan haldan sonra onun ona münasibəti dəyişmişdir. Hətta əlil olmağına baxmayaraq onun adına götürmüş olduğu borcunu belə qaytarmayaraq onun əlilliklə əlaqədar müavinəti hesabına ödənilməsinə laqeydlik edir. xx.xx.2021-ci ildən isə ona əlillik verilmişdir. Uşaqlar onun himayəsində olsa da, valideynləri onun və uşaqlarının bütün qayğısına köməklik göstərir. Cavabdeh isə məsuliyyət daşımaq istəmir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz ərizəsindən görünür ki, İddiaçı ona, Cavabdeh qarşı iddia ərizəsi ("aliment tələbrnə dair) ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. İddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir. İddiaçı ilə birgə nikahından iddia ərizəsində göstərildiyi kimi 2 deyil. 3 qızımız olmuşdur. (X3 (13 mart 2012-ci il), X4 ( 16 avqust 2013), X5 (21 iyul 2016). Daha sonra həmin iddia ərizəsində onu məsuliyyətsiz və laqeyd ata kimi göstərirlər, ancaq yazılanlar doğru deyil. Belə ki, İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək Rusiya Federasiyasında valideynlərinin yanında olmuşdur, həmin dövrdə qızlarının üçü də onunla birlikdə yaşayıblar. O, həmişə uşaqlarımın qayğısına qalır, eləcə də ata olaraq üzərimə düşən bütün vəzifələri icra edir. Kiçik qızı X6 daima onun yanında qalır, böyük qızları isə hər gün saat 13.00-dan sonra (1.növbə dərs bitdikdə və həftə sonları) onunla olurlar, axşam isə aparıb analarının yanına qoyur. Analarının yanma qoymağında əsas səbəb onun yardıma ehtiyacı olması və onu tək qoymamamaqdır. Çünki iddiaçının demək olar ki. 90 faiz görmə qabiliyyəti yoxdur, eyni zamanda eşitmə qabiliyyətini də itirib və eşitmək üçün xüsusi cihazdan istifadə edir. Daha sonra diqqətə çatdırır ki, böyük qızlarımı 6 aydan bir Şəkidə göz xəstəxanasına müalicəyə aparır və avqust ayından etibarən kiçik qızını da həmin yerə müalicəyə aparacaq. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, onun aliment verməyə imkanı yoxdur. Özü uşaqlarına baxmaq istəyir. Heç bir məbləğdə aliment ödəyə bilmir. O fərdi işçidir. Aylıq 400-500 manatı fəhləlik edərək qazanır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 11 fevral 2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 arasında Mingəçevir şəhər Nikah evində 11 aprel 2011-ci il tarixdə nikah bağlanmış, arvada Yusifova soyadı verilmişdir. İşdə olan doğum haqqında arayışlardan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Əsnad və xx.xx.2013-cü il təvəllüdlü Leyla adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh və anası İddiaçıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 11 aprel 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Mələk, xx.xx.2016-cı il təvəllüdlü Əsnad və xx.xx.2013-cü il təvəllüdlü Leyla adlı uşaqları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduğu üçün onlar faktiki olaraq ayrılmışlar. Uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı cavabdehdən uşaqların saxlanması və özünün əlilliyi müddətində aliment tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,38 misli olmaqla, üç uşaq üçün 1,14 misli həddində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa məhkəmə iddiaçının əlillik müddəti ərzində özü üçün cavabdehdən tələb etdiyi aliment tələbi hissəsində əsassızdır və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin heç bir gəlir mənbəyi müəyyən edilmədiyindən və əksinə olaraq iddiaçının pensiya alması səbəbindən iddiaçının cavabdehdən aliment almasına ehtiyacı yoxdur. Bundan başqa iddiaçı, cavabdehin gəlirləri məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı özünün maddi yardıma ehtiyacı olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Həmin Məcəllənin 84.2.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mediasiya xərci ilə bağlı qeyd edir ki, mediasiya arayışında mediasiya xərci 50 manat göstərildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü Mələk, xx.xx.2016-cı il təvəllüdlü Əsnad və xx.xx.2013-cü il təvəllüdlü Leyla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı qızının xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli olmaqla, üç uşaq üçün cəmi 1,14 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-991/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-991/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver