Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1469/2025 24.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “indeksasiya edilmiş alimentin azaıldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan indeksasiya edilmiş alimentin miqdarı azaldıaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xshiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki,Neftçala Rayon Məhkəməsinin 2(053)-885/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulan övladları X5 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq hazırki iş üzrə cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən sözügedən qətnamə ilə təyin edilən aliment məbləği ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.60 misli həcmində indeksasiya olunaraq artırılmışdır. Eyni zamanda iddiaçı Cavabdeh ilə nikahlarına xitam verildikdən sonra ikinci dəfə nikaha girmiş və həmin nikahdan bir övladı var, həyat yoldaşı ikinci övladlarına hamilədir. X13 ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/004N04A01416922 nömrəli müqavilə üzrə aktiv kredit ödəyicisi olmaqla yanaşı aylıq ödənişinin 642,37 manat təşkil edir. Göstərilənlərə nəzərə alaraq, Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh xeyrinə alimentin indeksasiya olunan məbləğinin azaldılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-885/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən övladları X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 80 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 8(053)-25/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən sözügedən qətnamə ilə təyin edilən aliment məbləği ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.60 misli həcmində indeksasiya olunaraq artırılmışdır. İddiaçı tərəfindən övladları X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarının azaldılaraq ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.425 misli həcmində müəyyən edilməsinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı cavabdehlə nikahlarının təxminən 10 il əvvəl pozulduğunu və həmin vaxt məhkəmə qərarı ilə müəyyən olunmuş 80 manatdan başqa uşağına heç bir maddi yardım göstərməmişdir. Uşağın bütün maddi və mənəvi təminatı ilə yalnız Cavabdeh özü məşğul olmuş, atası tərəfindən uşağa heç bir yardım olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı var, hənçinin arvadı hamilədir. Əvvəllərdə aliment 80 manat olsa da, hər ay 100 manat ödəmişir. İndidə imkanı olduqca müəyyən ediləcək alimentdən çox ödəyəcək. Məhkəmə iclasında iştirak etməyən Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mygov tətbiqindən əldə olunmuş Salyan Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 603998 nömrəli nikah haqqında şəhadətnamə məlumatlarına əsasən X2 və İddiaçı xx.xx.2024-cü il tarixində nikaha daxil olmuş və bu barədə nikah aktı qeydləri kitabında 91 nömrə ilə qeyd olunmuşdur. Eyni zamanda mygov tətbiqindən əldə olunmuş 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı 072405 nömrəli doğum haqqında şəhadətnamə məlumatlarına əsasən X6 xx.xx.2024cü ildə Bakı şəhərində doğulmuşdur. Ata adı İddiaçı, ana adı X4 qeyd olunmuşdur. Bu barədə doğum aktı qeydləri kitabında 11 noyabr 2024-cü il 4310 nömrə ilə qeyd olunmuşdur. Mygov tətbiqindən əldə olunmuş İddiaçı ailə tərkibi haqqında məlumatlarda ata X3, həyat yoldaşı X4, övladı X6 və övladı X9 qeyd olunmuşdur. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-885/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə İddiaçı 04 mart 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 80 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan ASMED Klinikasının xx.xx.2025-ci il tarixli hamiləliyin ultasonoqrafik müayinə protokoluna əsasən 1991-ci il təvəllüdlü Ruhəngiz Zeynallı 6 həftəlik hamilədir. İş materiallarında olan ASC Xalq Bankın xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20185,01 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğuundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 10 ilə yaxın müddət keçmiş,daha sonra həmin qətnamə üzrə tutulmuş aliment minimum əmək haqqına münasibətdə indeksasiya edilmiş bu hal iddiaçının vəziyyətini ağırlaşmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yenidən ailə həyatı qurmuş,həmin nikahdan bir övladı var,həmçinin iddiaçının arvadı hamilə olduğundan qazancında müəyyən azalmalar baş vermişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4- 3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 200 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan indeksasiya edilmiş alimentin miqdarı azaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-885/2016/saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi üzrə Neftçala Rayon Məhkəməsinin 8(053)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan indeksasiya edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edislin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1469/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1469/2025
24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver