Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-106/2024 19.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları – 15 iyul 2020-ci il təvəllüdlü X6 və 29 oktyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mediasiya üçün təklif göndərilən 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 24 avqust 2019-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 15 iyul 2020-ci il təvəllüdlü X8 və 29 oktyabr 2021-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh onu və uşaqlarını saxlamaqdan imtina edir və ailənin dolanışığına heç bir maddi yardım etmir. Ona görə də cavabdehə qarşı aliment tələbini qoymaq məcburiyyətindədir. Cavabdeh ailəsi ilə qəti maraqlanmır. Azyaşlı uşaqların saxlanılmasını Cavabdeh təmin etməlidir. Cavabdeh Bakı şəhərində özünə məxsus ofislərdə sahibkarlıqla məşğul olur və kifayət qədər gəliri var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinin İV hissəsinə “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 1-ci bəndinə, Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşağın yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq o, cavabdehdən hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit məbləğində aliment tələb edir. X1 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və 50 manat mediasiya rüsumu ödənilmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin İddiaçı nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı ərizə göndərərək üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiyini, iddianın əsaslılığını bir daha cavabdehin təqdim etdiyi “HR AND FİNACE MANAGEMENT SCHOLL MMC”-də təlimçi kimi özünü təqdim etdiyinə müvafiq olaraq həmin MMC-nin qanuni təmsilçisi olması sənədləri məhkəməyə təqdim etmişdir. Qeyd edir ki, artıq görünür ki, cavabdeh müxtəlif VÖEN-lər açmaqla kifayət qədər vəsait qazanır və aliment ödəməyə imkanı var. Nümayəndə həmçinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəməyə 11 yanvar 2024-cü il tarixdə ərizə göndərərək İddiaçı iddia tələbi ilə tanış olduğunu, İddiaçı iddiasında onun Bakı şəhərində özünə məxsus ofislərdə sahibkarlıqla məşğul olmağını və kifayət qədər gəliri olmasını əsas gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, “HR AND FİNANCE SCHOOL” Məhdud Məsiliyyətli Cəmiyyətində “təlimçi” kimi işləyir və əmək haqqı 350 manatdır. Bu barədə olan Əmək müqaviləsi bildirişini elektron məhkəmə sisteminə yükləmişdir. İddiaçının istədiyi kimi o, hər ay ona 440 manat ödəyə bilməz, çünki o, özü hər ay 350 manat əmək haqqı alır. O, uşaqlarına müəyyən yardımlar edir. İddiaçının ondan istədiyi məbləğ absurddur. Çünki uşaqlar azyaşlıdır və uşaqların həmin məbləğdə tələbatları yoxdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu normadan göründüyü kimi, uşağı saxlamaq təkcə atanın deyil, həm də ananın vəzifəsidir. Həmin Məcəlləsinin 76.1.2-ci maddəsinə görə 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Bu normaya əsasən onun aldığı əmək haqqının (350/3-116.6 manat) 116 manatı uşaqların saxlanılması üçün ondan alınmalıdır. O, uşaqlarına gücünün yetdiyi yardımları edir. Göründüyü kimi, iddiaçının ondan istədiyi 440 manat almentin hər hansı bir hüquqi əsası yoxdur. Üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Göstərilənlərə əsasən işə iştirakı olmadan baxaraq İddiaçı ondan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamədən görünür ki, iddiaçı və cavabdeh arasında 24 avqust 2019-cu il tarixdə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Ağalarova” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X8 15 iyul 2020-ci ildə və X9 29 oktyabr 2021-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Neftçala Rayon Məhkəməsinin e-2(053)-117/2024 nömrəli iş üzrə 12 yanvar 2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilməklə, iddiaçı Cavabdeh ilə cavabdeh Mirzəyeva (nikahdan əvvəl – Ağalarova) Fatimə Əhməd qızı arasında 24 avqust 2019-cu il tarixdə bağlanmış və həmin tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 3482 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 15 iyul 2020-ci il təvəllüdlü X6 və 29 oktyabr 2021-ci il təvəllüdlü X7 boşanmadan sonra cavabdeh anaları Mirzəyeva (Nikahdan əvvəl Ağalarova) Fatimə Əhməd qızının yanında qalmaları müəyyən edilmişdir. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxslər üzrə vergi ödəyicisidir(VÖEN **********). İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Cavabdeh "xxxx" MMC-də (**********) nömrəli vöen üzrə məsləhətçi, təlim metodları vəzifəsində işləməklə əmək haqqı 350 manat, "xxxx" MMC-də (**********) nömrəli vöen üzrə müəssisədə baş direktor vəzifəsində işləməklə 500 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin mənasına görə 2 uşağa görə aliment — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, 15 iyul 2020-ci il təvəllüdlü X6 və 29 oktyabr 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 noyabr 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşaqları – 15 iyul 2020-ci il təvəllüdlü X6 və 29 oktyabr 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 24 noyabr 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-106/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-106/2024
19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver