Məhkəmə qərarları › İş №e-2(053)-846/2024

Neftçala Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(053)-846/2024

16.07.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Neftçala rayonu İş № e-2(053)-846/2024 16.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Kreditor (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 203B, mərtəbə 7) xx xxxxx 1993-cü ildə Neftçala şəhərində doğulmuş Borclu (qeydiyyat ünvanı: ünvan 3qədi rayonu, 1-ci mədən, ev 0015, mənzil 0189) borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor MMC ümumi dəyəri 490 manat olan “Note 13 Midnight black 6GB Ram 128GB Rom” markalı telefona görə Kreditor MMC-yə yaranmış 490 manat əsas borc və 27 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 517 manat məbləğində pulun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Neftçala Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər». Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən ərizə üzrə məhkəmə əmri verilə bilər. Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu ilə Kreditor MMC arasında 25 yanvar 2024-cü ildə 741 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinə əsasən kreditor tərəfindən borcluya verilmiş kredit üzrə müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün borclunun kreditora ümumilikdə 490 manat məbləğində əsas borcu yaranmışdır. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Kreditor MMC tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmiş, 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 281.1.7-ci maddələrinə əsasən kreditorun iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 490 (dörd yüz doxsan) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Kreditornə ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar