Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-444/2025 07.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin 8(054)-47/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 0,95 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,37 misli həddində müəyyən ediliməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 02 iyul 2012-ci il tarixdə Oğuz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onunla rəsmi nikahda olduqları müddətdə 01 oktyabr 2013-cü il tarixdə X8 adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda cavabdehin himayəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-26/2015 nömrəli qətnaməsi ilə 08 yanvar 2015-ci il tarixdən başlayaraq ondan hər ay 100(bir yüz) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh aliment təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2015-ci ildə çıxarılmış, həmin vaxt minimum əmək haqqı 105 manat olmuşdur. Bu yaxınlarda Cavabdeh Oğuz Rayon Məhkəməsinin 2(054)-26/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə ona qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. 2025-ci ildən isə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Buna görə də bir uşağa təyin edilmiş 100 manat alimentin sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə olan minimum əmək haqqının 0,95 misli həddində müəyyən edilməklə ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Alimentin indeksasiya edilməsi nəticəsində mənim ödəməli olduğum məbləğ üç dəfədən çox artmışdır. Bu isə onun maddi imkanlarına uyğun olmamaqla ailə vəziyyətinə ciddi təsir göstərir. Hazırda iki övladı var və özü heç yerdə işləmir. Belə ki, 2017-ci ildə ikinci dəfə rəsmi nikahaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il tarixdə Hüseyn və xx.xx.2021-ci ildə Zeynəbnur adlı iki övladı anadan olmuşdur. İşləmirə, öz adına yaşayış sahəsi də yoxdur. Öhdəsində olan övladlarının tələbatını çətinliklə ödəməyə çalışır. İndeksasiya olunmuş alimenti ödəməyi isə faktiki olaraq mümkün deyildir. Onin övladı talassemiya, yəni orqanizmin kifayət qədər sağlam hemoqlobin istehsal etməməsinə səbəb olan genetik qan xəstəsidir. Heç yerdə işləmədiyimi qeyd etmişdir. Ayın müəyyən günlərində günəmuz olaraq işləyir və həmin müddətdə Mingəçevir şəhərində kirayədə qalır. Əldə etdiyi gəlir kirayə və kommunal ödənişlərinə ancaq yetir. Oğuz Rayon Məhkəməsinin 08 yanvar 2015-ci il tarixli, 2(054)- 26/2015 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuşdur. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci ildə uşaqlar üçün yaşayış minimumu 108 (bir yüz səkkiz) manat müəyyən edilmişdir. Həmin tarixdə mənə təyin edilmiş aliment məbləği 100 manat olmuşdur. Bu isə 2015-ci ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,92% demək idi. Hazırda 08 yanvar 2015-ci il tarixli, 2(054)-26/2015 nömrəli qətnaməsinə əsasən məndən tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışdır. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, o, yenidən ailə həyatı qurmuş və həmin evliliyindən 2 övladı dünyaya gəlmişdir. Onun övladlarından biri talasemiya xəstəsidir. Onun özündə isə tez-tez qıcolmalar baş verir. Eyni zamanda, o daimi olaraq heç yerdə işləmir. O, uşağın saxlanması üçün 150 manat ödəyə bilər. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X5 onun yanında qalması müəyyən edilmişdir. Uşaq hazırda da onun özünün himayəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-26/2015 nömrəli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən alınmalı olan alimentin məbləği indeksasiya edilmişdir. Onun uşağı xəstədir və iddiaçı bir dəfə də olsun özü uşağı ilə maraqlanmamışdır. Eyni zamanda iddiaçı aliment ödənişlərini vaxtlı-vaxtında həyata keçirməmiş, yalnız icra məmurunun təkidlərindən sonra müəyyən qədər ödəniş etmişdir. Bundan başqa iddiaçı işləyərək gəlir əldə edir. İddiaçının hazırda aliment məbləğinin 150 manat müəyyən edilməsi barədə tələbi uşağın saxlanılması üçün kifayət deyildi. oOna görə də alimentin miqdarının azaldılmasına etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-47/2025 saylı qərardadından görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-26/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuşdur. - xx.xx.2017-ci il tarixli AZ-İİ 181041 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X3 Türkan Xanlar qızı ilə xx.xx.2017-ci il tarixdə Mingəçevir nikah evində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 62 saylı qeydiyyat aparılmışdır. -xx.xx.2017-ci il tarixli AZ-İİİ 973814 nömrəli və xx.xx.2021-ci il tarixli AZ-İV 661928 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. -“Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “sanitar qadın” kimi çalışaraq aylıq 473 manat əmək haqqı əldə edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində alimentin azadılaraq 0,37 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi işsiz olmasına, hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, uşağın xəstə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)- 26/2015 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-47/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 0,95 misli həddində, yəni 2025-ci il üçün 380 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ əvvəli aliment məbləğinə münasibətdə üç dəfədən çox artmışdır ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda cavabdeh 2017-ci ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdeh özü çalışaraq aylıq qazanc əldə edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, cavabdehin iş yeri olması, bundan əlavə iddiaçının yenidən ailə qurması və həmin evliliyindən iki azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində alimentin azadılaraq 160 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-444/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-444/2025
07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver