Məhkəmə qərarları › İş №e-2(054)-434/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-434/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-434/2025 24.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək 9 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məndən iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində alimentin azadılaraq 0,40 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayon məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 8(054)-45/2025 saylı qərardadına əsasən Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(107)-1582/2017 saylı qətnaməsinə əsasən ondan bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində, yəni 344 manat ideksasiya olunmuşdur. Hazırda o "xxxx" MMC-də işləyərək hər ay 400 manat əmək haqqı alır. Başqa yerdən heç bir gəliri yoxdur. İndiyədək həmin pulun 100 manat məbləğini Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(107)- 1582/2017 saylı qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün Cavabdeh xeyrinə ödəmiş, qalan məbləği ilə ailəsinin ehtiyaclarını qarşılamışdır. Hazırda ona bir uşağın saxlanılması üçün 344 manat alimenti ödəməyi ilə bağlı qərarın qəbul edilməsini ədalətli hesab etmir. Çünki onun aylıq gəliri 400 manat olduğu halda necə ola bilər ki, 344 manat aliment ödəsin. Onun hazırda ikinci nikahdan bir azyaşlı övladı da var. Məhkəmə aliment təyin edərkən birinci nikahdan olan övladının aylıq xərclərini, həyat şəaitini və mənefiyini nəzərə aldığı kimi, ikinci nikahdan olan övladının da aylıq xərclərini, həyat şəraitini və mənefiyini də nəzərə almalı idi. Alimentin azadılması tələbi ilə X6 1 saylı Mediasiya təşkilatına müraciət etsə də Cavabdeh mediasiya təşkilatına gəlməmiş və onunla heç bir razılığagəlməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müracət etmişdir. O hazırda "xxxx" MMC-də işləyərək hər ay 400 manat əmək haqqı aldığı üçün ödəniləcək aliment əmək haqqının dörddə bir hissəsi miqdarda, yəni 100 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra 9 dekabr 2011-ci il təvəllüdlü X5 onun yanında qalması müəyyən edilmişdir. Uşaq hazırda da onun özünün himayəsindədirlər. Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(107)- 1582/2017 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən alınmalı olan alimentin məbləği indeksasiya edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı hazırki şəraitdə uşağı saxlamaq, onların maddi ehtiyaclarını təmin etmək baxımından yüksək məbləğ deyildir. Eyni zamanda onun uşağı xəstədir və iddiaçı bir dəfə də olsun özü uşağı ilə maraqlanmamışdır. Ona görə də alimentin miqdarının azaldılmasına etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-45/2025 saylı qərardadından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(107)-1582/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunmuşdur. - İş materiallarında olan xx.xx.2015-ci il tarixli AZ-İİ 033142 nömrəli nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı X2 ilə xx.xx.2015-ci il tarixdə Şəki Şəhər İHB-nin Orta Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsayev”, arvada “İsayeva” soyadı verilmişdir. -xx.xx.2014-cü il tarixli AZ-İİİ 380947 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində alimentin azadılaraq 0,40 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmaqla onun əmək haqqının çox hissəsini təşkil etməsinə, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, uşağın xəstə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Şəki Apelyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(107)-1582/2017 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-45/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, iddiaçı məhəkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 0,86 misli həddində, yəni 2025-ci il üçün 344 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ cavabdehin əmək haqqının da 86 faizini təşkil edir ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda cavabdeh 2017-ci ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə aldığı əmək haqqının miqdarı, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının yenidən ailə qurması və həmin evliliyindən bir azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində alimentin azadılaraq 180 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə 9 dekabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar