Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-529/2022 23.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə mülki işləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X6, xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay qazancın və başqa gəlirlərinin yarısı miqdarında, lakin hər ay cəmi 750 manat sabit pul məbləğindən az olmamaqla aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair 2 (054) - 543 / 2022 nömrəli mülki iş də hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, qeyd olunan mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla, hər iki iş ailə münasibətlərindən yaranan mübahisələrdən irəli gələn işlərdir. Eyni zamanda, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə, uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, nikahın pozulmasına dair işə baxılarkən uşaqların saxlanmaları üçün alimentin tutulması məsələsinə də baxılacağından həmin mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil, həmçinin, Cavabdeh nümayəndəsi və vəkili X4 mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin fikrini dinləyərək qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə 2 (054) - 529 / 2022 nömrəli və iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə 2 (054) - 543 / 2022 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2 (054) - 543 / 2022 nömrəsi verilsin. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-529/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-529/2022
23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver