Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-413/2025 07.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin 8(054)-21/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 1,07 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,40 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 16 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahda olduqları müddətdə 25 iyul 2017-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlardan xarakterləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuş və aralarında ciddi narazılıqlar yaranmışdır. Aralarında baş vermiş ciddi münaqişələrdən sonra Cavabdeh ilə münasibətləri pozulmuşdur. Bundan sonra o Oğuz rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış, 16 avqust 2016-cı il tarixdə Oğuz rayon Qeydiyyat Şöbəsində 33 nömrə ilə qeyd edilən nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-25/2019 nömrəli qətnaməsi ilə nikahın pozulması dair tələbi təmin edilmiş, Cavabdeh ilə aralarında bağlanmış 16 avqust 2016-cı il tarixdə Oğuz rayon Qeydiyyat Şöbəsində 33 nömrə ilə qeyd edilən nikah pozulmuşdur. 25 iyul 2017-ci il tarixdə anadan olmuş X7 boşanmadan sonra Cavabdeh yanında qalmış, ondan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 25 iyul 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixli 2(054)-25/2019 nömrəli qətnamə ilə onun qazancından və başqa gəlirlərindən hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, 25 iyul 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 24 oktyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 2(054)-25 / 2019 nömrəli, 06 fevral 2019-cu il tarixli icra sənədi üzrə ona qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəyə etiraz edərək bildirmişdir ki, 2019-cu ildən hesabladıqda alimentin indeksasiya edilməsi nəticəsində onun ödəməli olduğu məbləğ üç dəfədən çox artacaq. Bu isə onun maddi imkanlarına uyğun olmamaqla ailə vəziyyətimə ciddi təsir göstərəcək. Belə ki, 2020-ci ildə ikinci dəfə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il tarixdə Zeynəb və xx.xx.2023-cü ildə Aysu adlı iki övladı doğulmuşdur. Oğuz şəhərində kirayədə yaşayır, işləmir, öz adına yaşayış sahəsi də yoxdur. Öhdəsində olan övladlarının tələbatını çətinliklə ödəməyə çalışır. İndeksasiya olunmuş alimenti ödəməsi isə faktiki olaraq mümkün olmayacaq. Ərizənin təmin olunmamasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 8(054)-21/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilmişdir. Oğuz Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(054)-25/2019 nömrəli qətnaməsinə əsasən məndən tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunması qərara alınmışdır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 (bir yüz altmış ) manat müəyyən edilmişdir.Həmin tarixdə mənə təyin edilmiş aliment məbləği 140 manat olmuşdur. Bu isə 2019-cu ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,87% demək idi. 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayına kimi minumum əmək haqqı 130 manat olmuşdur. Ona təyin edilən aliment miqdarı məhz minumum əmək haqqına nisbətdə yox, uşaqlar üçün yaşayış minimumuna əsasən təyin edilmişdir. Hazırda 06 fevral 2019-cu il tarixli, 2(054)-25/2019 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışıdr. Ona ödənilməli olan alimentin miqdarının ölkə üzrə ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya olunması barədə qətnamə qəbul edilməsini istəyir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, o işsiz olmaqla təsadüfi hallarda fəhləliklə məşğul olur. O yenidən ailə qurmuş və həmin evliliyindən də 2 övladı dünyaya gəlmişdir. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasında üzrlü səbəbdən-iş yeri başqa rayonda və ərazi işi olduğu üçün iştirak edə bilməyəcəkdir. Ona görə də qarşı tərəfin ərizəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını, ərizəçinin ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-21/2025 saylı qərardadından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)- 25/2019 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuşdur. - xx.xx.2020-ci il tarixli AZ-İİ 387268 nömrəli nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Qarayev X2 Kubra Çingiz qızı ilə xx.xx.2020-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 219 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. -xx.xx.2021-ci il tarixli AZ-İV 602830 nömrəli və xx.xx.2023-cü il tarixli AZ-İV 906500 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində alimentin azadılaraq 0,40 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)- 25/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-21/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, iddiaçı məhəkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 1,07 misli həddində, yəni 2025-ci il üçün 428 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqından da çoxdur ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda cavabdeh 2019-cu ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə cavabdehin rəsmi iş yerinin olmaması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının yenidən ailə qurması və həmin evliliyindən iki azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində alimentin azadılaraq 160 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə 25 iyul 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-413/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-413/2025
07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver