Məhkəmə qərarları › İş №e-2(054)-556/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-556/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-556/2025 19.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. İddiaçının iddia ərizəsindən müəyyən etdim ki, iddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması”ni xahiş etmişdir. Lakin hazırki, mülki işə iddia icraatı qaydasında baxılmalı deyil, xüsusi icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1–ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İş materillarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuş, nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflər aralarında bağladıqları barışıq sazişinə əsasən İddiaçı və Nağıyeva Sevinc lbrahim qızı ilə 2 saylı Gəncə ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə 681 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğinə 200 manat-cəmi 200 manat aliment ödənişinin Cavabdeh tərəfindən hər ayın 3-ü tarixinə ödəniləcəyi ilə bağlı, eyni zamanda birgə nikahdan anadan olmuş uşağın yetkinlik yaşına çatanadək hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 19:00-dək uşağın atası ilə ünsiyyətdə olmasına mane olunmayacağına dair razılığa gəlmişlər.Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(054)-285/2025 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 355-25.1ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Qanunvericiliyin tələbindən göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə tələblər xüsusi icraat qaydasında baxılan icraatla əhatə olunur: Belə ki, iddiaçı və cavabdeh nikahın pozulması barədə də mediasiya prosesi nəticəsində razılığa gəlmiş olsalar belə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(054)-285/2025 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulduğundan müvafiq barışıq sazişinin təsdiq edilməsi iddia icraatı qaydasında ərizə ilə deyil, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və iddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması tələbi ilə fiziki şəxsin yaşadığı yer üzə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizənin qəbul edilməsindən imtina edilməsini müəyyən edən konkret norma olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməsinə dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, iddiaçının iddia ərizəsi, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini müəyyən edən normaların tətbiq edilməsi ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə iddia ərizəsi yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması tələbi ilə fiziki şəxsin yaşadığı yer üzə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar