Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-117/2025 08.07.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 8(052)-13/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(052)-13/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(052)-113/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. O, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(052)-13/2025 saylı qərardadı ilə müəyyən olunmuş aliment məbləği ilə razı deyildir və hesab edir ki, həddindən artıq yüksək olduğu üçün azaldılmalıdır. O, “Nafta” sanatoriyasında kiçik tibb işçisi vəzifəsində çalışır, aylıq əmək haqqı 400 manatdır. Tutulmalardan sonra ona çatan məbləğ 350 manat təşkil edir. Hər ay onun əmək haqqından uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulur. Bundan başqa, kommunal xərclər üçün ödəniş etdikdən sonra onun yaşaması üçün az məbləğdə pul vəsaiti qalır. Tələbkar isə “Karvan” sanatoriyasında çalışır və əmək haqqı alır. O, yaşlı, şəkər xəstəsi və beynində şiş olan anası ilə birlikdə yaşayır. Bundan başqa yeni ailə qurmuş və 5 yaşlı övladı vardır. Həyat yoldaşı xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, infarkt keçirmişdir. Hesab edir ki, cavabdeh ilə olan nikahın pozulmasından sonra onun yenidən ailə qurmağı və yeni nikahdan da bir uşağının olması, həmin yetkinlik yaşına çatmayan uşağın da mənafeyi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, ondan (minimum əmək haqqının 0,95 misli həddində: 400 manat x 0.95 = 380 manat), 380 manat məbləğində alimentin tutulması doğru deyildir. Çünki onun da bir vətəndaş olaraq yaşamaq hüququ vardır. Uşağı saxlamaq tək atanın deyil, hər iki valideynin vəzifəsidir və birgə nikahlarından olan uşağın saxlanılmasında cavbdeh də bərabər məsuliyyət daşımaqla onun maddi və mənəvi tələbatlarının ödənilməsində eyni həcmdə öhdəlik daşıyır. Ölkə üzrə yaşayış minimumu müəyyən edilərkən əhali kateqoriyalarının yaşayışının təmin edilməsi üçün minimum istehlak səbəti əsas götürülür ki, uşağın saxlanılması üçün də 246 manat müəyyən edilmişdir. Həmin məbləğ uşağın saxlanılmasının minimum hədlərini müəyyən edir. Uşağın saxlanılmasında valideynlərin bərabər məsuliyyət və öhdəlik daşımaları nəzərə alınaraq, valideynlər uşağın saxlanılması üçün onun minimum təminatını ödəməlidirlər. Lakin birinci nikahdan olan uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün bu məbləğdə alimentin ondan tutulması, valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınarsa, uşağın saxlanılması üçün daha böyük yükün onun üzərinə düşməsinə şərait yaratmaqla, onun sonrakı nikahdan olan uşağının mənafeyi baxımından ədalətli hesab edilə bilməz. Müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya 380 manat sabit pul məbləğində aliment deməkdir. Bu məbləğ isə demək olar ki, minimum əmək haqqı ilə eyni məbləğdir və onun ödənilə bilməsi ehtimalı mümkün deyildir. Ona görə də hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 8(052)-13/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin məbləği azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində müəyyən olunmalıdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Seyid onun oğludur və oğlu ilə bir evdə yaşayırlar. Seyid yenidən ailə qurmuş və onun yeni nigahından 5 yaşlı övladı vardır. Onun həyat yoldaşı illərdir xroniki böyrək çatışmazlığından əziyyət çəkir və infarkt keçirmişdir. Seyid özü hazırda “Nafta” sanatoriyasında işləyir və aylıq 400 manat əmək haqqı alır. Bundan başqa isə gəliri yoxdur. O, özü də sanatoriya işləyərək oğluna maddi cəhətdən kömək olur. Həmçinin özü şəkər xəstəsidir və beynində şiş vardır. Aldıqları əmək haqqının çox hissəsi müalicələrə xərclənir. Seyidin hazırda indeksasiya olunmuş aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Odur ki, məhkəmədən müəyyən olunmuş aliment məbləğinin azaldırlaraq 150 manat həddində saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Cavabdeh göstərilmişdir; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə Seyid qızı xx.xx.2020-ci ildə anadan olmuşdur. (iddiaçının ikinci nikahdan doğulmuş uşağı) xx.xx.2010-cu il tarixli 1800 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ikinci dərəcəli Skalioz xəstəliyindən əziyyət çəkir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də (maşın operatoru, paltaryuyan) vəzifəsində işləyir və aylıq 400 manat əmək haqqı alır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də (Xidmətçi, tibbi-sanitar) vəzifəsində işləyir və aylıq 441 manat əmək haqqı alır. Naftalan Şəhər Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(052)-113/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 8(052)-13/2025 saylı qərardadının surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(052)-113/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə iddiaçının himayəsində əlavə bir nəfər azyaşlı uşağın olmasına, iddiaçının skalioz xəstəliyindən əziyyət çəkməsinə, bununla yanaşı tərəflərin hər ikisinin daimi iş yerinin olmasına, eləcədə işin diqqətəlayiq digər hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 8(052)-13/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, azyaşlı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edilən zaman azaldılmış alimentin miqdarının hesablanmasına qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 8(052)-13/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. 11 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin azaldılmış miqdarının hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(052)-117/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-117/2025
08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver