Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-650/2023 25.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 25 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı övladı-20 dekabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay 220 manat sabit pul məbləğində alimentin və uşağın müalicə olunması üçün ayda 150 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə faktiki nikahda olmuş, həmin nikahdan xx.xx.2018-ci ildə Məcid adlı oğlu dünyaya gəlmişdir. 2019-cu ildə uşağa atalıq müəyyən olunmuş və doğum haqqında şəhadətnamə verilmişdir. Bir müddət sonra uşaqda xəstəlik aşkar edilmiş, vaxtaşırı müalicə təyin olunmuşdur. Uşağın xəstə olduğunu bildikdən sonra cavabdeh iddiaçı və uşaqdan imtina etmişdir və onlarla görüşmür. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir, lakin cavabdeh aliment ödəmir və müalicə xərclərini vermir. Cavabdehin əvvəllər ailəsi olub, uşaqları var, ayrılıb, lakin yenidən onlarla birgə olub-olmadığı barədə iddiaçının məlumatı yoxdur. İddiaçı uşağın xəstəliyi və müalicə xərcləri barədə sənəd təqdim edə bilməsə də, həqiqətən uşağın müalicəyə ehtiyacı vardır, anası isə maddi imkan səbəbli bununla ciddi məşğul ola bilmir. İddiaçı işləmir. Ayda 220 manat aliment, 150 manat müalicə xərci olmaqla, cəmi 370 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonu Novosaratovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Böyük Söyüdlü kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, 86dır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 611571 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 59 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 421338 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış və işə əlavə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətində video çəkilişi üzrə operator işləməklə aylıq əmək haqqı 365 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdehin faktiki nikahından xx.xx.2018-ci il təvəllüdlü bir oğlu vardır. Uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Hazırda iddiaçı övladı ilə birgə yaşayır. Cavabdeh övladına maddi yardım etmir. İddiaçı əlavə olaraq bildirir ki, uşağın mütəmadi müalicəyə ehtiyacı vardır. Buna görə də uşağın saxlanması üçün 220 manat aliment və müalicə xərci kimi 150 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı uşağın müalicəsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışla cavabdehin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də operator işləməklə aylıq 350 manat əmək haqqının olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin əlavə gəlirləri barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduqlarına dair ailə qanunvericiliyinin tələbi, valideynin qazancının olmamasının onun uşağını saxlamaq vəzifəsindən azad etmədiyi, bunun hər iki valideynə şamil edildiyi, cavabdehin aylıq qazancı nəzərə alınmaqla iddia tələbi 220 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə qismən təmin olunmalı, cavabdehdən hər ay 165 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməli, iddia tələbi 150 manat müalicə xərci hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 39,80 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 20 dekabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 165 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 31 oktyabr 2023-cü il tarixdən hesab edilsin. Cavabdeh 39,80 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-650/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-650/2023
25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver