Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-207/2023 05.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı övladları-31 avqust 2019-cu il tarixdə anadan olmuş X1 və 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə 2017-ci ildə qeyri-rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 31 avqust 2019-cu il tarixdə Xədicə və 09 dekabr 2020-ci il tarixdə Həcər adlı iki övladı anadan olmuşdur. Uşaqların doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Tərəflər 2022-ci ilədək cavabdehin yaşayış yeri olan Qəbələ rayonunda birgə yaşamışlar. İddiaçı hazırda iki uşağı ilə cavabdehdən ayrılaraq Oğuz rayonu Yemişənli kəndində yaşayır. Cavabdeh qazancının yüksək olmasına baxmayaraq uşaqlara maddi kömək etmir. Buna görə də ondan rəsmi qaydada aliment tələb etmək üçün mediasiya orqanına müraciət edilmişdir. Cavabdeh mediasiya orqanının çağırışına gəlməmişdir. Hazırda iddiaçı cavabdehdən hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat alimentin tutulmasını istəyir. Güzəşt tətbiq olunduğu təqdirdə uzaqbaşı cəmi 300 manat alimentin tutulması ilə razılaşmaq olar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının izahatını qismən təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçı ilə 2022-ci ilin noyabr ayınadək birlikdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə iddiaçının qardaşı gəlib onu uşaqları ilə birgə Oğuz rayonuna aparmışdır. Əslində iddiaçının ondan ayrılmasının ciddi səbəbi yoxdur. Uşaqlara görə cəmi 200 manat aliment ödəyə bilər, çünki əvvəlki nikahdan doğulmuş 2006, 2009, 2011-ci il təvəllüdlü üç övladı vardır. Bundan əlavə birinci ailəsi ilə nikahları pozulmayıb. Arvadı əlildir. İddiaçı ilə onun razılığına əsasən nikaha daxil olub. Günel də bunu o vaxtdan bilir. Bu səbəbdən əvvəlki ailəsinin də bütün ehtiyaclarını ödəmək onun öhdəsindədir. İddiaçıdan doğulmuş uşaqları da onun üçün əzizdir. Onlar üçün başqa köməklik də edəcək. İddia tələbinin 200 manat məbləğdə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Azərbaycan Respublikası Qəbələ rayonu, Bunud kəndində anadan olmuş, yaşayış yeri Qəbələ rayonu Bunud kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 812422 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1051 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 425464 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 582035 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 598 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 396866 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 809131 saylı, AZ-İİ 232078 saylı və AZ-İİİ 827010 saylı şəhadətnamələrin surətindən görünür ki, 2006-cı il təvəllüdlü Nazlı, 2009-cu il təvəllüdlü Zəkəriyyə və 2011-ci il təvəllüdlü Süleymanın atası Cavabdehdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh faktiki nikahla ailə qurmuşlar.Həmin nikahdan tərəflərin 2019 və 2020-ci il təvəllüdlü iki övladı vardır. Uşaqların doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Hazırda iddiaçı qızları ilə birgə atasının evində yaşayır. Cavabdehin əvvəlki nikahından 2006, 2009 və 2011-ci il təvəllüdlü üç uşağı vardır. İddiaçı iki uşağa cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin qazancına dair sübutlarını təqdim etməmişdir. Cavabdeh isə əvvəlki nikahdan doğulmuş uşaqlarının və onların əlil olan anasının maddi ehtiyaclarının da onun tərəfindən ödənildiyini bildirərək hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment ödəməyə imkanının olduğunu bildirir. Beləliklə, məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduqlarına dair ailə qanunvericiliyinin tələbi, cavabdehin əvvəlki nikahdan olan üç uşağı ilə bağlı öhdəliyi, uşaqların hər birinin təminatının eyni səviyyədə saxlanılması nəzərə alınaraq, alimentin cavabdeh tərəfindən təklif edilən məbləği məqbul sayılmamaqla iddia qismən təmin olunmalı, cavabdehdən hər ay hər uşağa 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə iddiaçı Cavabdeh dövlət rüsumu hesabına 50 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 31 avqust 2019-cu il tarixdə anadan olmuş X1 və 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 16 fevral 2023-cü il tarixdən hesab edilsin. Cavabdeh 50 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-207/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-207/2023
05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver