Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-29/2024 25.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Əmlak tələbi və pay hüququnun tanınması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında 05 oktyabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, X22-3, “Rahat Nəfəs” yaşayış kompleksi, bina 1, giriş 2, mənzil 47, ümumi sahəsi 63,24 kv.metr olan mənzilə dair 1/2 hissəsinə payı müəyyən edilməklə bölünməsi, həmin mənzildə olan, ərizədə qeyd edilən cehiz-əmlak əşyalarının cavabdehdən alınaraq ona, yəni İddiaçı qaytarılması, məhkəməyə iddia ərizəsinin verilməsi və mediasiya prosesinə görə ümumilikdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 09 iyun 2020-ci il tarixdə, 1264 nömrəli akt qeydi il Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan uşaqları olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(006)-2417/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Sənədlərdən göründüyü kimi Cavabdeh "xxxx" MMC ilə arasında 05 oktyabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, X22-3, “Rahat Nəfəs” yaşayış kompleksi, bina 1, giriş 2, mənzil 47, ümumi sahəsi 63,24 kv.metr olan tam təmirsiz mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin dövrdə iddiaçı cavbdehlə nişanlı olmuş və iddiaçının atası qeyd edilən mənzilin alınması üçün çatışmayan 7000 (yeddi min) manat pulu verərək, mənzilin əldə edilməsinə imkan yaratmışdır. Yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması və 2020-ci ildə pandemiya elan olunmasna görə, karantin rejimi tətbiq olunmuş, buna görǝ də iddiaçı ilə cavabdeh arasında nikah 09 iyun 2020-ci il tarixdə rəsmiləşdirilsə də, karantin rejiminə görə məhdudiyyətlər olduğu üçün toylarını 11 iyul 2021-ci il tarixdə etmişlər. Toydan sonra qısa müddət ərzində Cavabdeh ilə Neftçala rayonunda, Səyavuşun valideynlərinin yaşadığı mənzildə qalmışlar. İş materiallarında vəkil sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda sözü gedən mənzildə təmir işlərini 2020-ci il noyabr ayında başlamışlar (yəni nikahdan sonra). Təmir zamanı mənzilin dizaynı onun tərəfindən yaradılıb, bir çox tikinti materiallarını öz vəsaiti hesabına almış, evdə işləyən ustaları valideyni (atası) tapıb əmək haqqını ödəmişdir. Həmin dövrdə cavabdehlə bir müddət valideynlərinin evində, sonra kirayə götürdükləri evdə yaşamışlar. 2021-ci ilin avqust ayında isə cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, X22-3, "Rahat Nəfəs" yaşayış kompleksi, bina 1, giriş 2, mənzil 47 ünvanında olan mənzilə köçmüşdür. Yuxarıda qeyd etdiyi mənzildə beş aya yaxın birgə yaşayandan sonra cavabdehlə münasibətləri pisləşdiyinə görə iddiaçı evdən gedərək, atasının evində sığınacaq almışdır. Sonra cavabdehdən cehiz əşyalarının qaytarılmasını istəsə də, heç bir nəticə əldə etməmişdir. Həmin cehiz və digər əşyaların siyahısı aşağıdakı kimidir: Qonaq otağı: Künc divanı (6 ədəd yastıq ilə) - 2900 manat, jurnal masası (2 adǝd “anabala”) -400 manat, konsol arxasında güzgül ilə - 300 manat, böyük masa (6 ədǝd oturacağı ilə) - 2000 manat televizor altlığı - 300 manat, plazma televizor Vesta- 1100 manat, çılçıraq (2 ədǝd) - 500 manat, xalça (2x3-ə) - 500 manat, rəngli güldan - 70 manat, içi qızılı "Allah" yazısı ilə boşqab (hədiyyədir), stol üstü kompyuter - 2000 manat, günlük pərdə - 50 manat, bəyaz tül - 150 manat, mavi pərdə (2 ədǝd) - 250 manat, süfrələr (5 ədəd) - 175 manat. Dəhliz: Konsol-300 manat, pufik-190 manat, paltar yuyan maşın Vestel - 740 manat, ütü Cupros- 120 manat, tozsoran Samsung - 170 manat, plastik süpürgə - 10 manat, plastik səbət (2 ədǝd) - 30 manat, paspas vedrə - 70 manat, ayaqaltı xalça (ana-bala 2 ədǝd) - 50 manat, ayaqaltı rezin - 10 manat, yolka və onun bəzəkləri (şaxta baba, işıq, budaq, oyuncaqlar) - 500 manat. Hamam otağı: Hamam dolabı - 150 manat, xalça fırçası - 10 manat, hamam başmağı (2 ədǝd) - 14 manat, ayaqaltı xalça - 15 manat, hamam dəsti (zibil vedrəsi, frçalar, duru sabun qabı, firça gabı, quru sabun qabı)- 55 manat, pallar qurudan - 15 manat. Yataq otağı: Yataq mebeli - 2800 manat, termo-250 manat, çılçıraq - 250 manat, bra (2 ədəd) - 100 manat, namaz xalçası - 25 manat, iynə-sap qabı - 15 manat, uzunsov yastıq (4 ədəd) - 80 manat, kiçik yastıq-15 manat, taxt yorğanı - 150 manat, taxt döşəyi - 200 manat, taxt üstü örtük 2 ədəd yastıq üzü ilə - 250 manat, taxt üstü döşək (matras)- 200 manat, xalça (2 ǝdəd) - 200 manat, günlük parda 50 manat, boz tüll pərdə - 150 manat, əl-üz dəsmalları (6 ədǝd) - 80 manat, hamam dəsmalları (3 ədəd) - 145 manat, yataq dəstləri (5 ədəd müxtəlif rənglərdə)-670 manat, ǝdyallar (3 ǝdəd) - 180 manat. Mətbəx otağı: Mətbəx mebeli - 3800 manat, pərdə-jalüz - 280 manat, mətbəx masası (6 nəfərlik oturacaq ilə) - 480 manat, stul örtüyü (6 ədǝd) - 20 manat, çılçıraq 80 manat, reys spot (5 ədǝd) - 70 manat, soyuducu - 1850 manat, dolabiçi soba Devaline - 880 manat, mikser Eurolux - 280 manat, ətçəkən maşın Geeprs 210 manat, şirə sıxan maşın Eurolux - 240 manat, blender Eurolux 3/1-110 manat, toster Sokany 4/1 Devaline - 220 manat, aspirator Devaline-250 manat, qab yuyan maşın Vestel - 820 manat. Qab-qacaq və digər əşyalar: Şərab bokalı (24 ədəd) - 180 manat, su stəkanı (24 ədəd) - 160 manat, rümka (12 ədǝd) - 80 manat, viski üçün bokal (12 ǝdəd) - 90 manat, grafinka (4 ədəd)- 250 manat, iri çaydan - 45 manat, şüşə və balaca çaydanı - 30 manat, podnos (3 ədəd) - 55 manat, yemək dəsti (6 ǝdəd Boşqab,tort qabı 2 mərtəbəli qab)- 60 manat, aş boşqabı serviz (24 ədǝd) - 160 manat, dolma boşqabı (24 ədəd) - 160 manat, tort boşqabı (24 ədǝd) - 160 manat, salat boşqabı (24 ǝdǝd) - 160 manat, mürəbbə rozetkası (24 ǝdǝd) - 120 manat, nəlbəki (24 ədəd) -132 manat, kiçik nəlbəki (armudu 24 ǝdǝd) - 112 manat, duz-istiyot qabı (4 ədəd) - 16 manat, salfet qabı (2 ədəd) - 18 manat, kiçik maskura (dovğa üçün 24 ǝdəd) - 180 manat, böyük kasa (12 ǝdǝd) 110 manat, aş buludu (4 ədəd)-120 manat, kabab buludu (4 ədəd)-112 manat, salat buludu (4 ǝdəd) 104 manat, xrustal çərəz qabı (2 ədəd) - 150 manat, göy bogema güldan - 70 manat, göy bogema konfet qabı (2 ədəd) - 70 manat, fincan (2 ədǝd) -20 manat, yaşıl bogema qrafika (6 ədəd su stəkanı ilə) - 120 manat, qızılı desert, bokal, su stəkanı, rumka (hər birisi 6 nəfərlik) - 400 manat, 6 nəfərlik səhər yeməyi dəsti (nəlbəki, fincan, qaşıq, boşqab,çaynik, duz qabı,şəkər tozu üçün qab, salfet qabı,3 ǝdəd uzunsov boşqab) -150 manat, yağ və pendir qabı (6 ǝdəd)- 20 manat, xrustal stəkan (12 ədǝd)- 72 manat, bəzəkli armudu stəkan (12 ədǝd)-20 manat, nalbəki (12 ədəd) - 10 manat, 2 nəfərlik dəmirdən türk armudu stəkanı qənd qabı ilə - 90 manat, qırmızı balaca kasa (6 ədǝd) - 8 manat, göy balaca kasa (6 ǝdǝd) - 12 manat, qapaqlı konfet qabı (4 ədǝd) -100 manat, meyvə qabı (2 ǝdəd)-95 manat, kül qabı (2 ədəd)- 73 manat, pivə bokalı (6 ədǝd) - 35 manat, yemək dəsti (çəngəl, bıçaq, qaşıq,çömçə, çay qaşı) -350 manat, çamadanda bıçaq dəsti - 180 manat, yaşıl çǝrǝz qabı - 20 manat, tort qəlibləri 3/1 - 25 manat, şəkərbura bükən (2 ədəd)- 10 manat, tǝrǝvəz doğramaq üçün taxta (2 ədəd) 10 manat, qara qazan altı (2 ədǝd) - 8 manat, silikon qazan tutan (2 ǝdǝd) -4 manat, ağ limon çörək qabı (3 ədəd plastik saxalama qabı ilə) - 30 manat, limon ǝdava qabı (6 ǝdǝd) - 40 manat, taxta banbuk çərəz qabı - 15 manat, süfrə fırçası - 5 manat, səbət çörək qabı - 7 manat, göyərti qurudan - 10 manat, salat doğrayan - 12 manat, mətbəx salfet qabı - 8 manat, saxlama qabı dörd kunc plastik limon (3 ədǝd)-15 manat, qranit qazan dəsti (3 ədəd qazan 2 ədəd tava) - 180 manat, kiçik qranit tava - 20 manat, metal qazan dəsti - 800 manat, qırmızı qazan dəsti (6 ədǝd) - 80 manat, dəmir iç içə saxlama qabı-10 man.at, böyük sarı qazan - 15 manat, saxlama qabı limon (3 ədəd) - 30 manat, un və şəkər tozu üçün saxlanc qabı (2 ədəd) - 50 manat, ağ rəngli süzgəc iç içə (3 ədəd) -25 manat, lǝyǝn iç içǝ - 25 manat, tort üçün lopatka - 25 manat, piknik dəsti (6 nəfərlik) 45 manat, aş süzən ləyǝn- 7 manat, iri ləyǝn -13 manat, oxlov 5 manat, spilka qabı şpilkalar ilə - 12 manat, 6 nəfərlik dəst (cəngəl bıcaq, qaşıq, çay qaşığı) - 45 manat, bıçaq dəsti (5 ədəd) - 30 manat, taxta qaşıqlar 10 manat, çay dəsmalları (5 ǝdǝd) - 30 manat, ”Green vay” mətbəx dəsti - 60 manat, şəffaf fincan (6 ədǝd) - 20 manat, tərəvəz yumaq üçün qab - 25 manat, zibil vedrǝsi-20 manat, mətbəx üçün boz sabun və fırça dǝsti - 15 manat, çömçə dəsti- 40 manat, odkrivalka dəsti - 35 manat və yaşıl tǝrǝvəz doğrayan- taxta qara bıçağı ilə - 15 manat dəyərindədir. Toy zamanı hədiyyə olunan şəxsi əşyalar: Zinət əşyaları (bijuteriya), kosmetika, geyim, ayaqqabılar, hamam xalatı, saç feni, gəlin güzgüsü və 2 ədəd şamdan. Belə ki, iddiaçı tərəfindən cavabdehə məxsus yaşayış sahəsinin şəraitinin yaxşılaşdırılmasına yönəlmiş yaxşılaşdırılma həmin yaşayış sahəsində qalmış və həmin yaxşılaşdırmadan istifadə etmək imkanından artıq o, məhrum olunmuş, amma cavabdeh həmin yaxşılaşdırmadan bəhrələnmişdir. Məsələ ilə bağlı Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatının sessiyasında iştirak etmiş, sessiya zamanı barışıq əldə edilməmişdir.Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin 30 noyabr 2023-cü il tarixə təyin olunmuş baxış iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uygun izahat verərək bildirmişdir ki, cavabdehlə 2018-ci ildə nişanları olmuş, sonra sözügedən ev alınmış, təmirinə görə cavabdehə 7000 manat pul təqdim olunmuşdur. Nikahdan sonra isə təmir işləri aparılmış, təqribən 4000 manat pul xərcləmişdir. Divar kagızları da öz qazancından alınmışdır. O, evə ilk dəfə gedəndə ev boş olmuş, sonradan gətirdiyi mebellər həmin evə yığılmışdır. Şahidləri iş yoldaşları olmuşdur. Həmçinin 5000 manat pulu atası iş yerində cavabdehə vermiş, sənədləşmə zamanı da atasının yanında Səyavuşa atası da yanında olmaqla 2000 manat verilmişdir. İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin 31 oktyabr 2023-cü il tarixə təyin olunmuş baxış iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə altı aya kimi birlikdə yaşamışlar. İddiaçı ondan mediasiya prosesi zamanı 10.000 manat, sonra 8.000 manat, hazırda isə 7.000 manat tələb edir. İddiaçının şahidləri varsa təqdim edə bilər. Ümumiyyətlə ona iddiaçı və valideynləri tərəfindən pul verilməyib. Onların imkanı olmadığı halda ona necə 7.000 manat pul verə bilərdilər? O, heç vaxt iddiaçının atasından pul almamışdır. Onlar evli olduqları müddətdə özləri ev üçün lazım olanları almışlar. Şəkillər həqiqəti əks etdirmir, “Ayfon” telefonlarında vaxtı geri atmaq olur. İddiaçı evə heç bir xərc çəkməyib, amma mənəvi haqqı olub. Bir yerdə gedib evi almışlar. O, inanmir ki, bu tələb İddiaçı tələbidir. Bu iddia onun valideynlərinin iddiasıdır. İddiaçı tərəfindən anasının qızılı və özünə məxsus nootbuku götürülüb. Bununla bağlı 102 xidmətinə zəng edilmişdir. Evin tamamlanma işlərində iddiaçının atası usta çağırıb, onun da pulunu cavabdeh özü vermişdir. Evi öz atasının və öz vəsaiti hesabına almışdır. Atasının kənddə təsərrüfatı vardır. Evi 2019-cu ildə 32.000 manata almışlar. Bu məbləğdən 27.000 manat atası vermiş, 2000 manat özü qoymuş və 3.000 manat da dayısı borc vermişdir. Evin təmirinə atası Nümayəndə xərc çəkmiş, ustaları da o gətirmiş və pullarını da özü ödəmişdir. Evdə olan əşyalar hamsı iddiaçının deyil. Orada əşyalar vardır ki, birgə nikahdan əvvəl alınıb. İddiaçı atası evindən nə cehiz gətiribsə evdədir. Nə gətiribsə onları da apara bilər. Evdə ümumiyyətlə şirəçəkən olmayıb. Evdə olan televizor, dəhlizdəki paltaryuyan, “Samsung” markalı tozsoran və jalüz pərdələr onun tərəfindən alınmışdır. Anasının üzüyünü qaytarılmasını iddiaçıdan tələb edir. 2019-cu ildə mənzili almış, 2020-ci ildə isə rəsmi nikaha girmişlər. Nikaha girəndə soyuducu, televizor, nootbuk alınmış, mətbəx mebelini isə özü düzəltdirmişdir. İddiaçı ona məxsus əşyaları qaytarmayacağı təqdirdə onun cehizlərindən də kompensasiya şəklinə qalmasını istəyir. Hazırda həmin evdə anası ilə birlikdə yaşayır. Göstərilənlərə əsasən iddianın evin paylara bölünməsi hissəsində rədd olunmasını məhkəmədən xahiş edir. İddianın qalan hissədə qismən təmin edilməsinə etirazı yoxdur. İşin məhkəmə baxış iclası zamanı Cavabdeh nümayəndəsi Nümayəndə iddianı tam qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində göstərilən əşyaların əksəriyyətini həqiqətən də iddiaçı ailə qurarkən özü ilə cehiz kimi gətirmiş və bu əşyalar cavabdehin evində saxlanılmışdır. İddiaçının özü ilə gətirdiyi əşyaların hamısı Neftçala Rayon Məhkəməsinin Müvvəqqəti təminat tədbirinin tətbiqinə dair 04 avqust 2023-cü il tarixli qərardadına əsasən iddiaçıya məxsus əşyalara cavabdehə istifadəsi qadağan edilməklə həbs qoyulmuşdur. Evi alarkən təmiri üçün aldığı tikinti materiallarının 30 yaxın fakturalarını saxlamışdır. Evin təmirinə 2019-cu ildə başlamış, 10.000 manat vəsait xərcləmişdir. Özü kənd təsərüffatı ilə məşğul olur. Oğlu üçün evi özü almış, təmirini də özü elətdirmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın evin paylara bölünməsi hissəsində rədd olunmasını məhkəmədən xahiş edir. İddianın qalan hissədə qismən təmin edilməsinə etirazı yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 cavabdeh və atası ilə birlikdə “Villa Badam” adlı yerdə evi cavabdehin adına rəsmiləşdirdiklərini bildirmişdir. Qeyd edir ki, onların 25.000 manat pul vəsaitləri var idi. Orada 5.000 manat cavabdehə pul verdi. Farmasept olan dayısı oğlundan 5.000 manat borc almışdır. İki saat sonra Şahmurad ona zəng etmişdir ki, oğlumu görmüsən? Cavab vermişdir ki, xəbəri yoxdur. Qeyd edir ki, 2.000 manat da cavabdehə şəxsən pul vermişəm. Cəmi 7.000 manat pul vermişik. Səyavuş 2019-cu ildə onun evində yaşamışdır. Hətta atası bir neçə dəfə zəng edib oğlunun onun evində yaşamasını istəmədiyini bildirmişdir. 2019-cu ildən cavabdehi ailələri kimi qəbul etmişlər. Onlar nişanlı olduqları dövrdə faktiki olaraq ər-arvad münasibətlərində olmuşlar. Bəzi təmir işlərində özü iştirak etmiş, yəni evin giriş qapısının yerini dəyişdirmiş, həmin qapının ətrafının astar-üz suvağını vurdurmuş, ümumilikdə təqribən 3.000-4.000 manat xırda-para xərc çəkmişdir. Bundan başqa istilik sistemini, ayaqyolunun aksesuarlarını, unitazı özü almışdır. Qızının ondan əlavə nə qədər xərclədiyini dəqiq bilmir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 Rac Fazil oğlu ilə bir yerdə işlədiyini bildirmiş, Rac ondan ev üçün pul istəsə də onda olmamış, dayısı gəlib Raca 5.000 manat borc pul vermişdir. Qeyd edir ki, Raca evlə bağlı pul lazım idi. Cavabdehi orada görməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 cavabdehin atası Nümayəndə onların şadlıq sarayında mühasibatlıq işlərini apardığını bildirmişdir. Şahmurad ona bildirmişdir ki, evində bir usta işləyir. Evin işini qurtara bilmir. Ondan xahiş etmişdir ki, kömək üçün işçi versin. Həmçinin bildirir ki, işin 70%-ni onun rəhbərlik etdiyi briqadası görüb. Evdə olan cəmi 6 ədəd olmaqla istilik sistemini-radiatoru o, yəni Şahmurad “Təzə Bazar”dan almışdır. Göstərir ki, evə gedərkən ev tam təmirsiz idi. Onlar üç nəfər olmuşlar. Ondan əvvəl Şahmuradın qohumunu görmüşdür. O, isti pol, tavan və divar kağızı işlərini görürdü. Qeyd edilən mənzildə 2019-cu ilin qış ayları və 2020-ci ilin əvvəlləri təmir işləri aparılmışıdr. Ona Şahmurad tikinti işləri ilə bağlı pul verib. Habelə divar kağızı işlərini görmüşdür. İddiaçının atası olan Rac ona təmir üçün pul verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ev təmiri ustası olduğunu, rəngsaz işləri apardığını bildirmişdir. 2019-cu ilin dekabr 2020-ci ilin əvvəllərində Şahmuradın oğlu Səyavuşun Masazır qəsəbəsində, Duz gölünün yanında yerləşən evində işləmişdir. Ev təmirsiz olmuşdur. Təmirdən sonra Şahmurad və oğlu Səyavuş ona təmir işləri apardığı üçün pul ödəmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Cavabdeh bibisi oğludur. Ev alınma vaxtı oktyabr ayı idi, Səyavuş ona zəng edib məbləğdən 3.000 manat çatmadığını bildirmişdir. O da 3.000 manat borc vermiş, toydan sonra Səyavuş tərəfindən həmin pul qaytarılmışdır. Evin digər vəsaiti cavabdehin atası tərəfindən verilmişdir. İddiaçı Nigarın atası evin alınması üçün pul qoymamışdır. Ev Abşeron rayonu, Masazır qəsəbəsində yerləşir. Evdə iki-üç dəfə olmuşdur. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 iyun 2020-ci ildə nikah bağlanmış, nikahdan sonra iddiaçı Rəhimli soyadını qəbul etmişdir. xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X2 şəxsində (bundan sonra “Şirkət” adlandırılacaq) bir tərəfdən və Neftçala rayon, Aşağı Surra kəndində yaşayan fiziki şəxs Cavabdeh arasında Alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə və 1 saylı Əlavəyə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ “Alıcı” tərəfindən tam şəkildə “Şirkət”ə ödənilir, “Şirkət” isə Abşeron rayonu, Masazır kəndi ərazisində (X22 üstündə cənub tərəfi) inşa edilən çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksdə 47 №-li mənzildə, otaqların sayı ümumi lahiyə sənədlərinə əsasən 2 otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,24 kv.m olan, blok 1, giriş 2, 6-cı mərtəbədə yerləşən mənzili “Alıcı”ya təhvil verir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-0902/026 saylı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun sorğuya cavab məktubunda qeyd edilir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon, Masazır kəndi, X22-3 “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1, giriş 2-də, 6-cı mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 63,24 kv.m olan 47 nömrəli mənzil vətəndaş Cavabdeh məxsusdur və hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Arxivdə təmirin başlanma tarixi haqqında dəqiq məlumat yoxdur. Şirkət tərəfindən verilmiş təmirə icazə (kağız formada) saxlanmayıb, çünki təmir başa çatdıqdan sonra bu sənəd qüvvədən düşür və buna görə də məhv olunmalıdır. F.İ.P. MMC-nin xx.xx.2023-cü il tarixli, G-1003/041 saylı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun sorğuya cavab məktubunda qeyd edilir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon, Masazır kəndi, X22-3 “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1, giriş 2-də, 6-cı mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 63,24 kv.m olan 47 nömrəli mənzil vətəndaş Cavabdeh məxsusdur və xx.xx.2021-ci il tarixdən yuxarıda qeyd olunan ünvanda yaşayır. Yuxarıda göstərilən mənzildə təmir işləri 2020-ci lin noyabr ayında başlanıb. Cavabdeh tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. xx.xx.2023-cü il tarixinə "xxxx" MMC-yə heç bir borcu yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-2417/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “Nikahın pozulması” tələbinə dair iddiası təmin edilmişdir. «İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamış, İMS-də müzakirə edilən mübahisənin predmeti “cehiz əşyalarının geri qaytarılması və birgə nikah dövründə evin təmirinə çəkilmiş xərcin bölünməsi tələbi” olmuşdur. Neftçala Rayon Məhkəməsinin e-16(053)-10/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməklə, İddiaçı Cavabdeh qarşı “Əmlak tələbi, pay hüququnun tanınmasına dair” mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək Abşeron rayonu, Masazır qəsəbəsi, X22-3, “Rahat Nəfəs” yaşayış kompleksi, bina 1, giriş 2, mənzil 47 ünvanında olan qərardadın təsfiri hissəsində və ya iddia ərizəsində siyahısı qeyd edilmiş iddiaçıya məxsus əşyalara cavabdehə istifadəsi qadağan edilməklə həbs qoyulması, mövcud olan əmlak siyahıya alınaraq saxlanılması üçün Cavabdeh verilməsi qərara alınmışdir. 15.082023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, tələbkar İddiaçı, borclu Cavabdeh və hal şahidləri X8, X4 və X9 iştirakı ilə akt tərtib edilərlək imzalanmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur. “Neftçala Rayon Məhkəməsinin e-16(053)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində qeyd edilən Abşeron rayonu, Masazır qəsəbəsi, X22-3, “Rahat Nəfəs” 3/K bina 1, giriş 2, mənzil 47 unvanında olan qərardadın təsviri hissəsində geyd edilmiş iddiaçıya məxsus əşyaların cavabdehə istifadəsi qadağan edilməklə həbs qoyulmalıdır. Qeyd olunan icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixində yuxarıda qeyd olunan ünvanda olduq. Mənzilə baxıs keçirilən zaman qərardadın təsviri hissəsində adları sadalanan əşyalardan: 1) dəyəri 175 manat olan 5 ədəd süfrədən 1 ədədi; 2) “Yataq otağı” nda qeyd olunan dəyəri 25 manat olan namaz xalçası; 3) “Mətbəx” də olan dəyəri 240 manat olan şirə sıxan masın Eurolux; 4) “Qab-qacaq” və digər əşyalardan 180 manat olan 24 ədəd şərab bakalından 18 ədədi; 5) 160 manat olan24 ədəd su stəkanının 12 ədədi; 6) 80 manat olan 12 ədəd rumkadan 6 ədədi; 7) 90 manat olan 12 ədəd viski üçün bokaldan 6 ədədi; 8) 250 manat olan 4 ədəd qrafinkadan 2 ədədi;9) 30 manat olan şüşə və balaca çaydandan şüşə; 10) 160 manat olan aş böçqabı servis 24 ədəddən 12 ədədi; 11) 160 manat olan dolma boşqabı 24 ədəddən 12 ədədi; 12) 160 manat olan tort boşqabı 24 ədəddən 12 ədədi; 13) 160 manat olan salat boşqabı 24 ədəddən 12 ədədi; 14) 120 manat olan mürəbbə razetkasından 24 ədəddən 12 ədədi; 15)132 manat olan 24 ədəd nəlbəkidən 12 ədədi; 16) dəyəri 8 manat olan 6 ədəd qırmızı balaca kasadan 2 ədədi;17) pivə bokalı dəyəri 35 manat oaln 6 ədəddən 1 ədədi; 18) dəyəri 20 manat olan yaşıl çərəz qabı;19) dəyəri 60 manat olan “Gren vay” mətbəx dəsti; 20) (Toy zamanı hədiyyə olunan şəxsi əşyalar tərəflərin mübahisəsinə səbəb olduğu üçün qərar vermək mümkün olmadı) istisna olmaqla digər əşyalar yerində aşkarlanaraq istifadəsi qadağan edilməklə üzərinə həbs qoyuldu və saxlanc üçün Cavabdeh təhvil verildi. Üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi, dəyərdən salınması, hər hansı zərər yetirilməsi ilə bağlı CM-nin 303-cü maddəsinin tələbləri elan olundu və məsuliyyəti izah edildi. Tərtib olunmuş akta dair etiraz və əlavəmiz yoxdur. Odur ki, imzamızla təsdiq edirik”. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş izahat, etiraz, məlumat və iddia tələbi adlı ərizədə cavabdeh qeyd etmişdir ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə, 1264 saylı akt qeydi ilə nikah bağlamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2417/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı iddiası ilə əlaqədar aşağıdakıları bildirir: O, atasının vəsaiti ilə "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq sahəsi 63,24 kv.m-lik təmirsiz mənzil almışdır. Həmin dövrdə İddiaçı ilə nişanlı olmamış, hətda nişanlı olsa belə bunun mənzili tam olaraq atasının öz vəsaiti hesabına alınmasını şübhə altına ala bilməz. Guya həmin dövrdə mənzili almaq üçün çatışmayan 7000 manat vəsaitin iddiaçının atası tərəfindən ödənilməsi isə tamamilə yalandır. Əlbətdə ki, iddiaçının anası yalançı şahidlər tapmaqda, böhtan atmaqda ustadır, ondan çox şey gözləmək olar. Mövzuya aidiyyatı olduğu üçün bildirir ki, 2021-ci ilin payızında o, ali təhsilli mütəxəssis olaraq burda ona münasib iş olmadığı üçün normal maaşlı iş tapmaq məqsədilə ailədə razılaşaraq xarici dövlətlərin birinə getmiş, iş tapandan sonra həyat yoldaşı Nigarı da aparacağını bildirmişdir. İddiaçı anası ilə qalacağını, problem olmayacağını deyərək getməyini istəmişdir. Onun getməyinə qəti etiraz edən atasının sayəsində üç aydan sonra evə qayıtmış və 2021-ci ilin dekabrın 25-də Nigarın “instaqramda” günlərlə öncədən bir oğlanla yazışmalarının olduğunu, onunla görüşmək istədiyini bildirməsi ilə bağlı xeyli yazışmalar olduğunu gördmüşdür. (Qeyd edir ki, yazılar saxlanılır). Bundan başqa İddiaçı müxtəlif vaxtlarda meyxana və restoranlarda, içki məclislərində iştirak edərək qəbulolunmaz tərbiyəsiz hərəkətlər etməsinə dair videogörüntülər ortaya çıxmışdır (videogörüntülər hazırda da saxlanılır). Bundan sonra onun ata-anasına zəng edərək evə çağırmış, vəziyyəti izah etdikdən sonra anası qızını müdafiə etmişdir. Sonra onlar onun diqqət yetirməməyindən istifadə edərək o, evdə olmayan müddətdə evdən xeyli əşyalar apardıqlarını bilmişdir. Sonradan ona məlum olmuşdur ki, onlar planlı şəkildə evi qarət edərək aşağıdakıları talayaraq aparıblar: Qızıl boyunbağı, qızıl bilərzik, qızıl sırğa üzük dəsti, qızıl üzük yekun dəyəri-6.000 manat. Bundan başqa nişan üzüyü (qız üçün)- 2000 manat; nişan üzüyü (oğlan üçün)- 1000 manat; qırmızı qaş üzük-550 manat; anamın nişan üzüyü-1000 manat; nəqd pul-2000 manat, yekun 6550 manat. Paltarlar: 4 ǝdəd şalvar- 120 manat; 4 ǝdəd köynək- 100 manat; 4 ǝdəd ayaqqabı +sumka dəsti-200 manat; 3 ǝdəd don-300 manat; 6 ǝdəd gecəlik dəst-90 manat; 3 dəst idman geyimi-150 manat, 3 ǝdəd çəkmǝ-200 manat və 4 ǝdəd sumka-80 manat olmaqla yekun 1240 manat, cəmi 13790 manat. Gorundüyü kimi atası tərəfindən anasına verilmiş nişan üzüyünü və onun iddiaçıya verdiyi nişan üzüyünü də iddiaçı aparmışdır. Bu hadisədən qısa müddət sonra onu Abşeron rayon polis idarəsinə çağırmış və məlum olmuşdur ki, Nigar anasının təkidi ilə ondan şikayət edərək guya onu döydüyünü, beyni silkələndiyini bildirmişdir. Araşdırmada məlum oldu ki, hamsı böhtandır, məhz etdiyi tərbiyəsizliyi kölgədə saxlamaq və boşanmanı gecikdirmək üçün fəndlər işlədirmiş. Az sonra yenidən anası ilə evinə basqın edərək evdə qalan əşyaları da sumkalara qablaşdırmağa başlamışlar, o, 102 qaynar xəttinə zəng etmiş, polis nəzarəti altında xeyli əşyaları götürəndən sonra onlar evdən çıxmışlar. Bu hadisə 30 dekabr 2021-ci il tarixdə baş vermişdir. İddiaçının anası Zərqələm və Nigar hər vəchlə ona qızı evə qaytarmağı, belə olmasa evi də əlindən alacağını, onu öldürtdürəcəyi ilə təhdid etmişdir. İddiaçının evin təmir edilmə vaxtının nikahdan sonrakı dövrə düşdüyü üçün guya atasının vəsaiti ilə təmir edilməsi iddiası da cəfəngiyyatdır, heç bir əsası yoxdur. Əksinə, 2019-cu ildə evi alarkən pulu tam ödədiyinə görə dərhal təmirə başlaya biləcəyini bildirilmişdir. Qeyd edir ki, koronovirusla bağlı hərəkətə məhdudiyyətlər qoyulmuş, həm də toylara qadağa qoymuşdular. Elə vaxt ola bilər ki, insanlar 5 ay yox, hətta 5 il nişanlı qalsınlar. Bu o demək deyilki guya həmin müddətdə evi tikib, təmir etdirən qızın atasıdır. Bu çox absurdur, gülməli və böhtandır. Bildirir ki. cehiz əşyalarının dəyərinin tam yarısı ona çatmalıdır, çünki cehiz əşyalarının 99%-i nikah bağladıqdan sonra hissə-hissə hər ikisi tərəfindən alınmışdır, mətbəxə, yataq otağına, hamama mebel və digər avadanlıqların alınıb quraşdırılmasına pul xərcləmişdir. Etiraf edir ki, iddiaçı fiziki baxımdan evin təmirində zəhmət çəkmişdir. İddiaçının məqsədi yalnız və yalnız ondan nəyin bahasına olursa olsun pul çəkmək, mülkünə yiyələnmək istəyidir. Sonra, guya qız tərəfinin dəfələrlə əşyalarını aparmasına onun tərəfindən mane olmaqla bağlı dedikləri fikri də tamamilə yalandır. Əksinə, bu müddət ərzində dəfələrlə onlara bildirmişlər ki, gəlin əşyalarınızı aparın. Nigar onun Sumqayıtda ərdə olan bacısına dəfələrlə mesaj yazaraq “hər şeyi anam elədi”,”qayıtmaq istəyirəm”,”səhv eləmişəm” deyərək yalvarmışdır. O, özü dəfələrlə ona bildirmişdir ki, gəl əşyalarını apar. Bundan əlavə Nigar və anası Zərqələm guya Nigarın hamilə olması barədə saxta həkim arayışı düzəltməklə boşanma məsələsinə mane olmağa çalışmışlar. Sonradan məlum oldu ki, bu arayışda saxtadır, heç bir hamiləlik yoxdur. Mediasiya zamanı isə Nigar əşyalarının siyahısına onun da aldığı əşyaları da daxil etməklə əlavə ondan 10.000 manat pul istəyirdi, ona görə onların mediasiya ilə razılığı alınmamışdır. (Mediasiyada təqdim etdiyi əşyaların siyahısı əlavə olunur). Qeyd edir ki, iddiaçının toyları olduqdan sonra bir müddət Neftçala rayonunda, ata evində qaldıqdan sonra Bakıya qayıdaraq kirayədə yaşamaqları barədə yazdığı sözlər tamailə yalan, fantaziyadır. Evini tam təmir etdirib başa çatdırdıqdan sonra Bakıya, öz evinə köçüb orada yaşamışlar. "xxxx" MMC-nin təmirin qiymətləndirilməsinə dair rəyi saxtadır. O, evinin təmirini rayonda atasının yaşadığı kənddən gətirdiyi ustalara, yaxın qohumları, Bakıda fərdi qaydada iş görən usta və fəhlələrə gördürmüşdür. Bildirir ki, sadəcə bir dəfə lüstur və lampaları bağlamaq üçün elektirik işini atasının qonşusu və tanışları olan bir nəfər olub ki, onun da gördüyü işin pulunu şəxsən özü vermişdir. Vurğulayır ki, "xxxx" MMC-nin heç bir nümayəndəsini, heç bir işçisini görməmiş, tanımır, əlaqəsi olmayıb, evinə gəlməyib, bəs bu dəyərləndirməni necə aparıb? Hər hansı vatsap yazışmaları ilə? Evə aldığı bir çox əşya və materialların faktura, qaimələrini saxlayır. Çox güman ki, həmin fakturalardan bir neçəsini Nigar götürərək özü ilə aparıb. Axı, onun Nigarla anası Zərqələmin planından xəbəri olmayıb, hardan biləydi ki, bu adamların azarı ancaq vardövlətdir. Evdə olan avadanlıq və əşyaların əhəmiyyətli hissəsini o alıb quraşdırmışdır. Boşanandan sonra ona verdiyi nişan üzüyünü niyə qaytarmır? Atasının anasına verdiyi nişan üzüyü niyə onda qalmalıdır? İddiaçıının atası zərgərdi, bunlar qızıla, mal-mülk ələ keçirməyə bu qədərmi həris adamlardı? Ailə Məcəlləsinin 38-ci maddəsinə görə nikahdan qabaq və nikah dövründə nikah müqaviləsi bağlanmalı idi. Nikahdan sonra alınan əşyalar ər-arvadın birgə mülkiyyəti sayılır. Ona görə də İddiaçı “əmlakın hamısı mənimdir” deməsinin heç bir hüquqi əsası yoxdur. Lakin, iddiaçı tərəfindən alınan əşyalar ona lazım deyil. İddiaçıla onun heç bir birgə mülkiyyəti yoxdur, onun cehiz əşyaları var ki, o, həmin əşyalara sahiblənmək fikrində olmamış, iddiaçı gəlib apara bilər. Bu əşyaların qiymətini süni şəkildə şişirtməklə nə məqsəd güddüyünü bilmir. MM-nin iddia ərizəsində göstərilən 225.3, 225.4, 157.2-ci maddələrinin konkret bu işə heç bir aidiyyatı yoxdur. O, nikah bağlandıqdan xeyli müddət əvvəl evi alaraq sənədləşdirmiş, tələbdə göstərilən evin yarısını guya pay olaraq iddiaçıya verilməsi ilə bağlı tələb qanunsuz, əsassız, xülyadır. Bu sadəcə, iddianı yazan vəkilin iddiaçı tərəfin çirkin niyyətinin ifadəsinin göstəricisini əks etdirir, məqsəd ona ziyan vurmaq, əmlakını ələ keçirmək istəyidir. Məhkəmədən bütün yuxarıda yazdıqlarının nəzərə alınmasını, obyektiv qərar çıxarmasını xahiş etmişdir. İzahata evdən aparılan əşyaların siyahısı, mediasiya zamanı iddiaçı tərəfin tələb etdiyi əmlak siyahısı, nikahın ləğv edilməsinə dair qətnamənin surəti, evin alqı-satqı müqaviləsinin surəti, qaimə və fakturalar əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş izahat, etiraz, məlumat və iddia tələbinə dair ərizəyə əlavə olunmuş 2020, 2021-ci illər üzrə qaimə- fakturalardan, satış qaimələrinin əslindən və mədaxil qəbzlərindən görünür ki, qeyd olunan illər üzrə “Sədərək Ticarət Mərkəzi”ndən evin təmiri üçün lazım olan müxtəlif növ avadanlıqların, aksesuarların və təsərrüfat mallarının alışı cavabdeh tərəfindən həyata keçirilmiş və bu qaimələrin əsli və surətləri sübut kimi təqdim edilmişdir. İş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı cehiz əşyaları ilə bağlı iddia ərizəsində göstərilən əşyalarının (tam olaraq) verilməsi barədə etirazı yoxdur. xx.xx.2023-cü ildə Cavabdeh məhkəməyə ərizə- vəsatət göndərərək vəsatətində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində İddiaçı divar kağızının onun tərəfindən alınaraq 750 AZN pul ödəməsi ilə bağlı ifadəsinin yalan olduğunu, həmin dövrdə divar kağızı almaq üçün seçim etmək məqsədi ilə İddiaçı ilə birlikdə getdiklərini və divar kağızının pulunu tam olaraq özü ödədiyini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı öz ifadəsində guya ona 7.000 AZN verməsi ifadəsi ilə atasının verdiyi ifadə yalan olmaqla bərabər həm də fərqlidir. Belə ki, atası guya onun atasına 2.000 AZN verdiyini, 5.000 AZN isə 80 yaşlı dayısından alaraq ona verdiyini bildirmişdir. Yəni, 80 yaşlı qoca adamı guya iş yerinə çağıraraq “5000 AZN gətir ver mənǝ” deyə ifadə vermişdir. Hər halda pul istəyən özü onun yanına getməli idi. Sözsüz ki, bunu guya onun iş yoldaşı görsün gəlib məhkəmədə pulu dayısının ona verdiyi ifadəsini versin deyə (sözsüz ki, bu quramadır). Yuxarıda qeyd etdiyi tarixdə keçirilən məhkəmə prosesində iddiaçının evə əşya və avadanlıqların alınması ilə bağlı təqdim etdiyi qaimə-fakturalar tam saxtadır. Belə ki, qaiməfakturalara baxdıqda onların yeni yazıldığı açıq-aşkar görünür. Belə qaimələrdən istənilən vaxt, istənilən satış obyektlərindən, istənilən tarix yazdırmaqla almaq olar. Həm də ki, ekspertiziya təyin etməklə bunların nə vaxt yazıldığını müəyyən etmək olar. Əvvəlki məhkəmə proseslərində bildirmiş və yenə də bildirir ki, evin təmirini tam olaraq onlar etmiş, bütün xərcləri atası ilə birlikdə çəkmişlər. Məhkəmədə bildirmişdir ki, evə alınan, quraşdırılan xeyli avadanlığın pulunu o vermiş, fiziki və maddi baxımdan xeyli zəhmət çəkmiş, pul xərcləmişdir. Yuxarıda qeyd etdiyi tarixdə keçirilən məhkəmə prosesində nümayəndəsi atası xoş məram göstərərək, barışıq, sülh yaratmaq məqsədilə onların aldığı avadanlıq və əşyalarla birlikdə bütün cehiz əşyalarını iddiaçı tərəfə verməyə razı olmuşdur. O, cavabdeh olaraq əvvəlki məhkəmə prosesində səsləndirdiyi ifadələri təkrar edərək aşağıdakı şərtlər daxilində atasının bu fikri ilə razıdır: İddiaçı və anası Zərqələm Məmmədova tərəfindən onun evindən apardıqları aşağıda göstərilən əşyalar geri qaytarılsın: Onun şəxsi kompyuteri-nootbuku (dəyəri 1600 AZN), nikahları ləğv olunduğu üçün onun iddiaçıya verdiyi nişan üzüyü (1300) AZN, iddiaçının apardığı atasının anasına verdiyi nişan üzüyü (1300 AZN), evindən apardıqları 2.000 manat nəğd pul. Əlavə olaraq bildirir ki, əgər yuxarıda göstərdikləri qaytarılmayacaqsa soyuducu, mətbəx mebeli və televizorun evdə saxlanılması müqavilində tələb etdiyi əşyalarla konpensasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən olunur ki, iddia tələbində qeyd olunan əşyaların əksəriyyətinin iddiaçı ailə qurduqdan sonra özü ilə cehiz kimi gətirmişdir (bunlar əvvəlcədən iddiaçının mülkiyyətində olmuş). Həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru X3 şəxsində (bundan sonra “Şirkət” adlandırılacaq) bir tərəfdən və Neftçala rayon, Aşağı Surra kəndində yaşayan fiziki şəxs Cavabdeh arasında xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə və 1 saylı Əlavəyə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ “Alıcı” tərəfindən tam şəkildə “Şirkət”ə ödənilməsi, “Şirkət” isə Abşeron rayonu, Masazır kəndi ərazisində (X22 üstündə cənub tərəfi) inşa edilən çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksdə 47 №-li, otaqların sayı ümumi lahiyə sənədlərinə əsasən 2 otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,24 kv.m olan, blok 1, giriş 2, 6-cı mərtəbədə yerləşən mənzili “Alıcı”ya təhvil verilmişdir. Qeyd olunan mənzilin mülkiyyət sənədi yoxdur. Hazırkı tərəflər arasında nikah 09 iyun 2020-ci ildə nikah bağlanmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-2417/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Qeyd olunan mənzil tərəflərin rəsmi nikahından əvvəl, alqı- satqı müqaviləsi əsasında Cavabdeh məxsusdur və o, xx.xx.2021-ci il tarixdən yuxarıda qeyd olunan ünvanda yaşayır. Cavabdeh tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Qeyd olunanlara əsasən Abşeron rayon, Masazır kəndi, X22-3 “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1, giriş 2-də, 6-cı mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 63,24 kv.m olan 47 nömrəli mənzil tərəflərin birgə mülkiyyəti sayılmadığından ½ hissədə payı müəyyən edilməklə bölünə bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən mənzilin alınması üçün 7000 manat vəsaitin cavabdehə verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MM-nin 181.4-cü maddəsinə əsasən «Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən «Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia olunan əşyalar, o cümlədən iddiaçının həm özü ilə cehiz kimi gətirdiyi əşyalar onun mülkiyyəti sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən «mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus olan əşyaların qaytarılmasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərildiyi kimi iddia olunan əşyaların əksəriyyəti Neftçala Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərardadının icrası ilə bağlı cavabdehin saxlancına təhvil verilmişlər. Eyni zamanda Neftçala Rayon Məhkəməsinin Müvəqqəti təminat tədbirinin tətbiqinə dair 04 avqust 2023-cü il tarixli qərardadının icrası ilə bağlı 05 dekabr 2023-cü ildə tərtib olunmuş aktın surəti ilə müəyyən olunur ki, (toy zamanı hədiyyə olunan şəxsi əşyalar tərəflərin mübahisəsinə səbəb olduğu üçün qərar vermək mümkün olmadığından) istisna olmaqla digər əşyalar yerində aşkarlanaraq istifadəsi qadağan edilməklə üzərinə həbs qoyulmuş və saxlanc üçün Cavabdeh təhvil verilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, icra tədbirləri zamanı aşkar edilərək cavabdehin saxlancına təhvil verilmiş əşyaların iddiaçının mülkiyyətinə qaytarılmasının qət olunması ilə yanaşı, Cavabdeh məxsus Abşeron rayon, Masazır qəsəbəsi, X22-3 “Rahat Nəfəs” yaşayış kompleksi bina 1, giriş 2, 47 nömrəli mənzildə olan qonaq otağına aid künc divanı (6 ədəd yastıq ilǝ), 2 ədǝd jurnal masası (ana-bala), konsol (arxasında güzgü), böyük masa (6 ədəd oturacağı ilə), televizor altlığı, “Vesta” markalı televizor, çılçıraq (2 ədəd), xalça (2x3), rəngli güldan, içi qızılı “Allah” yazısı yazılmış boşqab, stol üstü kompyuter, günlük pərdə, bəyaz tül, 2 ədəd mavi pərdǝ, süfrələr (5 ədəd), dəhlizə aid konsol, pufik, “Cupros” markalı ütü, “Samsung” markalı tozsoran, plastik süpürgə, plastik səbət (2 ədəd), paspas vedrə, ayaqaltı xalça (ana-bala 2 ədəd), ayaqaltı rezin, yolka və onun bəzəkləri (şaxta baba, işıq, budaq, oyuncaqlar), hamam otağına aid xalça fırçası, hamam başmağı (2 ədǝd), ayaqaltı xalça, hamam dəsti (zibil vedrəsi, fırçalar, duru sabun qabı, firça qabı, quru sabun qabı), paltar qurudan, yataq otağına aid yataq mebeli, termo, çılçıraq, bra (2 ǝdǝd), namaz xalçası, iynə-sap qabı, uzunsov yastıq (4 ədəd), kiçik yastıq, taxt yorğanı, taxt döşəyi, taxt üstü örtük 2 ədəd yastıq üzü ilə, taxt üstü döşək (matras), xalça (2 ədǝd), günlük pərdə, boz tül pərdə, əl-üz dəsmalları (6 ədəd), hamam dəsmalları (3 ədəd), yataq dəstləri (5 ədəd müxtəlif rənglərdə), adyallar (3 ədǝd), mətbəx otağına aid mətbəxt mebeli, pərdə-jalüz, mətbəx masası (6 nəfərlik oturac ilə), stul örtüyü (6 ədǝd), çılçıraq, “Reysport” 5 ədəd, soyuducu, dolabiçi soba “Devaline”, “Eurolux” markalı mikser, “Geeprs” markalı ətçəkən maşın, “Eurolux” markalı şirə sıxan, “Eurolux” markalı blender 3/1, “Sokany” markalı toster 4/1, “Woll” elektrik termos, qaz piltəsi “Devaline”, aspirator “Devaline”, “Vestel” qabyuyan maşın, qab-qacaq və digər əsyalara aid şərab bokalı (6 ədǝd), su stəkanı (12 ədəd), rümka (6 ədǝd), viski üçün bokal (6 ǝdǝd), qrafinka (2 ədəd), iri çaydan, şüşə və balaca çaydanı ilə, podnos (3 ədǝd), yemək dəsti (6 ǝdəd) boşqab, tort qabı, (2 mǝrtəbəli qab), aş boşqabi serviz (12 ədǝd), dolma boşqabı (12 ədəd), tort boşqabı (12 ədǝd), salat boşqabı (12 ədəd), mürəbbə rozetkası (12 ədəd), nəlbǝki (12 ədəd), kiçik nǝlbəki (armudu 24 ədəd), duz-istiot qabı (4 ǝdǝd), salfet qabı (2 ədəd), kiçik maskura (dovğa üçün 24 ǝdəd), böyük kasa (12 ǝdǝd), aş buludu (4 ǝdǝd), kabab buludu (4 ǝdǝd), salat buludu (4 ǝdǝd), xrustal çərəz qabı (2 ədəd), göy bogema güldan, göy bogema konfet qabı (2 ədǝd), fincan (2 ədəd), yaşıl bogema qrafinka (6 ədəd su stəkanı ilə), qızılı desert, bokal, su stəkanı, rumka (hər birisi 6 nəfərlik), 6 nəfərlik səhər yeməyi dəsti (nəlbəki, fincan, qaşıq, boşqab, çaynik, duz qabı, şəkər tozu üçün qab, salfet qabı,3 ǝdəd uzunsov boşqab), yağ və pendir qabı (6 ǝdǝd), xrustal stəkan (12 ədəd), bəzəkli armudu stəkan (12 ǝdǝd), nəlbəki (12 ədəd), iki nəfərlik dəmirdən türk armudu stəkanı, qənd qabı ilə, qırmızı balaca kasa (4 ədəd), göy balaca kasa (6 ǝdəd), qapaqlı konfet qabı (4 ədəd), meyvə qabı (2 ədəd), kül qabı (2 ǝdǝd), pivə bokalı (5 ədǝd), yemək dəsti (çəngəl, biçaq, qaşıq, çömçə, çay qaşığı), çamadanda bıçaq dəsti, tort qəlibləri 3/1, şəkərbura bükən (2 ədəd), tərəvəz doğramaq üçün taxta (2 ədəd), qara qazan altı (2 adǝd), silikon qazan tutan (2 ədəd), ağ limon çörək qabı (3 ədəd plastik saxlama qabı ilə), limon ǝdava qabı (6 ədəd), taxta banbuk çərəz qabı, süfrə fırçası, səbət çörək qabı, göyərti qurudan, salat doğrayan, mətbəx salfet qabı, saxlama qabı dörd kunc plastik limon (3 ǝdǝd), qranit qazan dəsti ( 3 ǝdəd qazan, 2 ǝdəd tava), kiçik qranit tava, metal qazan dəsti, qırmızı qazan dəsti (6 ǝdǝd), dəmir iç içə saxlama qabı, böyük sarı qazan, limon saxlama qabı (3 ədəd), un və şəkər tozu üçün saxlanc qabı (2 ədǝd), ağ rəngli iç-içə süzgəc (3 ǝdǝd), iç- içǝ ləyən, tort üçün lopatka, piknik dəsti (6 nəfərlik), aş süzǝn ləyən, böyük lǝyǝn, oxlov, şpilka qabı və şpilkalar, 6 nəfərlik dəst (cəngəl bıçaq qaşıq çay qaşığı), bıçaq dəsti (5 ədəd), taxta qaşıqlar, çay dəsmalları (5 ədəd), şəffaf fincan (6 ədǝd), tərəvəz yumaq üçün qab, zibil vedrəsi, mətbəx üçün boz sabun və fırça dəsti, çömçə dəsti, otkrıvalka dəsti, yaşıl tərəvəz doğrayan taxta (qara bıçağı ilə) alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin özünün bildirdikləri ilə və müvəqqəti təminat tədbirinin icrası zamanı tərtib olunmuş aktda iddia ərizəsində göstərilən, lakin faktiki aşkar olunmayan müvafiq əşyaların Cavabdeh olmadığı müəyyən edildiyindən iddia bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus Abşeron rayon, Masazır qəsəbəsi, X22-3 “Rahat Nəfəs” yaşayış kompleksi bina 1, giriş 2, 47 nömrəli mənzildə olan qonaq otağına aid künc divanı (6 ədəd yastıq ilǝ), 2 ədǝd jurnal masası (ana-bala), konsol (arxasında güzgü), böyük masa (6 ədəd oturacağı ilə), televizor altlığı, “Vesta” markalı televizor, çılçıraq (2 ədəd), xalça (2x3), rəngli güldan, içi qızılı “Allah” yazısı yazılmış boşqab, stol üstü kompyuter, günlük pərdə, bəyaz tül, 2 ədəd mavi pərdǝ, süfrələr (5 ədəd), dəhlizə aid konsol, pufik, “Cupros” markalı ütü, “Samsung” markalı tozsoran, plastik süpürgə, plastik səbət (2 ədəd), paspas vedrə, ayaqaltı xalça (ana-bala 2 ədəd), ayaqaltı rezin, yolka və onun bəzəkləri (şaxta baba, işıq, budaq, oyuncaqlar), hamam otağına aid xalça fırçası, hamam başmağı (2 ədǝd), ayaqaltı xalça, hamam dəsti (zibil vedrəsi, fırçalar, duru sabun qabı, firça qabı, quru sabun qabı), paltar qurudan, yataq otağına aid yataq mebeli, termo, çılçıraq, bra (2 ǝdǝd), namaz xalçası, iynə-sap qabı, uzunsov yastıq (4 ədəd), kiçik yastıq, taxt yorğanı, taxt döşəyi, taxt üstü örtük 2 ədəd yastıq üzü ilə, taxt üstü döşək (matras), xalça (2 ədǝd), günlük pərdə, boz tül pərdə, əl-üz dəsmalları (6 ədəd), hamam dəsmalları (3 ədəd), yataq dəstləri (5 ədəd müxtəlif rənglərdə), adyallar (3 ədǝd), mətbəx otağına aid mətbəxt mebeli, pərdə-jalüz, mətbəx masası (6 nəfərlik oturac ilə), stul örtüyü (6 ədǝd), çılçıraq, “Reysport” 5 ədəd, soyuducu, dolabiçi soba “Devaline”, “Eurolux” markalı mikser, “Geeprs” markalı ətçəkən maşın, “Eurolux” markalı şirə sıxan, “Eurolux” markalı blender 3/1, “Sokany” markalı toster 4/1, “Woll” elektrik termos, qaz piltəsi “Devaline”, aspirator “Devaline”, “Vestel” qabyuyan maşın, qab-qacaq və digər əsyalara aid şərab bokalı (6 ədǝd), su stəkanı (12 ədəd), rümka (6 ədǝd), viski üçün bokal (6 ǝdǝd), qrafinka (2 ədəd), iri çaydan, şüşə və balaca çaydanı ilə, podnos (3 ədǝd), yemək dəsti (6 ǝdəd) boşqab, tort qabı, (2 mǝrtəbəli qab), aş boşqabi serviz (12 ədǝd), dolma boşqabı (12 ədəd), tort boşqabı (12 ədǝd), salat boşqabı (12 ədəd), mürəbbə rozetkası (12 ədəd), nəlbǝki (12 ədəd), kiçik nǝlbəki (armudu 24 ədəd), duz-istiot qabı (4 ǝdǝd), salfet qabı (2 ədəd), kiçik maskura (dovğa üçün 24 ǝdəd), böyük kasa (12 ǝdǝd), aş buludu (4 ǝdǝd), kabab buludu (4 ǝdǝd), salat buludu (4 ǝdǝd), xrustal çərəz qabı (2 ədəd), göy bogema güldan, göy bogema konfet qabı (2 ədǝd), fincan (2 ədəd), yaşıl bogema qrafinka (6 ədəd su stəkanı ilə), qızılı desert, bokal, su stəkanı, rumka (hər birisi 6 nəfərlik), 6 nəfərlik səhər yeməyi dəsti (nəlbəki, fincan, qaşıq, boşqab, çaynik, duz qabı, şəkər tozu üçün qab, salfet qabı,3 ǝdəd uzunsov boşqab), yağ və pendir qabı (6 ǝdǝd), xrustal stəkan (12 ədəd), bəzəkli armudu stəkan (12 ǝdǝd), nəlbəki (12 ədəd), iki nəfərlik dəmirdən türk armudu stəkanı, qənd qabı ilə, qırmızı balaca kasa (4 ədəd), göy balaca kasa (6 ǝdəd), qapaqlı konfet qabı (4 ədəd), meyvə qabı (2 ədəd), kül qabı (2 ǝdǝd), pivə bokalı (5 ədǝd), yemək dəsti (çəngəl, biçaq, qaşıq, çömçə, çay qaşığı), çamadanda bıçaq dəsti, tort qəlibləri 3/1, şəkərbura bükən (2 ədəd), tərəvəz doğramaq üçün taxta (2 ədəd), qara qazan altı (2 adǝd), silikon qazan tutan (2 ədəd), ağ limon çörək qabı (3 ədəd plastik saxlama qabı ilə), limon ǝdava qabı (6 ədəd), taxta banbuk çərəz qabı, süfrə fırçası, səbət çörək qabı, göyərti qurudan, salat doğrayan, mətbəx salfet qabı, saxlama qabı dörd kunc plastik limon (3 ǝdǝd), qranit qazan dəsti ( 3 ǝdəd qazan, 2 ǝdəd tava), kiçik qranit tava, metal qazan dəsti, qırmızı qazan dəsti (6 ǝdǝd), dəmir iç içə saxlama qabı, böyük sarı qazan, limon saxlama qabı (3 ədəd), un və şəkər tozu üçün saxlanc qabı (2 ədǝd), ağ rəngli iç-içə süzgəc (3 ǝdǝd), iç- içǝ ləyən, tort üçün lopatka, piknik dəsti (6 nəfərlik), aş süzǝn ləyən, böyük lǝyǝn, oxlov, şpilka qabı və şpilkalar, 6 nəfərlik dəst (cəngəl bıçaq qaşıq çay qaşığı), bıçaq dəsti (5 ədəd), taxta qaşıqlar, çay dəsmalları (5 ədəd), şəffaf fincan (6 ədǝd), tərəvəz yumaq üçün qab, zibil vedrəsi, mətbəx üçün boz sabun və fırça dəsti, çömçə dəsti, otkrıvalka dəsti, yaşıl tərəvəz doğrayan taxta (qara bıçağı ilə) alınaraq İddiaçı verilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-29/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-29/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver