Məhkəmə qərarları › İş №e-2(053)-1233/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1233/2024

17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1233/2024 17.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən hamam aksesuarlarının alınmasına görə 2.400 manat, mətbəx mebelinin yığılmasına görə 1.300 manat, qız toyuna çəkilən xərclərə görə 3.500 manat, ailə üzvlərinin, qohumlarının arasında psixoloji sarsıntı və iztirablar keçirdiyinə, mənəvi ziyana görə 1.500 manat, habelə 118 manat ödənilmiş dövlət rüsumu və vəkilə ödədiyi hüquqi yardıma görə 500 manat, ümumilikdə 9.318 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək İddiaçı əyarı 925 olan 1 ədəd pandora qolbaq, çəkisi 8 qram, əyarı 585 olan 1 dəst qızıl komplekt, çəkisi 3,14 qram olan 1 ədəd təkdaş və 1 ədəd alyansın alınaraq ona qaytarılması, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyərini təşkil edən 2.210 manat məbləğində pulun, o cümlədən İddiaçı tərəfindən vurulmuş maddi ziyana görə 5.705 manat və mənəvi ziyana görə 2.000 manat məbləğində pulun, hüquqi yardıma görə çəkilən xərcin əvəzi olaraq 700 manat və dövlət rüsumu olaraq ödənilmiş 119,15 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 10.734,15 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı razılığa gəldiyini, buna görə də mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilməsini tələb etmədiyini, gələcəkdə də qeyd olunan tələblərlə bağlı hər hansı bir iddiasının olmayacağını bildirib, e-2(053)-1233/2024 saylı iş üzrə iddia ərizəsinə ərizəyə əlavə edilmiş sənədlərin, həmçinin dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2 da həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı razılığa gəldiyini, buna görə də mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilməsini tələb etmədiyini, gələcəkdə də qeyd olunan tələblərlə bağlı hər hansı bir iddiasının olmayacağını bildirib, e-2(053)-1233/2024 saylı iş üzrə iddia ərizəsinə ərizəyə əlavə edilmiş sənədlərin, həmçinin dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qeyd olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 09 oktyabr 2024-cü ildə «MilliÖN» elektron ödəmə sistemi vasitəsilə 117 (yüz on yeddi) manat 60 (altmış) qəpik miqdarında dövlət rüsumu ödənilmişdir. («MilliÖN»; Terminal nömrəsi 53483; qəbzin nömrəsi: **********). Həmçinin qeyd olunur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 02 noyabr 2024-cü ildə ASAN ödəniş portalında «Asan ödəniş» sistemi vasitəsilə 120 (yüz iyirmi) manat miqdarında dövlət rüsumu ödənilmişdir. (Mədaxil qəbzi №: **********09). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizələr təmin edilməli, ilkin iddia üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı, habelə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh, həmçinin ilkin iddia üzrə ödənilmiş 117 (yüz on yeddi) manat 60 (altmış) qəpik miqdarında dövlət rüsumu İddiaçı və qarşılıqlı iddia üzrə ödənilmiş 120 (yüz iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 114, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İlk iddia üzrə ərizə təmin edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair ilk iddiası geri qaytarılsın. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 09 oktyabr 2024-cü ildə «MilliÖN» elektron ödəmə sistemi vasitəsilə 117 (yüz on yeddi) manat 60 (altmış) qəpik miqdarında dövlət rüsumu («MilliÖN»; Terminal nömrəsi 53483; qəbzin nömrəsi: **********) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə ərizə təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən 02 noyabr 2024-cü ildə ASAN ödəniş portalında «Asan ödəniş» sistemi vasitəsilə 120 (yüz iyirmi) manat miqdarında dövlət rüsumu (Mədaxil qəbzi №: **********09) Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar