Məhkəmə qərarları › İş №e-2(053)-1167/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1167/2025

25.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1167/2025 25.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə arasında 26 aprel 2025-ci il tarixdə yazılı formada bağlanmış 11 nömrəli borc müqaviləsi predmetinin tam həcmdə icra edilməyən 3.641 manat hissəsinin borcludan tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırır ki, Borclu ilə 26 aprel 2025-ci ildə yazılı formada 11 nömrəli kredit müqaviləsi bağlayaraq, ona 3.641 manat məbləğində borc pul vermiş, lakin borclu həmin məbləği bu günədək qaytarmamışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər». Qanunvericiliyin qeyd olunan müddəasının məzmunundan görünür ki, əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar əldə olunub tədqiq edilmədən və tərəfilərin izahatları dinlənilmədən kreditorun tələbinin əsaslılığının ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Azərbaycan Respublikası MPM-nin 278.2.5-ci maddəsinə əsasən ərizədə «tələbin əsaslığını təsdiq edən sənədlər» göstərilməlidir. Ərizəyə əlavə edilmiş və kreditorun istinad etdiyi 26 aprel 2025-c il tarixli 11 nömrəli borc müqaviləsinin 1.3-cü bəndində göstərilmişdir ki, «...borc üzrə ödənişlər aylıq müxtəlif məbləğlərdə olmaqla, hər ayın 1-dən gec olmayaraq müqaviləyə qoşma olunan qrafik üzrə əlavəyə imza etməklə nağd şəkildə ödənilir». Müqaviləyə əlavə edilmiş “26 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə borc qismində verilən 3641 (üç min altı yüz qırx bir) manat məbləğində pul vəsaitinin aylar üzrə ödəniş qrafiki»nin aşağı hissəsi isə imzalandığına baxmayaraq, həmin qrafikdə istər ödəniş məbləğləri, istərsə də ödənişin edilməli olduğu tarixlər göstərilməmişdir. Beləliklə, istər müqavilənin özündən, istərsə də ona əlavə edilmiş qrafikdən sonuncu ödənişin hansı tarixdə edilməli olduğu (borcun hansı tarixədək bağlanmalı (tam ödənilməli) olduğu) göstərilməyib. Müqavilədən və ödəniş qrafikindən hər ayın “1-dən gec olmayaraq” edilməli olan ödənişlərin miqdarı da aydın deyil. Göstərilənlərə əsasən Kreditornın tələbinin aşkar olması və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması halı müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə «verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa» məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 279.3 və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz»; «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar