Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № e-2(052)-111/2024 12.06.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi Oqtay Şeydabəyov ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh1 tərəfindən tələb edilən vəsait tam məbləğdə iddiaçının hesabına ödənildiyi üçün ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddiaçı təşkilat tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı təşkilat tərəfindən Naftalan Şəhər Məhkəməsinə ödənilmiş (20 may 2024-cü il tarixli, qəbz nömrəsi **********) 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASCyə (Bankın adı: "xxxx" ASC, kodu:505668, VÖEN (bank) **********, Müxbir hesab:AZ80NABZ********************, SWİFT:BRESAZ22, "xxxx" ASC, VÖEN:**********, İBAN:AZ80BRES********************) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(052)-111/2024
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(052)-111/2024
12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver