Məhkəmə qərarları › İş №e-2(052)-132/2025

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(052)-132/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № e-2(052)-132/2025 28.08.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti-nin cavabdehlər Cavabdeh2 və Milli Hidrometeorologiya Departamentinə (Milli Hidrometeorologiya Xidmətinə) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Milli Hidrometeorologiya Departamenti (Milli Hidrometeorologiya Xidmətinə) idarəsindən və Cavabdeh2 “BYD X5-in” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 500 (beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (40 qəpik) manat bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 avqust 2025-ci il tarixdə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Subroqasiya şöbəsinin aparıcı hüquqşünası X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Cavabdeh2 və Cavabdeh1nə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair 2(052)-132/2025 nömrəli mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddiaçı təşkilat tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı «subroqasiya qaydasında» pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar