Məhkəmə qərarları › İş №e-2(053)-867/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-867/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-867/2024 05.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan uşağın əlavə xərclərində iştirak etməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 müayinə və müalicəsi ilə bağlı xərclərdə iştirakına cəlb edilməklə, oğlu X5 müayinə və müalicə ilə bağlı 40.000 (qırx min) manat çəkilmiş xərcin yarısı olan 20.000 (iyirmi min) manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ona qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Neftçala Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, tərəflər arasındakı nikah pozulmaqla, uşaqların hər ikisinin boşanmadan sonra iddiaçı (nikahdan əvvəl-Zalova) Könül Zakir qızının yanında qalmaları müəyyən edilməklə hər iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 daimi olaraq anası Cavabdeh tərəfindən müxtəlif növlü təziqlərə məruz qalmış, uşağa yaxşı baxılmamış, ona diqqət yetirilməmiş və nəticədə uşağın görmə qabiliyyəti çox zəifləmiş, nitq problemləri əmələ gəlmiş və ümumilikdə səhhətindəki digər problemlər də yaranmışdır. Bu məsələ ilə bağlı birgə nikahda yaşayarkən o, anası və bacıları tərəfindən Cavabdeh uşaqla, uşaqlarla bağlı rəftarına diqqət yetirilməsi barədə çoxlu sayda iradlar bildirilməsinə baxmayaraq heç də nəticə olmamışdır. Həmin ərəfədə uşaqların anası Cavabdeh heç bir səbəb olmadan uşaqları onun və anasının yanında yeni yaşadıqları evdə saxlayaraq çıxıb getmiş, yəni yaşadıqları evi tərk etmişdir. Həmin gündən o və bacıları uşaqda yaranmış problemlərlə məşğul olmağa başlamışlar, çünki uşaqların anası buna heç cür imkan verməmişdir. Həmişə demişdir ki, bu uşağın dünyaya gəlməsi ilə onun işləri düz getmir. İlk öncə bu sözlərə fikir verilməmiş, lakin oğlan uşağına qarşı pis rəftar etdikdə hər şey məlum olmuşdur. Nəticədə uşağının sağlamlığı ilə bağlı borc-xərc edərək, həkimlərə düşmək məcburiyyətində qalmışdır. Təbii ki, uşaqların anası nə əvvəl nədə ki, sonra uşaqlarla heç vaxt lazımi qaydada maraqlanmamış, günlərlə, həftələrlə, aylarla evə gəlməmiş, anasına məxsus evdə qalmışdır. Uşaqlara onun anası və bacısı baxmışdır. Bundan sonra uşağın gözündə zəiflik, nitqində qüsur və psixoloji problemləri üzə çıxdıqda uşağını müxtəlif müəssisələrdə müayinəyə aparmış və müxtəlif müayinələrdən sonra müalicəsinə başlanılmışdır.Tərəfindən borc alınmış, maddi vəsait xərclənsə də, qarşı tərəf yəni uşağın anası heç bir dəfə də olsa uşaqla maraqlanmamış, ona və uşağa heç bir mənəvi dəstək olmamışdır. Ancaq fikri-zikri boşanmaq və aliment almaq olmuşdur. Ümumiliyyətlə ana olan şəxs uşaqlara və yaxud uşağına belə rəftar etməməlidir. Belə olan halda qarşı tərəf birgə nikahdan olan uşağın səhhəti ilə bağlı müayinə və müalicəsinə cəlb edilərək xərclərdə iştirak etməlidir. Uşağın xəstəliyi, müayinə və müalicəsi ilə bağlı sənədlər mövcuddur. Tərəfindən 40.000 min manat (qırx min manat) borc alınaraq uşağın müalicəsinə yönəldilmişdir. Odur ki, qarşı tərəf birgə nikahdan olan uşağın səhhətindəki problemlərlə bağlı müayinə, müalicəsinə çəkilmiş və çəkiləcək xərclərdə iştirak etməyə cəlb olunmalıdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşinin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat verərək, bütün sübutları təqdim etdiklərini bildirdi və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı həmin tələb üzrə subyektiv hüquqa malik deyil və iddianın hüquqi əsaslarını həqiqətə uyğun olmadığını hesab edir. Buna dair təqdim etdiyi etiraz ərizəsi var. Etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı tələbi üzrə istinad etdiyi başlıca norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsidir. Həmin normanın məzmununa görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mövcud qanunvericiliyin məzmunundan da göründüyü kimi, iddiaçının istinad etdiyi hallar uşaqların saxlanma öhdəliyindən irəli gəlir. Qeyd edir ki, iddiaçı ilə birgə nikahlarından doğulan hər iki övladları uzun müddətdir ki, onun yanındadır və onların zəruri və digər xərclərinin ödənilməsi tam olaraq onun öhdəliyindədir. İddiaçı ilə birgə nikahlarından doğulan övladı X5 nitq qüsurları onunla birgə nikahda olduqları zaman üzə çıxmış, bu qüsurlar ona qarşı hər hansısa bir fiziki zorakılıqla bağlı olmamış, ümumiyyətlə, uşağın onun tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı istinad edilən hallar həqiqətə uyğun deyil. Övladlarının xəstəliyi istiqamətində görülən bütün tibbi və s. tədbirlərin faktiki çəkilən xərcləri isə birgə çəkilmişdir. Bundan əlavə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüquqa malik olmadığını hesab edir. Göründüyü kimi, iddiaçı öz iddia tələbini əsaslandırarkən uşağı ağır xəstəliyi, əlilliyi və s. hallarla bağlı, eyni zamanda bildirdiyi məbləğdə çəkdiyi xərcləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Heç bir ana istəməz ki, uşağı xəstə böyüsün. İddiaçı xeyli müddətdir ki, uşaqlarına baxmır. O, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Neftçala Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Uşağın nitqində 2 ildir ki, problem var idi. Hazırda normal danışır. Son müalicəsi də 2023-cü ilin sentyabr ayında sona çatmışdır. O, 2024-cü ilin fevral ayının 25-dən evdən çıxıb getmiş, atasına məxsus evdə qalmışdır. İddiaçı xarici şirkət olan BP-də işləyir və yaxşı qazanc əldə edir. Təxminən müalicələrə bir ata kimi iddiaçı ümumilikdə 2000-3000 manat pul xərləyib. Uşağı müalicəsi dövründə o da evdə olub. 2023cü ilin sentyabr ayında uşaq sağalmışdır. Hazırda uşaq sağlamdır. Hər ikisi oxuyur, təhsil alır. İddiaçı 9 aydır ki, uşaqlarına maddi köməklik göstərmir. O, məhkəməyə boşanmaya dair ərizə verdiyi və artılq boşandıqları üçün iddiaçı da ona qarşı bu iddianı qaldırmışdır. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia rədd edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-583/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Mustafayeva (nikahdan əvvəl Zalova) Könül Zakir qızı ilə cavabdeh İddiaçı arasında 26 mart 2013cü ildə bağlanmış və həmin tarixdə Neftçala rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 07 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 14 aprel 2014-cü il təvəllüdlü X2 və 27 dekabr 2017-ci il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Mustafayeva (nikahdan əvvəl - Zalova) Könül Zakir qızının yanında qalmaları müəyyən edilməklə, 14 aprel 2014-cü il təvəllüdlü X2 və 27 dekabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq, iddiaçı Mustafayeva (nikahdan əvvəl - Zalova) Könül Zakir qızına ödənilməsi, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 09 iyul 2024cü il tarixli qərardadına əsasən cavabdehdən tutulmuş aliment məbləğinin hazırkı qətnaməyə əsasən tutulmalı olan aliment məbləğindən çıxılmalı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 2020 və 2023-cü il tarixli müayinə (diaqnostika) sənədlərindən görünür ki, X8 2020-ci ildə eşitmə orqanı olan hər iki qulaq müayinəsindən keçmiş ona hər iki qulaqda 20dB nHL-də V.dalğa forması əldə olunmadı qeyd edilmiş, aparılan obyektiv və subyektiv audi oloji müayinələrin nəticələrinə əsasən normal eşitmə təsdiqlənmişdir. X1 2023-cü il tarixli LOR-Endoskopik müayinəsinin nəticələri normal olmuşdur. 2023-cü il tarixli Narınc psixologiya mərkəzinin Loqopet diaqnostika müayinəsindən görünür ki, X5 əsas şikayəti nitq zəifliyi ilə bağlı olmuş, fonetik-fonematik qavramadacavab zəif, dil əzələsi-qismən passiv (Aktivləşib+), dodaqlar-qismən passiv, udqunmaçeynəmə vəziyyəti +, ikincili qüsur nitq ləngiməsi, nəticə F.fonematik qavrama zəifliyi. QEEG müayinəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə müayinə edilmiş, müayinənin nəticəsi aşağıdakı kimidir. “ Hiperaktivlik, Diqqət Əksikliyi, Özgüvən Əksikliyi Delta-C pay az, lefa-arxapay çox, alfa-arxa pay az, Beta arxa pay çox müşahidə olunur”. İşdə olan müayinə zamanı olunan ödənişlərin qəbzlərindən görünür ki, X5 müayinəsi üçün ümumilikdə 208 manat sərf olunmuşdur. İşdə olan 2023-cü il tarixli resept blanklarından görünür ki, həkim psixiatr tərəfindən X6 müalicə üçün müxtəlif dərman peraparatları yazılmışdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2. və 81.3-cü maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.», «Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər». Məhkəmə araşdırması zamanı, eləcədə işdə olan sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 26 mart 2013-cü ildə nikah bağlanmış, həmin nikahdan 14 aprel 2014-cü il təvəllüdlü X7 və 27 dekabr 2017-ci il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən birgə yaşamaları mümkün olmamış və aralarındakı ər-arvad münasibətləri pozulmuşdur. Cavabdeh 25 fevral 2024-cü il tarixdə iddiaçıdan ayrılaraq ata evinə qayıtmışdır. Bu zaman kiçik uşağı Hafis müvəqqəti olaraq cavabdehin evində qalmış, böyük uşağı Gülbadamı isə özü ilə aparmışdır. Hafisin atası ilə qalmasının səbəbini həmin vaxt özünün təxminən bir ay müddətində xəstə olması ilə izah etmidir. Bir ay sonra isə hazırkı cavabdeh Hafisi də öz yanına gətirmiş və həmin vaxtdan hər iki uşağı onunladır. Neftçala Rayon Məhkəməsinin 01 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş hər iki uşağın boşanmadan sonra Mustafayeva (nikahdan əvvəl-Zalova) Könül Zakir qızının yanında qalmaları müəyyən olunmuş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün X4 hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment tutularaq, Mustafayeva (nikahdan əvvəl-Zalova) Könül Zakir qızına ödənilməsi müəyyən olunmuşdur. Həmçinin müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə birgə nikahından olan 27.12. 2017-ci il təvəllüdlü X5 müayinə və müalicəsi ilə bağlı xərclərdə iştirakına cavabdehi cəlb etmək istəsə də uşağın müayinəsi və müalicəsi üçün çəkilmiş qeyri-müəyyən məbləğdə xərclər tərəflərin birgə nikahda olduğu dövrü əhatə edir. Bununla belə iddiaçı çəkilmiş ümumi xərlərin 40.000 manat olduğunu ərizəsində qeyd etsə də ərizəyə əlavə edilmiş sənədlərdə (rəsmi qəbzlərdə) bu məbləğin 208 manatdan artıq olmadığı görünür. Həmçinin iddiaçı X5 müayinə və müalicəsi ilə bağlı çəkilmiş qeyri-müəyyən xərclərin tam olaraq öz vəsaiti hesabına həyata keçirildiyini və ya borc olaraq alındığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ bəndlərində qeyd edilir ki, “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir”, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2, 29.4, 49.1, 49.2 və 49.3-cü maddələrinə əsasən “Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir”, “Ərarvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar”, “18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar”, “Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir”, “Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, o cümlədən cavabdehin ailə və maddi vəziyyətini, hər iki uşağın anasının yanında qalmasının müəyyən edildiyini, 27.12. 2017-ci il təvəllüdlü X5 müayinə və müalicəsi ilə bağlı çəkilmiş qeyri-müəyyən xərclərin tərəflərin birgə nikahı dövrünə təsadüf etdiyini, həmçinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olduğu qənaətinə gəlir. Beləliklə, işdə iştirak edən iddiaçı mübahisəli pul məbləğinə münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən pulun ona aid olduğunu, yəni mübahisələndirdiyi məbləğə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir. Belə olan halda o, cavabdehdən qeyd edilən pul məbləğini və onunla əlaqədar yaranmış digər məbləğləri (xərcləri) tələb edə bilməz. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan uşağın əlavə xərclərində iştirak etməsi” qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar